Azərbaycançılıq - müstəqil Azərbaycan dövlətinin ideoloji dayağı
01.12.2021 [10:24]
Qaşqay ZİYƏDDİNOĞLU
Müstəqil dövlətin formalaşması üçün ordu, konstitusiya, bayraq, gerb, himn kimi atribut və rəmzlər vacib hesab edildiyi kimi, ideoloji əsaslar da böyük önəm daşıyır. Azərbaycanın da müstəqil dövlət kimi inkişafını və yüksəlişini təmin edən başlıca amillərdən biri milli ideologiyaya əsaslanan uğurlu siyasətin həyata keçirilməsidir.
Mövzu ilə bağlı “Yeni Azərbaycan” qəzetinə açıqlama verən Azərbaycan Respublikaçılar Partiyasının sədri Sübut Əsədov deyib ki, Ulu Öndər Heydər Əliyev azərbaycançılıq ideyasını ümummilli ideologiyaya çevirib: “1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycanın 30 ilə yaxındır müstəqil dövlət kimi mövcudluğunu qoruyub saxlamasında uzunmüddətli və çətin prosesdən keçib gəlmiş müəyyən ideoloji xəttin, onu inkişaf etdirən və dövlətçiliyin əsas dayağına çevirən dahi şəxsiyyətin misilsiz rolu danılmazdır. Çünki azərbaycançılıq ideologiyası bizə dövlətçi, xalqçı, vətənpərvər olmağı, eyni zamanda, Azərbaycan adlı dövlətin vətəndaşı olduğumuza görə azərbaycançı olmağı öyrədir. Ümummilli Lider Heydər Əliyevin “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” kəlamı yüksək vətəndaşlıq şüuru kontekstində azərbaycanlı olmağın nə qədər şərəfli və məsuliyyətli olduğunu göstərmək baxımından mühüm önəmə malikdir”.
Azərbaycançılığın davamlı təkamül yolu keçdiyini qeyd edən S.Əsədovun sözlərinə görə, onun bütün dünya azərbaycanlılarını birləşdirən ideologiyaya çevrilməsi Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətləri sayəsində mümkün olub: “Ulu Öndər hələ sovetlər dönəmində Azərbaycana rəhbərlik edərkən azərbaycançılıq məfkurəsinin bütün həmvətənlərimiz arasında yayılmasına çalışır, Azərbaycanın ədəbiyyatı, musiqisi, kinosu və incəsənətində bu ideyanı təbliğ edən çoxsaylı əsərlərin meydana çıxması üçün əlindən gələni əsirgəmirdi. Azərbaycan diasporunun formalaşmasını da vacib hesab edən Heydər Əliyev xarici ölkələrə etdiyi bütün səfərlərində diasporumuzun nümayəndələri ilə görüşməyə vaxt tapır, onların mütəşəkkil qüvvəyə çevrilməsi üçün lazımi məsləhətlərini verirdi”.
Müasir dövrdə azərbaycançılıq ideologiyasının əsasında Azərbaycanı özünə Vətən sayan bütün xalqların milli, etnik, dini və sosial hüquqlarının bərabərliyi ideyasının dayandığını qeyd edən partiya sədrinin sözlərinə görə, Ulu Öndər bu istiqamətdəki xüsusi fəaliyyəti ilə azərbaycançılıq ideologiyasını ölkəmizin hüquqi, demokratik dövlət kimi möhkəmlənməsinə və inkişafına yönəldib: “Məhz Onun xidməti sayəsində azərbaycançılıq milli dövlət ideologiyası kimi ölkəmizin siyasi-hüquqi inkişafını da təmin edir. Əsas Qanunumuz irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir”.
S.Əsədov deyib ki, azərbaycançılıq ideyasının məqsədi çoxmillətli Azərbaycan xalqının birləşməsi və demokratik yolla inkişaf etməsinə zəmin yaradan dəyərlər sistemini formalaşdırmaq olub və ən yeni tariximiz buna nail olduğumuzu göstərir: “İstər ölkə daxilində, istərsə də Azərbaycandan kənarda yaşayan, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü naminə fəaliyyət göstərən, onun demokratik dövlət kimi inkişafı üçün çalışan hər kəs azərbaycançılıq ideyasının daşıyıcısıdır. Azərbaycançılıq, həmçinin özündə müxtəlif xalqların, sivilizasiyaların və konfessiyaların üzvi şəkildə vəhdətini ehtiva edir. Hazırda Azərbaycanın əhalisi ölkənin müxtəlif guşələrində yaşayan 30-a yaxın millət və etnik qruplardan ibarətdir. 44 günlük Vətən müharibəsində də dinindən və dilindən, etnik mənsubiyyətindən asılı olmayaraq, hər bir vətəndaşın vətənpərvərlik nümayiş etdirməsi məhz həmin ideologiyanın xalqımızda təcəssüm tapmasının sübutu idi. Bu baxımdan, əldə edilən möhtəşəm Qələbədə hər bir azərbaycanlının xüsusi töhfəsi olduğunu söyləmək olar”.
Partiya sədri vurğulayıb ki, Prezident İlham Əliyev azərbaycançılıq məfkurəsinə böyük önəm verir və onu dövlətçiliyimizin ideoloji dayağı hesab edir: “Müasir Azərbaycan milli adət-ənənələrini yaşatmaq şərtilə dünya birliyinə inteqrasiya edir, azərbaycançılıq ideologiyasını tolerantlıq və etnik müxtəliflik kimi mütərəqqi dəyərləri özündə birləşdirən ideya kimi təbliğ edir. Bu baxımdan, demək olar ki, azərbaycançılıq ideologiyasının əsasında xalqımızın maraqları və dövlətçilik mənafeyi dayanır. Bir sözlə, Ulu Öndər Heydər Əliyevin sayəsində ümummilli ideologiya halına gələn, bütün dünya azərbaycanlılarını birləşdirən məfkurəyə çevrilən azərbaycançılığın daha geniş miqyasda təbliği üçün Azərbaycan Prezidenti İlham Əliyevin iradəsi əsasında müvafiq addımlar atılır, mühüm tədbirlər həyata keçirilir. Bu isə Azərbaycanın milli gücünün artması, daha güclü - qüdrətli Azərbaycan deməkdir”.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Azərbaycançılıq ideyasının təbliği: dövlət müstəqilliyimizin bərpasının 30-cu ili - azərbaycançılıq ideologiyası bizi birləşdirən əsas dəyərdir.” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxMaraqlı
25 Aprel 23:18
Maraqlı
25 Aprel 22:40
Dünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04

