Vətəndaş cəmiyyətinin inkişafı prioritetdir
03.12.2022 [11:30]
Nicat DİLQƏMLİ
Ölkəmizdə vətəndaş cəmiyyətinin inkişaf etdirilməsi ilə bağlı lazımi şərait yaradılıb. Dövlət başçımız tərəfindən aparılan məqsədyönlü siyasət nəticəsində vətəndaş cəmiyyətinin təmsilçilərinə - qeyri-hökumət təşkilatlarına dövlət tərəfindən hərtərəfli dəstək göstərilib və bu dəstək hazırda da davam etməkdədir. Həyata keçirilən çoxşaxəli tədbirlərin uğurlu nəticəsidir ki, bu gün Azərbaycanda 3 mindən çox qeyri-hökumət təşkilatı fəaliyyət göstərir. QHT-lərin demokratik cəmiyyətin əsas elementlərindən biri olduğunu xüsusi qeyd etməkdə böyük fayda var. Eyni zamanda, vətəndaş cəmiyyətinin nümayəndələri milli və dövlət maraqlarının müdafiəsində, ölkənin ictimai həyatında fəal iştirak edirlər. Elə bir neçə gün öncə “Urmiya gölünün qurudulması” ilə bağlı ictimai müzakirənin keçirilməsi də deyilənləri bir daha təsdiq edir. Tədbirdə çıxış edən natiqlər vurğulayıblar ki, “Urmiya gölünün qurudulması” ilə bağlı ictimai müzakirə olduqca aktual məsələdir. İran hakimiyyəti Güney Azərbaycana münasibətdə ayrı-seçkiliyə yol verir. Bəşəriyyət üçün təhlükə olan bu problem barəsində xeyli sənəd imzalansa da, qərarlar yalnız kağız üzərində qalmaqdadır. Ətraf ərazilərdə yaşayan, əksəriyyəti azərbaycanlılardan ibarət olan əhalinin ürək ağrısı ilə dilə gətirdiyi Urmiya gölü İranın ən böyük vilayətlərindən olan Qərbi və Şərqi Azərbaycan arasında yerləşir. Dünyanın ən duzlu üçüncü gölü olan və daha çox soydaşlarımızın məskunlaşdığı bölgələrdə ekoloji böhranın dərinləşməsinin qarşısını alan Urmiya gölünün quruması prosesinin hələ də davam etməsi bizdə də ciddi narahatlıq yaradır.
Məsələ ilə bağlı İran ərazisində, eləcə də ölkədən kənarda, həmçinin Bakı şəhərində İran səfirliyinin qarşısında müxtəlif qurumlar tərəfindən dəfələrlə etiraz aksiyaları keçirilsə də, İran hökuməti indiyədək ciddi tədbir görməyib. Çıxış edənlər bildiriblər ki, rəsmi Tehran tərəfindən bu prosesə İran ərazisində və kənarda etiraz edənlər siyasi və fiziki təqiblərə məruz qalır, həbs edilir, fəalların gözünün qorxudulması üçün müxtəlif işgəncələr tətbiq olunur.
Qeyri-hökumət təşkilatlarının sədrləri bildiriblər ki, İran hakimiyyəti Cənubi Azərbaycanın yeraltı və yerüstü sərvətlərini istismar edərək qazandıqları pulları farsdilli sayılan əyalətlərin abadlaşmasına və inkişafına xərcləyir. İran hakimiyyətinin yürütdüyü plansız və Güney Azərbaycanın təbiətinə laqeyd münasibətin nəticəsində Urmiya gölü quruyur. Məsələ ilə bağlı geniş diskussiya aparılıb və təkliflər səsləndirlib.
Bu, qeyri-hökumət təşkilatlarının problemli məsələyə, eləcə də İran ərazisində yaşayan 40 milyona yaxın soydaşımızın rejim tərəfindən sıxışdırılmasına etirazdır. Bu barədə son vaxtlar həm ölkə rəsmiləri, həm də QHT-lər öz iradlarını bildirirlər. Belə bir halın olması isə Azərbaycanda dövlət və QHT-lər arasında vəhdət bir fikrin olması, ölkəmizdə vətəndaş cəmiyyətinin formalaşmasının bariz nümunəsidir.
Azərbaycan İqtisadçılar İttifaqı İctimai Birliyinin icraçı direktoru Aytən Səmədzadə “Yeni Azərbaycan” qəzetinə açıqlamasında dövlətin QHT-lərə dəstəyindən söz açıb. O bildirib ki, Azərbaycanda vətəndaş cəmiyyəti institutları bir çox sahədə fəal rol oynayır, geniş maarifləndirmə işinin aparılmasında müvafiq dövlət qurumları ilə səmərəli əməkdaşlıq edirlər: “Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı üçün lazımi şərait yaradılıb. Ölkədə aidiyyəti qurumların funksionallığının artırılması, onların praktiki müstəvidə effektiv fəaliyyətinin təmin olunması, bütün bunlarla bərabər zəruri hüquqi bazanın möhkəmləndirilməsi yolu ilə hüquqi dövlət və aktiv vətəndaş cəmiyyətinin qurulması dövlət siyasətinin prioritetlərindəndir. Azərbaycanda müşahidə edilən dinamik sosial-iqtisadi tərəqqi ilə paralel surətdə cəmiyyətin demokratikləşməsi və vətəndaş fəallığının artması da məmnunluq doğurur. Müstəqillik illərində Azərbaycanda güclü vətəndaş cəmiyyəti formalaşıb. Hazırda ölkəmizdə 3000-dən artıq QHT-nin fəaliyyət göstərməsi bunun bariz ifadəsidir. Ölkəmizdə vətəndaş cəmiyyəti institutları hər zaman müzakirələrə qoşularaq, dövlətə öz dəstəklərini göstərirlər. İstər 44 günlük Vətən müharibəsi dövründə, istərsə də koronavirusa qarşı aktiv qabaqlayıcı tədbirlərin görüldüyü vaxtlarda vətəndaş cəmiyyətinin nümayəndələri öz üzərlərinə düşən öhdəlikləri yüksək səviyyədə icra etdilər. Bu, bütün sahələri əhatə edir. Elm və təhsil, iqtisadi, mədəni-maarif və digər sahələrdə vətəndaş cəmiyyəti çox aktiv şəkildə iştirak edirlər”.
“Dövlət başçımız tərəfindən ölkəmizdə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının inkişafına xüsusi diqqət ayrılır. QHT-lər də dövlətimizin qorunması və inkişafı sahəsində görülən və görüləcək bütün işlərə dəstəyini ifadə edərək hər zaman Azərbaycan Prezidentinin yanında olduqlarını bəyan edir. Bütün bunlar isə onu deməyə əsas verir ki, biz - QHT nümayəndələri dövlətimizin inkişafı sahəsində görülən bütün işlərdə aktivlik, həmrəylik nümayiş etdirərək qarşıdakı illərdə də böyük nailiyyətlər əldə edəcəyik”, - deyə A.Səmədzadə fikirlərinə yekun vurub.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
23 Aprel 23:30
İqtisadiyyat
23 Aprel 23:11
Dünya
23 Aprel 22:50
Dünya
23 Aprel 22:35
Dünya
23 Aprel 22:19
Dünya
23 Aprel 21:43
Dünya
23 Aprel 21:16
İdman
23 Aprel 21:06
Dünya
23 Aprel 20:58
Dünya
23 Aprel 20:22
Dünya
23 Aprel 19:40
Dünya
23 Aprel 19:31
Dünya
23 Aprel 19:15
İqtisadiyyat
23 Aprel 18:22
Elm
23 Aprel 17:22
Dünya
23 Aprel 17:19
Dünya
23 Aprel 16:28
İqtisadiyyat
23 Aprel 15:51
Dünya
23 Aprel 15:51
Sosial
23 Aprel 15:43
Dünya
23 Aprel 15:32
YAP xəbərləri
23 Aprel 15:25
Sosial
23 Aprel 15:19
Dünya
23 Aprel 14:59
Dünya
23 Aprel 14:25
Sosial
23 Aprel 14:21
Gündəm
23 Aprel 14:13
Sosial
23 Aprel 13:57
Elanlar
23 Aprel 13:52
Sosial
23 Aprel 13:43
Dünya
23 Aprel 13:19
Gündəm
23 Aprel 12:48
Siyasət
23 Aprel 12:47
Dünya
23 Aprel 12:40
Xəbər lenti
23 Aprel 12:14
Dünya
23 Aprel 12:12
Siyasət
23 Aprel 11:56
Gündəm
23 Aprel 11:37
Dünya
23 Aprel 11:10
Sosial
23 Aprel 11:05
MEDİA
23 Aprel 10:52
Sosial
23 Aprel 10:43
Gündəm
23 Aprel 10:30
Analitik
23 Aprel 10:16
Analitik
23 Aprel 09:58
Ədəbiyyat
23 Aprel 09:31
Analitik
23 Aprel 09:14
Sosial
23 Aprel 08:50
Sosial
23 Aprel 08:33
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:49
İdman
23 Aprel 07:41
Dünya
23 Aprel 07:30
Dünya
22 Aprel 23:35
Xəbər lenti
22 Aprel 23:18
İqtisadiyyat
22 Aprel 22:54
İqtisadiyyat
22 Aprel 22:42
Dünya
22 Aprel 22:20
Dünya
22 Aprel 21:49
Siyasət
22 Aprel 21:39
Siyasət
22 Aprel 21:38
Siyasət
22 Aprel 21:38
İdman
22 Aprel 21:33
İqtisadiyyat
22 Aprel 21:15
Siyasət
22 Aprel 21:07
Dünya
22 Aprel 20:58
Gündəm
22 Aprel 20:58
Siyasət
22 Aprel 20:56
Dünya
22 Aprel 20:22

