Pandemiyaya əlvida deməyin vaxtı çatıb
05.03.2022 [10:20]
2 aya karantin rejimindən çıxarıq
MÜŞFİQƏ
Dünyanın bir sıra ölkələrində koronavirusa görə tətbiq olunan bəzi məhdudiyyətlər ləğv edilir.
“Koronavirus pandemiyası ləğv edilir və qadağalar yumşaldılır”. Bunu da ÜST nümayəndəsi Maykl Rayan bildirib. ÜST rəsmisi qeyd edib ki, koronavirusla bağlı fövqəladə vəziyyət bu il aradan qaldırıla bilər. Yoluxma hallarının sayının azalması və vaksin etdirənlərin sayının artması səbəbindən əksər ölkələr COVID-19 tədbirlərini tamamilə ləğv etsə də, bəziləri qısa müddətdə onları qaldırmağa və ya əhəmiyyətli dərəcədə yumşaltmağa hazırlaşır.
Dünya karantindən necə çıxdı?
ABŞ-da, demək olar ki, bütün ştatlarda qapalı ərazilərdə tibbi maska taxmaq və peyvənd sertifikatı göstərmək öhdəliyi aradan qaldırılıb. Bəzi ştatlarda məktəblər, xəstəxanalar və ictimai nəqliyyat kimi yerlərdə maskalardan istifadə öhdəliyi isə davam edir.
Böyük Britaniyada fevralın 24-dən etibarən koronavirusa görə tətbiq olunan bütün məhdudiyyətlər qaldırılıb. Baş nazir Boris Consonun “COVID-19 ilə yaşamaq strategiyası”na əsasən virusa yoluxanlar artıq karantində qalmayacaqlar. Fevralın 11-dən ölkəyə gələn peyvənd edilmiş şəxslərdən COVID-19 testi tələb olunmur.
Bununla yanaşı, İsveç, Norveç, Finlandiya və Danimarka da tədbirləri tamamilə ləğv edib.
Fransada isə mədəniyyət və idman tədbirlərində insanların sayının məhdudlaşdırılması, evdən işləmək və açıq yerlərdə tibbi maska taxmaq qaydaları aradan qaldırılıb. Gecə klubları yenidən açılıb, konsertlərin təşkilinə yenidən icazə verilib. Bağlı yerlərdə tibbi maskalardan istifadə məcburiyyəti aradan qaldırılıb.
İsveçrədə restoranlar, kafelər, mədəni tədbirlər və digər qapalı yerlərin girişində COVID-19 peyvəndi sertifikatı göstərmək öhdəliyi aradan qaldırılıb. Bundan başqa, konsert məkanlarında, ticarət mərkəzlərində və məktəblərdə, xüsusən də iş yerlərində tibbi maska taxmaq öhdəliyinə son qoyulub.
Hollandiyada da kafe və restoranlarda ziyarətçilərin sayı limitsiz olub, sabit oturacaqlar, maska taxmaq və 1,5 metr sosial məsafəyə son qoyulub. Gecə həyatı, əyləncələr, festivallar və tədbirlər daxil olmaqla, hər yerdə açılış və bağlanma vaxt məhdudiyyətləri qaldırılıb. 500 nəfərə qədər tutumu olan qapalı yerlərdə COVID-19 sənədinin göstərilməsi tələbi də ləğv edilib. Buna baxmayaraq, ictimai nəqliyyatda, hava limanı və təyyarələrdə tibbi maska taxmaq tələbi davam edir.
İsraildə də ticarət mərkəzləri, qatar stansiyaları və hava limanlarına keçidlərdə istifadə edilən “yaşıl keçid” adlı COVID-19 sənədini göstərmək öhdəliyi aradan qaldırılıb. Bağlı yerlərdə maska taxmaq tələbi davam edir.
Eləcə də Bolqarıstan ictimai yerlərə giriş üçün COVID sertifikatlarını ləğv edib. Ölkədə koronavirusa yoluxma halları azalıb. Restoranlara, ticarət mərkəzlərinə və digər ictimai yerlərə giriş üçün “yaşıl sertifikat”dan (koronavirus sertifikatından) imtina edilib.
Azərbaycanda məhdudiyyətlər ləğv ediləcək?
Bir sözlə, dünya koronavirusa görə məhdudiyyətləri aradan qaldırıb.
Hazırda statistikaya nəzər salsaq görərik ki, Azərbaycanda yoluxma sürətlə azalıb. Son sutkada ölkəmizdə COVID-19 infeksiyasına 570 yoluxma faktı qeydə alınıb. Görəsən, Azərbaycanda da xüsusi karantin rejiminin yumşaldılması və yaxud da aradan qaldırılması gözlənilirmi?
Yoluxma sayının azalması bir həftə də davam edərsə, Azərbaycanda da...
Məsələ ilə bağlı qəzetimizə açıqlama verən deputat Musa Quliyev deyir ki, dünyada gedən prosesləri nəzərə alaraq Operativ Qərargah tərəfindən analoji addımlar bizim ölkədə də atıla bilər: “Ölkəmizdə vaksinasiya etdirənlərin sayının kifayət qədər yüksək olması və yoluxma sayının azalması bir həftə də davam edərsə, artıq Azərbaycanda da Operativ Qərargah bu barədə öz müsbət fikrini deməlidir. Bu templə davam etsə, yaxın 2 ayda ümumiyyətlə, karantin rejimindən çıxarıq. Bunu nəzərə alaraq karantin rejimini yüngülləşdirmək olar. Karantin rejimi yumşalarsa, QR kodu ilə qapalı məkanlara daxil olmağa ehtiyac qalmayacaq. Turistik imkanlarından da daha sürətlə istifadə etməkdən ötrü bu yumşaltmalara getməliyik. Təbii ki, son sözü Operativ Qərargah deyəcək”.
Bu minvalla davam etsə, ölkəmizdə də qərarlar qəbul ediləcək
Azərbaycan Tibb Universitetinin ağciyər xəstəlikləri kafedrasının müdiri, dosent Rafiq Bayramov isə bildirib ki, koronavirus infeksiyasına yoluxanların və ağır xəstələrin sayı azalıb. Buna baxmayaraq, tədbirləri əldən vermək olmaz: “Epidemioloji vəziyyətdə olan dəyişiklik və yaxşılaşma bu minvalla davam etsə, ölkəmizdə də belə qərarlar qəbul ediləcək. Düşünürəm ki, qərarların birdən-birə ləğvi düzgün olmaz. Risk qrupuna aid olan insanlar üçün müəyyən müddət bu qaydaların saxlanılması məqsədəuyğundur. Hələ ki, pandemiya bitməyib. Müsbət dinamika var, amma bu, tam arxayınlaşmaya əsas verməməlidir. İnsanlar virusla mübarizə tədbirlərini davam etdirməlidirlər. Hansısa təkanverici faktor olduğu təqdirdə sürətlə bu rəqəm arta da bilər. Tövsiyə edərdim ki, insanlar qapalı məkanlarda sıx təmaslardan qaçsın, şəxsi gigiyena qaydalarına əməl etsin və buster dozalarını vurdursunlar”.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
13 Yanvar 20:45
Sosial
13 Yanvar 20:18
İqtisadiyyat
13 Yanvar 19:52
Dünya
13 Yanvar 19:26
YAP xəbərləri
13 Yanvar 18:49
Gündəm
13 Yanvar 18:38
Gündəm
13 Yanvar 18:34
YAP xəbərləri
13 Yanvar 17:51
YAP xəbərləri
13 Yanvar 17:25
Gündəm
13 Yanvar 17:04
Sosial
13 Yanvar 16:56
Gündəm
13 Yanvar 16:49
Gündəm
13 Yanvar 16:37
YAP xəbərləri
13 Yanvar 16:34
Hadisə
13 Yanvar 15:55
Siyasət
13 Yanvar 15:53
YAP xəbərləri
13 Yanvar 15:46
Gündəm
13 Yanvar 15:34
Dünya
13 Yanvar 15:26
Dünya
13 Yanvar 15:26
İdman
13 Yanvar 15:22
Xəbər lenti
13 Yanvar 15:22
YAP xəbərləri
13 Yanvar 15:13
Dünya
13 Yanvar 14:41
Gündəm
13 Yanvar 14:37
Gündəm
13 Yanvar 14:31
Dünya
13 Yanvar 14:26
Sosial
13 Yanvar 14:18
İqtisadiyyat
13 Yanvar 13:53
Xəbər lenti
13 Yanvar 13:52
Dünya
13 Yanvar 13:41
Gündəm
13 Yanvar 13:35
YAP xəbərləri
13 Yanvar 13:32
Dünya
13 Yanvar 13:16
Dünya
13 Yanvar 12:50
Dünya
13 Yanvar 12:29
Hadisə
13 Yanvar 12:24
Dünya
13 Yanvar 12:19
Dünya
13 Yanvar 11:48
Sosial
13 Yanvar 11:28
YAP xəbərləri
13 Yanvar 11:16
Siyasət
13 Yanvar 11:12
İqtisadiyyat
13 Yanvar 11:11
İqtisadiyyat
13 Yanvar 11:10
Sosial
13 Yanvar 11:09
Sosial
13 Yanvar 10:54
İqtisadiyyat
13 Yanvar 10:35
Siyasət
13 Yanvar 10:31
Hadisə
13 Yanvar 10:26
Analitik
13 Yanvar 10:17
Analitik
13 Yanvar 09:59
Dünya
13 Yanvar 09:50
Dünya
13 Yanvar 09:45
Analitik
13 Yanvar 09:36
Hadisə
13 Yanvar 09:21
Analitik
13 Yanvar 09:11
Sosial
13 Yanvar 08:51
Sosial
13 Yanvar 08:38
Gündəm
13 Yanvar 08:14
Dünya
13 Yanvar 07:10
Dünya
13 Yanvar 07:10
Dünya
12 Yanvar 23:47
YAP xəbərləri
12 Yanvar 23:25
Elm
12 Yanvar 23:12
YAP xəbərləri
12 Yanvar 23:07
Hadisə
12 Yanvar 22:58
YAP xəbərləri
12 Yanvar 22:32
Sosial
12 Yanvar 22:17
Dünya
12 Yanvar 21:46
Dünya
12 Yanvar 21:20

