Böyük Qayıdış” davam edir...
24.11.2023 [11:10]
Dünya durduqca bu torpaqlarda var olacağıq!
Y.SAHİB
30 ilə yaxın məcburi köçkün adı altında yaşamış vətəndaşlarımız artıq bu adın ağrı-acısı ilə yaşamırlar. Ordumuzun qazandığı Zəfər yurd həsrəti çəkən məcburi köçkünlərimizin işğaldan azad edilmiş ərazilərdəki doğma torpaqlarına qayıtmasına imkan yaratdı. Bununla da Qarabağa “Böyük Qayıdış” prosesinə start verildi.
İşğaldan azad olunmuş torpaqlara “Böyük Qayıdış”ın ilk addımı Zəngilana oldu. Müharibədən heç iki il ötmədən 19 iyul 2022-ci il tarixdə Zəngilanın Ağalı kəndinə ilk köç baş verdi. Ağalıya qayıdış ölkə daxilində böyük tarixi hadisə kimi coşğu və həyəcanla qarşılandı. Çünki illər öncə ağlımıza gəlməyən, təsəvvürümüzə oturmayan bir şeylərin baş verdiyini görürdük.
Zabuxa 5-ci köç...
Dünən Laçın rayonunun yenidən salınan Zabux kəndinə növbəti-5-ci köç karvanı yola salınıb. Beləliklə, daha 25 ailə - 93 nəfər Zabux kəndinə köçüb.
Xatırladaq ki, Zabuxa ilk köç avqustun 25-də baş tutub. Bu mərhələdə 21 ailə-94 nəfər doğma yurduna qayıdıb. Abadlaşan Zabuxa ikinci köç isə noyabrın 16-da olub. Bu zaman 25 ailə-94 nəfər doğma torpaqlarına qovuşub. Noyabrın 18-də Zabuxa 25 ailə-103 nəfər köçüb. Noyabrın 20-də isə Zabuxa dördüncü köç baş tutub. Bu mərhələdə 25 ailə-91 nəfər dədə-baba yurduna qayıdıb.
Bununla da Zabux kəndinə ümumilikdə 121 ailə (475 nəfər) köçürülüb.
Doğma kəndimə qayıtdığıma görə çox qürurluyam
Laçının Zabux kəndinə geri dönən kənd sakini Ənvər Vəliyev sevincini sözlə ifadə etməkdə çətinlik çəkdiyini bildirib: “Doğma kəndimə qayıtdığıma görə çox qürurluyam. Doğma torpaqdan ayrı yaşamaq çox çətin idi. Mən oradan çıxanda 25 yaşım var idi, indi 55 yaşım var. Heç kimə bu acı həyatı yaşamağı arzu etmirəm. Allah Prezidentimiz İlham Əliyevin canını sağ etsin, şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəfa versin. Onlar bizə bu sevinci yaşatdılar. 30 ildən sonra doğma vətənimizə qayıdırıq.
Gözəl hisslər keçiririk...
Zabux kəndinə geri dönən digər sakini Vüsal Məmmədovun sözlərinə görə, doğma yurddan ayrı yaşamaq çox çətin idi: “Gözəl hisslər keçiririk. Fərəh duyuram ki, 31 illik həsrətdən sonra doğma kəndimizə geri dönürük. Çox böyük həvəs və sevinclə doğma kəndimizə gedirəm.
31 il idi ki, həyat bizə çox ağır idi, doğma yurdumuzdan ayrı düşmüşdük. Allah Prezident İlham Əliyevin canını sağ etsin, şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin. Dövlətimizə minnətdaram ki, bizi doğma yurdumuza qaytardı. Artıq ?ətən həsrəti sona çatdı, öz kəndimizdə gözəl günlər keçirəcəyik”.
Dövlətimiz bizim üçün gözəl şərait qurub
Keçmiş məcburi köçkün, kənd sakini Arzuman Vəliyev Zabux kəndinin yenidən bərpa olunduğunu, hər cür şəraitin yaradıldığını qeyd edib: “Çox qürurluyam ki, doğma kəndimə geri dönürəm. Bizim üçün dövlətimiz orada çox gözəl şərait qurub.
İndi çox böyük sevinclə kəndimizə qayıdırıq, orada gözəl günlər yaşayacağıq. Şükür olsun ki, bu gün bizə qismət oldu. Allah Prezidentimiz İlham Əliyevin canını sağ etsin, şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəfa versin”.
Geri dönəcəyimiz günü çox arzulayırdıq...
Zabux kəndinə geri dönən kənd sakini Vidadi Qasımov bildirib ki, sevincinin həddi-hüdudu yoxdur: “31 ildən sonra doğma kəndimə qayıdıram. Geri dönəcəyimiz günü çox arzulayırdıq. Allaha şükür ki, bu gün bizə nəsib oldu.
31 il idi ki, düşmənlərimiz bizi didərgin salmışdı. Bura da bizim vətənimizdir, amma doğma Vətən ayrıdır. Prezident İlham Əliyevə minnətdarlığımı bildirirəm ki, bizi doğma torpağımıza qaytardı. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin. Dövlətimiz kəndimizi çox gözəl bərpa edib, bizim üçün hər cür şərait yaradıb”.
Laçından çıxanda oğlum bələkdə idi...
Zabux sakini, keçmiş məcburi köçkün Tahir Əliyev bildirib ki, bu gün çox sevinclidir: “Laçından çıxanda oğlum bələkdə idi, indi 32 yaşı var.
Sevincimizin həddi-hüdudu yoxdur. Bu gün doğma torpağımıza qayıdırıq. Laçının işğaldan azad olunması xəbərini alanda göz yaşımızı saxlaya bilmədik. Oğlum Laçından çıxanda altıaylıq körpə idi. İndi onun 32 yaşı var, iki oğlu ilə o da Zabuxa qayıdır.
Bu günü bizə yaşadan Ali Baş Komandana, müzəffər Ordumuza minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin!”.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə işğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
14 Yanvar 23:37
Dünya
14 Yanvar 23:12
İdman
14 Yanvar 22:48
Hadisə
14 Yanvar 22:25
Sosial
14 Yanvar 21:52
Dünya
14 Yanvar 21:17
YAP xəbərləri
14 Yanvar 21:04
Dünya
14 Yanvar 20:43
Dünya
14 Yanvar 20:33
Dünya
14 Yanvar 20:18
Dünya
14 Yanvar 19:56
Müsahibə
14 Yanvar 19:30
İqtisadiyyat
14 Yanvar 19:21
YAP xəbərləri
14 Yanvar 18:43
YAP xəbərləri
14 Yanvar 18:22
Siyasət
14 Yanvar 18:11
Xəbər lenti
14 Yanvar 18:05
YAP xəbərləri
14 Yanvar 17:56
YAP xəbərləri
14 Yanvar 17:40
Sosial
14 Yanvar 17:10
Gündəm
14 Yanvar 17:08
YAP xəbərləri
14 Yanvar 17:04
Xəbər lenti
14 Yanvar 17:00
Dünya
14 Yanvar 16:39
İqtisadiyyat
14 Yanvar 15:41
Sosial
14 Yanvar 15:24
YAP xəbərləri
14 Yanvar 14:59
Dünya
14 Yanvar 14:38
Sosial
14 Yanvar 14:21
Dünya
14 Yanvar 13:49
Sosial
14 Yanvar 13:27
Sosial
14 Yanvar 13:03
YAP xəbərləri
14 Yanvar 12:46
YAP xəbərləri
14 Yanvar 12:42
Sosial
14 Yanvar 12:37
Siyasət
14 Yanvar 12:15
İqtisadiyyat
14 Yanvar 12:14
İqtisadiyyat
14 Yanvar 12:13
Hadisə
14 Yanvar 12:13
Siyasət
14 Yanvar 11:59
İqtisadiyyat
14 Yanvar 11:33
Müsahibə
14 Yanvar 11:06
İqtisadiyyat
14 Yanvar 10:57
Sosial
14 Yanvar 10:37
Sosial
14 Yanvar 10:35
Hadisə
14 Yanvar 10:28
Analitik
14 Yanvar 10:12
Analitik
14 Yanvar 09:55
İqtisadiyyat
14 Yanvar 09:30
Analitik
14 Yanvar 09:13
Sosial
14 Yanvar 08:52
Sosial
14 Yanvar 08:36
Dünya
13 Yanvar 23:39
Dünya
13 Yanvar 23:17
İdman
13 Yanvar 22:40
Siyasət
13 Yanvar 22:36
Dünya
13 Yanvar 22:14
Dünya
13 Yanvar 21:53
Dünya
13 Yanvar 21:20
Dünya
13 Yanvar 20:45
Sosial
13 Yanvar 20:18
Siyasət
13 Yanvar 20:01
İqtisadiyyat
13 Yanvar 19:52
Dünya
13 Yanvar 19:26
Gündəm
13 Yanvar 19:04
Siyasət
13 Yanvar 19:00
Siyasət
13 Yanvar 18:58
YAP xəbərləri
13 Yanvar 18:49
Siyasət
13 Yanvar 18:47
Gündəm
13 Yanvar 18:38

