Vətənpərvər olmaq üçün...
23.09.2022 [10:48]
Məktəblərdə milli mənlik şüurunun inkişaf etdirilməsi vacibdir
MİKAYIL
“Hamımızın ümumi vəzifəmiz xalqımızda vətənpərvərlik, Vətən torpağına, millətə sədaqət, Vətən uğrunda şəhidliyə hazır olmaq hisslərini formalaşdırmaq, inkişaf etdirmək və təbliğ etməkdir”.
Ulu öndər Heydər Əliyevin dediyi kimi gənclərin vətənpərvərlik tərbiyəsinin düzgün təşkili bizim qarşımızda duran ən vacib məsələlərdən biridir. Məktəblilər arasında hərbi vətənpərvərlik, milli-mənəvi şüurun təbliği və aşılanması işinin ən yüksək səviyyəyə çatdırılmasında Müdafiə Nazirliyinin, eləcə də Elm və Təhsil nazirliklərinin birgə fəaliyyəti mühüm rol oynayır. Pedaqoji kollektivin zəhməti və əzmkarlığı sayəsində gənclərimiz ilkin hərbi bilik və vərdişlərə yiyələnirlər. Gənclərin ordu həyatı ilə ilkin tanışlıqları onların hərbi xidmətə fiziki və psixoloji cəhətdən hazır olmalarına zəmin yaradır. Şagirdlərlə mütəmadi olaraq bu istiqamətdə söhbətlər aparılır, qəhrəmanlıq nümunələrindən danışılır. Parta arxasında əyləşən hər bir şagird yaxşı anlayır ki, hərbi xidmət keçmək, Vətəni müdafiə etmək onların övladlıq borcudur. Bu baxımdan məktəblərimiz şagirdlərimizi Vətənimizin fəal müdafiəsinə hazırlayır, ilkin hərbi vərdişləri öyrədir. Gənclərimizdə vətənpərvərlik, hərb peşəsinə sevgi, orduya rəğbət o qədərdir ki, oğlanlarla yanaşı, qızlarımız da hərbçi olmaq arzusundadırlar. Bu gün şagirdlərimizdə olan vətənpərvər ruh onun göstəricisidir ki, ta qədimdən dillərə dastan olan qəhrəmanlarımız bu gün də var, sabah da olacaq. Danılmaz faktdır ki, gənclərimizin orta məktəbdə müəyyən hərbi biliklərə yiyələnməsi onların peşəkar hərbçilər kimi formalaşmasında vacib rol oynayır. Bir sözlə, tədris olunan fənlərlə yanaşı, şagirdlərdə Vətənə məhəbbət hissini daha da möhkəmləndirmək, vətənpərvərliyin məzmununu onlara düzgün çatdırmaq əsas vəzifələrimizdəndir.
Məktəblərdə keçirilən silsilə tədbirlərdən də bir daha şahidi oluruq ki, vətənpərvərlik, milli-mənəvi şüurun təbliği və aşılanması məsələsi daim diqqət mərkəzində saxlanılır. Danılmaz faktdır ki, ictimai səciyyə daşıyan vətənpərvərlik tərbiyəsi şagirdlərin vətəndaş kimi formalaşmasında, öz Vətənini ləyaqətini qorumaqda mənəvi təsir gücünə malikdir.
Ağalıda vətənpərvərlik dərsi
Xatırladaq ki, Ermənistanın işğalından azad olunan Zəngilan rayonunun Ağalı kənd tam orta məktəbində sentyabrın 15-də 29 ildən sonra ilk dəfə dərs başladı. 360 şagird yerlik ikimərtəbəli məktəbdə ilk dərs “Qarabağ Azərbaycandır!” mövzusuna həsr olunmuşdu. Bu bir daha sübut edir ki, ümumtəhsil məktəblərinin ən vacib vəzifələrindən biri də vətənpərvərlik hisslərinin tərbiyəsi və aşılanmasıdır. Vətənpərvərlik Vətənin tarixini öyrənməkdə, sərhədlərini qorumaqda, lazım gələrsə, dövlətin müəyyənləşdirdiyi qaydalara əməl etməkdə ifadə olunur. Həmin sahədə həyata keçirilən kütləvi tədbirlər, maarifləndirmə və təbliğat işləri bilavasitə gənclərin mənəvi, fiziki, psixoloji hazırlığının təmin edilməsinə, onlarda Vətənə, doğma torpağa məhəbbət hissinin yüksəldilməsinə, eləcə də müasir dünyamızda qloballaşmanın geniş vüsət aldığı bir zamanda milli-mənəvi dəyərlərin qorunub saxlanmasına yönəldilir.
Bundan başqa, şagirdlərin hərbi-vətənpərvərlik tərbiyəsi üzrə məktəbdə həyata keçirilən məktəbdənkənar tədbirlərin necə təsir bağışladığını yoxlamaq üçün inşa yazı işlərinin hazırlanması, bu mövzuda müzakirələrin keçirilməsi xüsusi əhəmiyyət daşıyır. Şagirdlərdə hərbi-vətənpərvərlik hisslərinin tərbiyəsi üçün sinifdənxaric oxu da gözəl vasitədir. Bu, şagirdlərin vətənpərvərlik və qəhrəmanlıq ruhunda tərbiyə edilməsinə çox kömək edir. Eləcə də qədim dünya tarixi, orta əsrlər tarixi və Azərbaycan tarixi dərsliklərində bütün mövzular öz məzmun etibarı ilə hərbi-vətənpərvərlik tərbiyəsi üçün geniş imkan yaradır.
Hər kəsə bəllidir ki, vətənpərvərlik tərbiyəsi öz Vətəninə sevgi və məhəbbət hissinin, vətəndaş məsuliyyətinin, hər an Vətəninin və xalqının müdafiəsinə qalxmağa hazırlığın formalaşması üçün olduqca vacibdir. Bu istiqamətdə keçirilən tədbirlər göstərir ki, dövlət gənclər siyasətinin ən mühüm istiqamətlərindən biri kimi ölkəmizdə gənc nəslin vətənpərvər ruhda tərbiyəsi diqqət mərkəzindədir.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
YAP xəbərləri
22 İyun 16:07
Sosial
22 İyun 15:45
Siyasət
22 İyun 15:31
Siyasət
22 İyun 15:29
Hadisə
22 İyun 15:15
Gündəm
22 İyun 15:05
Sosial
22 İyun 14:44
Siyasət
22 İyun 14:43
Dünya
22 İyun 14:31
Sosial
22 İyun 14:11
Elm
22 İyun 13:46
Dünya
22 İyun 13:42
Siyasət
22 İyun 13:29
Siyasət
22 İyun 13:25
Gündəm
22 İyun 13:21
Gündəm
22 İyun 13:09
Sosial
22 İyun 13:03
Dünya
22 İyun 12:56
Sosial
22 İyun 12:34
Dünya
22 İyun 12:29
Gündəm
22 İyun 12:26
Sosial
22 İyun 11:48
Sosial
22 İyun 11:47
Gündəm
22 İyun 11:46
İdman
22 İyun 11:35
Dünya
22 İyun 11:13
Gündəm
22 İyun 11:12
Gündəm
22 İyun 11:02
Dünya
22 İyun 10:50
Dünya
22 İyun 10:22
Gündəm
22 İyun 10:13
YAP xəbərləri
22 İyun 09:48
Dünya
22 İyun 09:45
YAP xəbərləri
22 İyun 09:43
Dünya
22 İyun 09:18
İdman
22 İyun 08:51
Dünya
22 İyun 08:27
Dünya
22 İyun 08:16
Dünya
22 İyun 08:16
İdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Xəbər lenti
21 İyun 16:30
Dünya
21 İyun 15:39
Siyasət
21 İyun 14:29
Siyasət
21 İyun 14:24
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Siyasət
20 İyun 23:26
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22

