/ / Azərbaycan Vətən müharibəsində işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışı yüksək səviyyədə təmin etmək əzmindədir
Azərbaycan Vətən müharibəsində işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışı yüksək səviyyədə təmin etmək əzmindədir
02.07.2021 [22:36]
Müharibənin başa çatmasından az vaxt ötməsinə baxmayaraq, artıq bəhs olunan ərazilərdə genişmiqyaslı bərpa işlərinə başlanıb
Son 18 ildə müstəqil Azərbaycanın həyatın bütün sahələrində qazandığı böyük uğurlar, həmçinin üç onillik ərzində işğal altında qalan torpaqlarımızın azad edilməsi, həmin ərazilərin geniş potensialının milli iqtisadiyyatımıza inteqrasiyası imkanlarının yaranması ölkəmizin qarşısında yeni perspektivlər açıb. Təsadüfi deyil ki, Prezident İlham Əliyev 2 fevral 2021-ci il tarixində “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamda qeyd olunub ki, müstəqil və suveren Azərbaycan dövləti postpandemiya və postkonflikt dövründə keyfiyyətcə yeni olan və 2021-2030-cu illəri əhatə edən strateji mərhələyə daxil olur. Sənədə əsasən, yeni strateji mərhələdə ölkənin sosial-iqtisadi inkişafına dair beş Milli Prioritet müəyyənləşdirilib ki, onlardan biri də ötən il Vətən müharibəsində işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışla bağlıdır. Heç şübhəsiz, güclü dövlət olan Azərbaycan işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışı qısa müddətdə və yüksək səviyyədə təmin etmək əzmindədir. Müharibənin başa çatmasından az vaxt ötməsinə baxmayaraq, artıq bəhs olunan ərazilərdə genişmiqyaslı bərpa işlərinə başlanıb.
İşğaldan azad olunmuş ərazilərdə zəruri infrastrukturun yaradılmasının mühüm sosial-iqtisadi əhəmiyyəti var
Azərbaycan işğaldan azad edilən ərazilərdə bərpa işlərini ardıcıllıqla və planlı şəkildə həyata keçirmək niyyətindədir. Əlbəttə ki, bərpa işlərinə başlamazdan əvvəl ərazilərin minalardan təmizlənməsi həyata keçirilir. Bu, kifayət qədər çətin və ağrılı bir prosesdir. Mənfur düşmən üç onillik ərzində öz nəzarətində saxladığı ərazilərimizdə böyük dağıntılar törətməklə yanaşı, həm də şəhər və kəndlərimizi, yolları kütləvi şəkildə minalayıb. Beynəlxalq konvensiyalara əsasən, müharibə başa çatdıqdan sonra minalanmış ərazilərin xəritələri qarşı tərəfə verilməlidir. Ancaq Ermənistan müharibə cinayətlərini davam etdirərək minalanmış ərazilərin xəritələrini Azərbaycana verməmək üçün müxtəlif bəhanələr gətirir. İşğalçı dövlət indiyədək yalnız Ağdamın minalanmış ərazilərinin xəritəsini təqdim edib. Xatırladaq ki, müharibədən sonrakı mərhələdə 100-dən çox şəxs işğaldan azad olunmuş ərazilərdə minaya düşərək həyatını itirib və yaxud müxtəlif dərəcədə bədən xəsarəti alıb.
Minalardan təmizlənmiş ərazilərdə, ilk növbədə, zəruri infrastruktur obyektlərinin tikintisi həyata keçirilir. Zəruri infrastrukturun yaradılması Böyük Qayıdışın uğurla təmin olunmasını şərtləndirən əsas amillərdən biridir və həm iqtisadi, həm də sosial baxımdan böyük önəm daşıyır.
İşğaldan azad olunmuş ərazilərdə zəruri infrastrukturun yaradılması ilə bağlı statistika kifayət qədər zəngindir. Qısa müddətdə 110/35/10 kilovoltluq “Füzuli” və eyni gücə malik “Şuşa” yarımstansiyalarının tikintisi yüksək keyfiyyətlə tamamlanaraq Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilib. Ümumilikdə, işğaldan azad olunmuş ərazilərin fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təchiz edilməsi istiqamətində işlər uğurla davam edir. Hazırda Kəlbəcər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Ağdamda 9 yarımstansiya və onları əlaqələndirən 110 kilovoltluq ötürmə xətlərinin tikintisi aparılır.
İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışı təmin etmək üçün yüksəksəviyyəli yol-nəqliyyat infrastrukturunun qurulmasını əhatə edən layihələrin icrası da uğurla təmin olunur. Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərə səfərləri çərçivəsində çoxlu sayda avtomobil yolunun təməqoyma mərasimlərinə qatılıb. Eyni zamanda, dövlətimizin başçısının iştirakı ilə Horadiz-Ağbənd dəmir yolunun inşasına start verilib. İşğaldan azad edilmiş ərazilərdə üç beynəlxalq hava limanının inşası nəzərdə tutulub. Füzulidə və Zəngilanda hava limanlarının tikintisi artıq başlayıb. Füzulidə inşa olunan hava limanında cari ilin sonlarında ilk təyarələri qəbul etmək mümkün olacaq. Üçüncü hava limanının inşası isə Laçın rayonunun ərazisində həyata keçiriləcək.
Əlbəttə, təkcə sadalanan faktlar da görülən işlərin miqyası və əhəmiyyəti barədə konkret təsəvvür yaradır.
İşğaldan azad olunmuş ərazilərin bərpası “Ağıllı şəhər”, “Ağıllı kənd”, “Yaşıl enerji” kimi müasir konsepsiyalar əsasında həyata keçirilir
Azərbaycanda həyata keçirilən məqsədyönlü siyasət sayəsində ölkəmiz daha da müasirləşir, dövlətimizin milli gücü artır. Respublikamızda həyatın bütün sahələrində yüksək standartlar, innovativ texnologiyalar tətbiq olunur. Azərbaycan, həmçinin Vətən müharibəsində işğaldan azad edilən ərazilərin bərpasını da yeni yanaşmalar əsasında həyata keçirmək niyyətindədir. İşğaldan azad olunmuş ərazilər Prezident İlham Əliyev tərəfindən “Yaşıl enerji” zonası elan olunub. Bəhs olunan ərazilərin bərpası “Ağıllı şəhər”, “Ağıllı kənd” kimi müasir konsepsiyalar əsasında həyata keçirilir. İşğaldan azad olunmuş ərazilərimizdə yaşayış məntəqələrinin müasir yanaşmalar əsasında bərpası istiqamətində ilk pilot layihənin icrasına Zəngilan rayonunun Ağalı kəndində başlanıb. Aprelin 26-da Prezident İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın və qızları Leyla Əliyevanın iştirakı ilə Ağalı kəndinin bərpa layihəsinin təməli qoyulub. Pilot layihə Zəngilanın 1-ci, 2-ci, 3-cü Ağalı kəndlərini əhatə edir. Layihənin icrası əsasən 5 komponent üzrə aparılacaq.
Bir qədər bundan əvvəl isə Azərbaycan Prezidenti İlham Əliyevə Ağdam şəhərinin bərpasının müasir yanaşmalar əsasında hazırlanan Baş Planı təqdim olunub və dövlətimizin başçısının iştirakı ilə şəhərdə ilk yaşayış binasının təməli qoyulub. Zamanında Ağdam şəhərinin əhalisi 36 min nəfər olub. Hazırda isə şəhərin əhalisinin sayı 50 mini ötüb. Dövlət başçısının tapşırığına uyğun olaraq şəhər 100 min nəfər əhali üçün planlaşdırılıb. Baş Plana istinadən demək mümkündür ki, Ağdam yaxın perspektivdə Azərbaycanın böyük sənaye, turizm şəhərlərindən birinə çevriləcək.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
09 Avqust 17:43
Dünya
09 Avqust 17:10
Dünya
09 Avqust 16:34
Dünya
09 Avqust 16:18
Siyasət
09 Avqust 16:00
İdman
09 Avqust 15:56
İqtisadiyyat
09 Avqust 15:23
Maraqlı
09 Avqust 14:50
İdman
09 Avqust 14:35
Dünya
09 Avqust 13:42
Maraqlı
09 Avqust 13:16
Yeni texnologiyalar
09 Avqust 12:34
Dünya
09 Avqust 12:19
Hadisə
09 Avqust 11:52
Dünya
09 Avqust 11:30
Hadisə
09 Avqust 10:45
İdman
09 Avqust 10:17
Hadisə
09 Avqust 09:59
Dünya
09 Avqust 09:25
Dünya
09 Avqust 08:50
Siyasət
09 Avqust 08:33
Dünya
09 Avqust 08:03
Siyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27
Siyasət
07 Avqust 13:26
Siyasət
07 Avqust 13:25

