Yaşından asılı olaraq...
13.12.2023 [10:35]
Uşaqlar adekvat qidalanmalıdır
İlk dəfə IX əsrdə həkim, kimyagər və filosof Əbu Bəkr əl-Razi tərəfindən ətraflı təsvir edilən qızılca bəşəriyyətə 2 min ildən artıqdır ki, məlumdur. Qızılcanın virus mənşəli xəstəlik olduğunu və bunun peyvəndlə qarşısı alına bilən, idarə oluna bilən xəstəliklər qrupuna daxil olduğunu bilirik. Odur ki, xəstəliyin spesifik müalicəsi olmasa belə, uşaqlarımızı infeksiyadan qorumaq üçün tövsiyə olunan intervalla peyvənd etdirmək mümkündür. Əks halda yoluxmuş şəxslər xəstəliyin ağırlaşmaları ilə qarşılaşa bilərlər.
Artıq məktəblərdə müəyyən siniflər bağlanır, davam edəcəyi təqdirdə distant təhsilə keçmək planlaşdırılır. İş o həddə çatıb ki, rəsmilər israrla peyvəndlə bağlı valideynlərə çağırış edir. Əksər valideynlər peyvənd əleyhdarlarıdır və təəssüf ki, bunu təbliğ edirlər. Üstəlik, peyvəndi məsləhət görənləri də cahil adlandırır, fikrindən yayındırmağa çalışırlar. Həkimlər, pediatrlar qızılcadan xilas olmağın yeganə yolunun peyvənd olduğunu vurğulasalar da, xeyli müddətdir ki, ölkədə peyvənd əleyhinə kampaniya aparılır.
Pediatr Ramilə Məmmədova “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, hazırda qızılca infeksiyasının daha çox məktəb və bağça yaşlı uşaqlar arasında yayılması müşahidə edilir. Xəstəlikdən ölüm hallarının da qeydə alındığını deyən pediatr bildirib ki, yetkin əhali arasında da yoluxma hallarına rast gəlinir: “Qızılca yüksək kontaktlı infeksiyadır və yeganə mənbəyi insanlardır. Yoluxmuş şəxslərdə xəstəliyin ağırlaşması hallarında pnevmoniya, otit, bağırsaq fəsadları, ensefalit, meningit, ağız və göz xoraları (görmə qabiliyyətinin itirilməsi) və digər xəstəliklərin baş verməsi riski yüksək ola bilər.
Hazırda bir pediatr kimi məni başqa bir fakt narahat edir. Elm adamları qızılcanın immunitet sisteminə təsir etdiyini çoxdan bilirdilər, lakin son sübutlar göstərib ki, bu immun sistemi yumşaq bir şəkildə zəiflətmək deyil, tamamilə yenidən işə salmaq məsələsidir”.
Pediatr Rotterdam Erasmus Universitetinin professoru Rik L. de Svartdan sitat gətirib: “Qızılca xəstəliyinə tutulmuş uşaqlar əvvəllər mübarizə aparmağı öyrəndikləri patogenlər tərəfindən təhlükə altında olurlar. Hər bir infeksiyanın orqanizmə daxil olması xəstəliyin inkişaf riskini artırır. Bəlkə də toxunulmazlığı bərpa etmək üçün bütün xəstəlikləri yenidən keçirmək lazımdır”.
R.Məmmədova onu da nəzərə çatdırıb ki, BMT-nin Uşaq Fondunun (UNICEF) 2018-ci il hesabatında A vitamininin uşaq ölümlərini 12 faiz azalda biləcəyi qeyd edilib. Həkim bildirib ki, immun sistemin normal şəkildə fəaliyyət göstərməsi üçün vacib hesab edilən vitaminlərdən biri də A vitaminidir. Bu mənada A vitamini əlavəsi (VAS) proqramları uşaqlar üçün həyat yolu ola bilər: “Uşağın həyatının ilk beş ilində onun immunitetini dəstəkləmək, ishal və qızılca kimi təhlükəli xəstəliklərə qarşı müqavimətini artırmaq üçün 4-6 aylıq fasilə ilə ildə cəmi iki doza A vitamini qəbul etdirmək kifayətdir.
Elmi sübutlara əsaslanan protokola görə, A vitamini xüsusilə qızılca zamanı, iki dəfə 24 saat fasilə ilə həkim tərəfindən təyin olunarsa, bir sıra fəsadlardan qoruyur.
UNICEF ekspertləri xüsusi olaraq vurğulayırlar ki, A vitamini əlavələrinin təsiri fərqli nəticə doğurur. Bu o deməkdir ki, əlavələr təsirli olsa da, bədəndə A vitamini ehtiyatı yaratmır və buna görə də hər bir uşağı balanslı və faydalı qida ilə təmin etmək üçün səylərinizi əsirgəməməlisiniz”.
Həkim qeyd edib ki, yaşından asılı olaraq uşaq adekvat qidalanmalıdır: “Çünki qidalanma uşaqların fiziki inkişafında olduqca önəmli rol oynayır. Məsələn, 2 yaşınadək uşaqlar vaxtında verilən tamamlayıcı qidalarla birlikdə ana və ya donor südü alırlar. A vitamini yüksək olan qidaları bunlardır: qaraciyər, ət, balıq, süd, yağ, xama, kəsmik, yumurta (xüsusilə sarısı), yerkökü, balqabaq, bolqar bibəri, ispanaq, brokoli, yaşıl soğan, cəfəri, paxlalılar, qırmızı kürü, ərik, manqo, şaftalı, üzüm və s.
Yeni viruslar dövründə valideynlərdən tələb olunan övladlarını vaxtında vaksinasiyadan keçirməkdir. Peyvəndlənmə qızılca xəstəliyinə qarşı ən effektiv profilaktika üsuludur. Milli peyvənd təqviminə əsasən qızılcaya qarşı immunizasiya 1 və 6 yaşında olmaqla 2 doza şəklində kombinə olunmuş Qızılca, Parotit, Məxmərək (QPM) peyvəndi ilə aparılır. Qızılca yüksək kontagiozluğa malik kəskin xəstəlikdir, yaxın təmasda olan əhalinin 90 faizini yoluxdura bilər. Peyvədlənməmiş şəxslərdə qızılca xəstəliyi ağırlaşmalara və hətta qalıcı fəsadlara səbəb ola bilər”.
Y.SAHİB
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxMaraqlı
25 Aprel 23:18
Maraqlı
25 Aprel 22:40
Dünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04

