Gender bərabərliyi mövzusunda təlimlər davam edir...
02.11.2022 [10:31]
N.Dilqəmli
Bütün cəmiyyətlərdə sağlam ailə mühitinin formalaşmasında əsas məqamlardan biri qadın və kişilərin hüquqi, sosial, mənəvi baxımdan bərabərliklərinin təmin olunması məsələsidir. Gender bərabərliyi ifadəsi həyatın bütün sahələrində kişi və qadınların bərabərliyini özündə ehtiva edir. Məhz bu məqsədlə dünyanın bir çox ölkəsinin qanunvericiliyində müvafiq düzəlişlər və dəyişikliklər edilib. Kişi və qadınlar arasında bərabərliyin, balansın qorunması istiqamətində xeyli işlər görülüb. Həyata keçirilən uğurlu layihələrin miqyasından, əhatə dairəsindən asılı olmayaraq bu problem hələ də aktual olmaqda davam edir.
Ölkəmizdə gender bərabərliyinin hüquqi təməli Cümhuriyyət dövründə qoyulub. 1918-ci ildə yaradılan Azərbaycan Xalq Cümhuriyyəti Şərqdə qadınlara seçki hüququ verən ilk respublika kimi tarixə düşüb.
Azərbaycan müstəqillik qazandıqdan sonra da qadınların ictimai-siyasi həyatda fəaliyyətinin artırılmasına xüsusi diqqət ayrılıb. Bununla bağlı ölkədə dövlət səviyyəsində bir sıra qanun və qərarlar qəbul edilib. Azərbaycan 1992-ci ildə “Qadınların siyasi hüquqları haqqında” Konvensiyaya, 1995-ci ildə isə “Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında” Konvensiyaya qoşulub. 2010-cu ildə “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanun qəbul edilib.
Əfsuslar olsun ki, bütün dünyada olduğu kimi bu gün Azərabaycanda da gender bərabərliyilə bağlı müəyyən problemlər mövcuddur. Məsələn, son illər ölkədə boşanmaların sayı artıb, ailədaxili münaqişələrdən əziyyət çəkənlər həddindən artıq çoxdur, ailə münasibətlərində qız və oğlan uşaqları arasında ayrı-seçkilik mövcuddur və s. Qeyd etdiyimiz bu amillər cəmiyyətin düzgün formalaşmasına və demoqrafik tendensiyaya mənfi təsir göstərir.
Qeyd edilən bütün məqamlar nəzərə alınaraq istər yerli, istərsə də beynəlxalq təşkilatlar tərəfindən bu mövzuda tədbirlərin, layihələrin keçirilməsi davam edir. Elə bir neçə gün öncə Bakıda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Avropa İttifaqının birgə təşkilatçılığı ilə “Aİ Gender Bərabərliyi naminə: İslahat üzrə Yardım Xidməti” layihəsi çərçivəsində gender məsələləri üzrə məsul şəxslər üçün “Gender Bərabərliyi və İdarəetmə” mövzusunda təlim təşkil olunub. Tədbiri giriş nitqi ilə açan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova bildirib ki, ölkəmizdə 2006-cı ildə “Gender (kişi, qadın) bərabərliyinin təminatları haqqında” Qanun qəbul olunduqdan sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən hər il Milli Məclis qarşısında hesabat verilir. Qeyd edib ki, ölkədə gender məsələləri ilə bağlı vəziyyəti təhlil etmək üçün müəyyən komitələrə, nazirliklərə və bir sıra şirkətlərə müraciət olunur və artıq müəyyən dövlət qurumlarında gender məsələləri üzrə məsul şəxslər təyin edilib. Bu seminar gələcəkdə gender məsələləri ilə bağlı daha dolğun məlumatların alınmasına töhfə vermək məqsədi daşıyır.
“Gender Bərabərliyi və İdarəetmə” mövzusunda keçirilən təlim nazirliklərin gender məsələləri üzrə məsul şəxslərinin iştirakı ilə həyata keçirilib. Təlimdə “Gender bərabərliyi konsepsiyası və anlayışı”, “Gender bərabərsizliyinin səbəbləri və nəticələri”, “Gender indikatorları və yoxlama alətləri” və digər mövzular üzrə ətraflı məlumatlar əldə olunub.
Həyata keçirilən tədbirlərin uğurlu nəticəsi olaraq bu gün ölkəmizdə qadınların öz potensiallarını bütünlüklə üzə çıxartmalarına geniş imkanlar açılıb. Ölkədə zərif cinsin nümayəndələri təhsil hüquqlarından tam şəkildə istifadə edirlər. Eyni zamanda, qadınlar idarəetmənin bütün pillələrində, qanunverici orqanda, hüquq-mühafizə sistemində fəal şəkildə təmsil olunurlar. Hazırda məktəb müəllimlərinin təxminən 70, həkimlərin 60, elmi işçilərin isə 50 faizini məhz qadınlar təşkil edirlər.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
23 Aprel 21:43
Dünya
23 Aprel 21:16
İdman
23 Aprel 21:06
Dünya
23 Aprel 20:58
Dünya
23 Aprel 20:22
Dünya
23 Aprel 19:40
Dünya
23 Aprel 19:31
Dünya
23 Aprel 19:15
İqtisadiyyat
23 Aprel 18:22
Dünya
23 Aprel 17:19
Dünya
23 Aprel 16:28
İqtisadiyyat
23 Aprel 15:51
Dünya
23 Aprel 15:51
Sosial
23 Aprel 15:43
Dünya
23 Aprel 15:32
YAP xəbərləri
23 Aprel 15:25
Sosial
23 Aprel 15:19
Dünya
23 Aprel 14:59
Dünya
23 Aprel 14:25
Sosial
23 Aprel 14:21
Gündəm
23 Aprel 14:13
Sosial
23 Aprel 13:57
Elanlar
23 Aprel 13:52
Sosial
23 Aprel 13:43
Dünya
23 Aprel 13:19
Gündəm
23 Aprel 12:48
Siyasət
23 Aprel 12:47
Dünya
23 Aprel 12:40
Xəbər lenti
23 Aprel 12:14
Dünya
23 Aprel 12:12
Siyasət
23 Aprel 11:56
Gündəm
23 Aprel 11:37
Dünya
23 Aprel 11:10
Sosial
23 Aprel 11:05
MEDİA
23 Aprel 10:52
Sosial
23 Aprel 10:43
Gündəm
23 Aprel 10:30
Analitik
23 Aprel 10:16
Analitik
23 Aprel 09:58
Ədəbiyyat
23 Aprel 09:31
Analitik
23 Aprel 09:14
Sosial
23 Aprel 08:50
Sosial
23 Aprel 08:33
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:49
İdman
23 Aprel 07:41
Dünya
23 Aprel 07:30
Dünya
22 Aprel 23:35
Xəbər lenti
22 Aprel 23:18
İqtisadiyyat
22 Aprel 22:54
İqtisadiyyat
22 Aprel 22:42
Dünya
22 Aprel 22:20
Dünya
22 Aprel 21:49
Siyasət
22 Aprel 21:39
Siyasət
22 Aprel 21:38
Siyasət
22 Aprel 21:38
İdman
22 Aprel 21:33
İqtisadiyyat
22 Aprel 21:15
Siyasət
22 Aprel 21:07
Dünya
22 Aprel 20:58
Gündəm
22 Aprel 20:58
Siyasət
22 Aprel 20:56
Dünya
22 Aprel 20:22
Dünya
22 Aprel 20:13
Siyasət
22 Aprel 19:56
Xəbər lenti
22 Aprel 19:45
Dünya
22 Aprel 19:31
Dünya
22 Aprel 19:17
Siyasət
22 Aprel 18:53

