Vətəndaş cəmiyyətinin inkişafında yeni üsulların tətbiqi
24.10.2023 [11:47]
Qeyri-Hökumət təşkilatları ənənəvi metoddan kənara çıxmalıdır
Məlum olduğu kimi artıq vətəndaş cəmiyyətinin inkişafı istiqamətində Azərbaycan modeli formalaşıb. Hüquqi dövlətin yaradılması insan hüquq və azadlıqlarının maksimal təminatı, dövlətin vətəndaş qarşısında və vətəndaşın dövlət qarşısında məsuliyyəti ilə əlaqələndirilir. Azərbaycan dövləti özünün inkişaf strategiyasında hüquqi dövlət quruculuğuna xüsusi önəm verir. Müstəqillik əldə etdikdən sonra bu istiqamətdə atılan addımlar, əldə olunan uğurlar dövlətin bu sahəyə həssaslıqla yanaşmasının göstəricisidir. Sirr deyil ki, müstəqillik illərində ölkəmizin hüquq sistemi demokratik prinsiplər əsasında tamamilə yenidən quruldu. Azərbaycan Respublikasının yeni Konstitusiyasının qəbul edilməsi ilə mütərəqqi məhkəmə-hüquq islahatlarının əsası qoyuldu. Ardıcıl şəkildə həyata keçirilən islahatlar başlıca olaraq bir məqsədə - insan və vətəndaşların hüquq və azadlıqlarının etibarlı qorunmasına, ədalət mühakiməsinin təmin edilməsinə və təkmilləşdirilməsinə yönəldi. Bütün bunlar kifayət qədər uğurlu nəticələrdir. Ancaq biz bu modelin üstün cəhətlərindən istifadə edərək Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmağın yollarını axtarmalıyıq.
Qeyri-Hökumət təşkilatları dövlət üçün amortizator rolu oynamalıdır
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü, hüquqşünas Günel Səfərova “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, bu gün dövlət tərəfindən vətəndaş cəmiyyətinə xeyli dəstək göstərilir: “Ancaq təəssüf ki, xarici ölkələrdə tədbirlərin təşkili, lobbiçilik fəaliyyəti və öz məsələlərimizin diqqətə çatdırılmasında çox zəifik. Bunun obyektiv və subyektiv tərəfləri var. Azərbaycan dövlət potensialı olaraq güclü dövlətdir və güclü dövlətə layiq vətəndaş cəmiyyəti yetişdirməliyik. Xarici təşkilatlar bizə nə qədər qərəzli mövqedə olsa da, beynəlxalq qurumlarla əlaqələr qurulmalıdır. Orada Azərbaycanla bağlı, məsələn, müharibədə həyatını itirən uşaqlarla bağlı tədbirlər keçirilməlidir. Müharibənin Azərbaycan musiqilərini hədəf almamasının təbliğatı aparılmalıdır. Bununla yanaşı, QHT-lər tərəfindən “Böyük Qayıdış” prosesinə dəstək verilməlidir. Nəzərə almaq lazımdır ki, insanlar illərlə yaşadığı yeri tərk edir, indi geri dönür. Onların psixoloji durumuyla, uşaqların adaptasiya prosesində vətəndaş cəmiyyəti dövlətə dəstək göstərməlidir.
Beynəlxalq təşkilatlar səviyyəsində mütəmadi addımlar atılmalıdır. Məsələn, bir müddət əvvəl erməni əhalisinin reinteqrasiya məsələsini gündəmə gətirildi. Halbuki Azərbaycan onlara bu yerlərdə qalmağı təklif etdi, amma özləri çıxıb gediblər. Biz heç kimi məcbur etmirik, ümumiyyətlə Azərbaycanda hər şey könüllülük prinsipinə əsaslanır. Bu baxımdan mən daha çox bugünkü mühitdə Azərbaycana ediləcək təzyiqlərin qarşısında vətəndaş cəmiyyətinin bir amortizator rolu oynamasını istəyirəm. Mən illərlə beynəlxalq təşkilatlarda işləmişəm, Amerikanın, Avropa Birliyinin, müxtəlif ölkələrin təşkilatlarında tərəfdaş olmuşam. Maraqlıdır, nə baş verdi ki, milli məsələdə bunlar bizə qarşı gəlməyə başlayır. Halbuki biz onlarla uzun illər əməkdaşlıq etmişik, tərəfdaş olmuşuq. Məncə, birinci növbədə vətəndaş cəmiyyəti səsini ucaldıb deməlidir ki, biz heç bir beynəlxalq hüquq normasını pozmuruq, bunlara əməl edirik. Demək olar ki, əksər beynəlxalq təşkilatlara baxanda orda Müşahidə Şurası ya məşvərət şurası, ya qurucularından biri ermənidir. Bu qərəzli yanaşmanın formalaşmasını, qərarverici şəxslərin ora bağlılığının fərqli nəticə ortaya çıxarması barədə vətəndaş cəmiyyəti araşdırma aparmalıdır. Biz sosial şəbəkələrin verdiyi imkanlardan kiçik roliklərdən istifadə etməklə Beynəlxalq mühitdə öz sözümüzü deyə bilərik. Bizdə vətəndaş cəmiyyəti, daha çox daxili tədbirlər həyata keçirməklə məşğuldur. Bu səviyyədə ancaq daxili auditoriya ilə işləmək nəticə verməyəcək. Xarici auditoriya çıxan QHT-lərimiz var, amma bu da çox azdır.
Proses insanları bir araya toplayıb foto çəkməkdən ibarət deyil
Məlumdur ki, BMT nin Təhlükəsizlik Şurasının çıxışlarında bizim tərəfimizdən çıxış edən Makedoniya, Albaniya oldu, deməli vətəndaş cəmiyyəti bu istiqamətdə də işini aparmalıdır. Qarabağ müharibəsi və antiterror tədbirləri onu göstərdi ki, Azərbaycan heç bir beynəlxalq hüquq normasını pozmur. Amma bizdə də sual yaranır ki, vətəndaş cəmiyyəti niyə görə burada passivlik edir? Biz də QHT agentliyi olaraq əslində, bu layihələri və yanaşmanı istəyirik. Biz istəyirik ki, ənənəvi metoddan çıxaq. Proses insanları bir araya toplayıb foto çəkməkdən ibarət deyil, olmamalıdır. Məsələn, xaricə gedən tələbələrdən, eyni zamanda, lobbiçilik missiyasını daşımaqları ilə bağlı hansı fəaliyyət görürük? Nəticədə xaricdə təhsil almaqla bərabər onlar eyni zamanda Azərbaycanı təmsil edirlər. Orada yenə də vətəndaş cəmiyyətləri vətəndaşlarımızı təşkilatlandırmalıdır, birbaşa olaraq diaspor təşkilatları o insanlarla işləməlidir”.
G.QABİLQIZI
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
17 İyun 23:42
Dünya
17 İyun 23:35
Sosial
17 İyun 23:19
Dünya
17 İyun 22:56
Dünya
17 İyun 22:20
Dünya
17 İyun 22:09
Dünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Gündəm
16 İyun 16:33
Müsahibə
16 İyun 16:30

