Sahibkarlar regionlarda yeni müəssisələrin yaradılması işində fəallıq göstərirlər
05.11.2016 [09:02]
Dövlətin dəstəyi sahibkarların regionların sosial-iqtisadi inkişafında aktiv iştirakını stimullaşdırır
Məlum olduğu kimi, uğurlu dövlət siyasəti nəticəsində Azərbaycanda bütün sahələrin hərtərəfli inkişafı təmin edilib. Bu mənada respublikamızın bölgələrinin də sosial-iqtisadi inkişafı xüsusilə diqqətəlayiqdir. 2004-cü ildən etibarən reallaşdırılan Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrası nəticəsində ölkəmizin bölgələri hərtərəfli inkişaf edir, infrastruktur yenilənir, sosial obyektlər, yollar, körpülər, sənaye müəssisələri tikilib istifadəyə verilir. Bütün bunlar bölgələrin simasını əhəmiyyətli dərəcədə dəyişdirməklə yanaşı, əhalinin rifahını da xeyli yüksəldir. Çünki açılan müəssisələr eyni zamanda yeni iş yerlərinin yaradılması deməkdir. Son illərdə isə açılan müəssisələrin böyük əksəriyyəti regionların payına düşür. Regionların inkişafı prosesində sahibkarların da rolu böyük əhəmiyyət kəsb edir. Dövlətin sahibkarlara göstərdiyi güclü dəstək sayəsində iş adamları bölgələrin sosial-iqtisadi inkişafında yaxından iştirak edirlər. İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun verdiyi güzəştli kreditlər nəticəsində iş adamları həm aqrar sahədə, həm də sənaye sahəsində yeni müəssisələr yaradırlar.
Öz növbəsində Sahibkarlığa Kömək Milli Fondu tərəfindən sahibkarlara güzəştli kreditlərin verilməsi də ardıcıl olaraq davam edir. Belə ki, Fondun oktyabrın 28-də Xəzər rayonunun Mərdəkan qəsəbəsində keçirdiyi işgüzar forumda Bakı qəsəbələrində fəaliyyət göstərən 16 sahibkara 905 min manat güzəştli kredit verilib. Bu güzəştli kreditlər əsasən quşçuluq, tərəvəzçilik, mebel, karton məhsulları, un məmulatları istehsalı sahələrinin inkişafına yönəldiləcək. Kreditlərin reallaşdırılması hesabına 50-dən çox yeni iş yerinin açılması mümkün olacaq.
Yüzə yaxın sahibkarın iştirak etdiyi forum çərçivəsində Xəzər rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan müasir istixana kompleksinin, ixtisaslaşdırılmış “yaşıl market”in, istixana və zeytunçuluq təsərrüfatlarının, badam bağlarının salınması, ət kəsimi və üzlük daşların istehsalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçikhəcmli investisiya layihələrinin ümumi dəyərinin bütünlüklə dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev qeyd edib ki, 2016-cı ilin ötən dövrü ərzində ölkə üzrə 1876 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 123,8 milyon manat güzəştli kredit verilib. Bu kreditlər hesabına maliyyələşdirilən layihələrin reallaşdırılması 5900-ə yaxın yeni iş yerinin yaradılmasına imkan verir. Ümumilikdə isə, indiyədək Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində paytaxt qəsəbələrində sahibkarlıq subyektlərinin 1300-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 344,6 milyon manat güzəştli kredit yönəldilib.
Forum çərçivəsində Xəzər rayonunun Zirə qəsəbəsində tərəvəz məhsulları istehsal edən müasir istixana təsərrüfatına baxış keçirilib. Ümumilikdə, son illər 32 müasir istixana kompleksinin yaradılmasına 97,4 milyon manat güzəştli kredit verilib. Dövlətin maliyyə dəstəyi ilə tərəvəz məhsulları istehsal edən istixanaların yaradılması tərəvəz istehsalının və ixracının artırılması imkanlarını daha da genişləndirir.
Sahibkarlığa Kömək Milli Fondunun Bakının Sabunçu rayonunun Bakıxanov qəsəbəsində keçirdiyi işgüzar forumda isə kredit təşkilatları vasitəsilə 18 sahibkarlıq subyektinə 5,3 milyon manat güzəştli kredit verilib. Kreditlər əsasən heyvandarlıq, quşçuluq, tərəvəzçilik, istixana kompleksinin yaradılması, un məmulatları, mebel, qapı-pəncərə istehsalı və s. sahələrin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması 170-dən çox yeni iş yerinin yaradılmasına imkan verir.
İşgüzar forumda sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə məlumatlar verilib, Sabunçuda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələr təqdim olunub, sahibkarların investisiya layihələri maliyyələşdirilib. 120-dən çox sahibkarın iştirak etdiyi işgüzar forum çərçivəsində Sabunçu rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan ixtisaslaşdırılmış “yaşıl market”in, istixana təsərrüfatlarının, ət kəsimi, üzlük daşlar, plastik qablar və corab istehsalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçikhəcmli investisiya layihələrinin ümumi dəyərinin bütünlüklə dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi vurğulanıb, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.
Forum çərçivəsində Sabunçu rayonunun Maştağa qəsəbəsində tərəvəz məhsulları istehsal edən müasir istixana təsərrüfatına baxış keçirilib. Ümumilikdə, son illər Bakı qəsəbələrində 32 müasir istixana kompleksinin yaradılmasına 95,8 milyon manat güzəştli kredit verilib.
Sahibkarlığa Komək Milli Fondu analoji tədbirləri respublikanın bölgələrində də həyata keçirir. Belə ki, oktyabrın 13-də Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən 46 sahibkara 633 min manat güzəştli kredit verilib. Verilən kreditlər əsasən heyvandarlıq, arıçılıq, tərəvəzçilik, bağçılıq, mebel istehsalı sahələrinin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması hesabına 90 yeni iş yerinin açılması mümkün olacaq. Güzəştli kreditlər İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Şabran şəhərində keçirilən işgüzar forum çərçivəsində təqdim edilib.
Forumda qeyd olunub ki, Sahibkarlığa Kömək Milli Fondu iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin investisiya layihələrinin maliyyələşdirilməsini davam etdirir. Tədbirdə sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə ətraflı məlumat verilib, Şabranda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələr təqdim olunub, sahibkarların investisiya layihələri güzəştli qaydada maliyyələşdirilib.
Doxsana yaxın sahibkarın iştirak etdiyi forum çərçivəsində Şabran rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan iri taxılçılıq, intensiv bağçılıq, cins heyvandarlıq və istixana təsərrüfatlarının, çörək istehsalı müəssisəsinin və hotelin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib. Həmçinin kiçikhəcmli investisiya layihələrinin ümumi dəyərinin 100 faizədək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanılıb.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirib ki, indiyədək Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 2 min 277 investisiya layihəsinin maliyyələşdirilməsinə 183,7 milyon manat güzəştli kredit ayrılıb. Forum çərçivəsində Şabranda güzəştli kredit ayrılmış tutumu 10 min ton olan logistik mərkəzə baxış keçirilib.
Ümumilikdə indiyədək tutumu 333,4 min ton olan 51 logistik mərkəzin yaradılmasına 162,6 milyon manat güzəştli kredit verilib. Bu logistik mərkəzlər əhalinin ilboyu keyfiyyətli yerli məhsullarla təminatında, istehsal olunan meyvə-tərəvəzin tədarükü, saxlanmasında mühüm rol oynayır.
Fond belə bir tədbiri Biləsuvar rayonunun Ağalıkənd kəndində də keçirib. İşgüzar forumda sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə məlumat verilib, Biləsuvarda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələr təqdim edilib, sahibkarların investisiya layihələri maliyyələşdirilib. 80-ə yaxın sahibkarın iştirak etdiyi forumda Biləsuvar rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan iri fermer, müasir heyvandarlıq kompleksinin, intensiv bağçılıq, cins heyvandarlıq və istixana təsərrüfatlarının, hotelin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçikhəcmli investisiya layihələrinin ümumi dəyərinin 100 faizədək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi diqqətə çatdırılıb.
İşgüzar forum çərçivəsində Aran iqtisadi rayonunda fəaliyyət göstərən 51 sahibkara 1,4 milyon manat güzəştli kredit verilib. Verilən kreditlər əsasən heyvandarlıq, soyuducu anbarın tikintisi, çörək istehsalı və balıqçılıq sahələrinin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması hesabına 200-dən çox yeni iş yerinin açılması mümkün olacaq. Sonda sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanılıb. Forum çərçivəsində Biləsuvarda güzəştli kredit ayrılmış pambıqçılıq təsərrüfatlarına baxış keçirilib.
Qeyd edək ki, ümumilikdə indiyədək respublika üzrə pambıqçılıqla bağlı 370-ə yaxın investisiya layihəsinin maliyyələşdirilməsinə 61,7 milyon manat, o cümlədən 2016-cı ilin ötən dövründə 250-yə yaxın sahibkara 3 milyon manatdan çox güzəştli kredit verilib.
Sahibkarlığa Kömək Milli Fondunun Zaqatala rayonunda sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair keçirdiyi işgüzar forumda isə Zaqatala və ətraf rayonlardan olan 53 sahibkara 472 min manat güzəştli kredit verilib. Kreditlər əsasən heyvandarlıq, arıçılıq, tütünçülük, tikinti materiallarının istehsalı sahələrinin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması hesabına 60-a yaxın yeni iş yerinin açılması mümkün olacaq.
İşgüzar forumda sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə məlumat verilib, Zaqatalada həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələr təqdim olunub, sahibkarların investisiya layihələri maliyyələşdirilib.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
24 Aprel 14:37
Siyasət
24 Aprel 14:16
İqtisadiyyat
24 Aprel 13:55
Sosial
24 Aprel 13:52
YAP xəbərləri
24 Aprel 13:42
İdman
24 Aprel 13:28
Sosial
24 Aprel 13:00
Siyasət
24 Aprel 12:54
Sosial
24 Aprel 12:35
Gündəm
24 Aprel 12:20
Siyasət
24 Aprel 12:20
İqtisadiyyat
24 Aprel 12:18
Gündəm
24 Aprel 12:17
Gündəm
24 Aprel 12:16
YAP xəbərləri
24 Aprel 12:06
Gündəm
24 Aprel 11:52
YAP xəbərləri
24 Aprel 11:51
Siyasət
24 Aprel 11:50
Siyasət
24 Aprel 11:42
Siyasət
24 Aprel 11:36
Gündəm
24 Aprel 11:14
Gündəm
24 Aprel 10:56
İqtisadiyyat
24 Aprel 10:34
Gündəm
24 Aprel 10:33
Hadisə
24 Aprel 10:31
Sosial
24 Aprel 10:27
Hadisə
24 Aprel 10:27
İqtisadiyyat
24 Aprel 10:17
Sosial
24 Aprel 10:05
Dünya
24 Aprel 10:04
İqtisadiyyat
24 Aprel 09:52
Ədəbiyyat
24 Aprel 09:30
Analitik
24 Aprel 09:15
Yeni texnologiyalar
24 Aprel 08:59
Müsahibə
24 Aprel 08:32
Gündəm
24 Aprel 08:17
Dünya
23 Aprel 23:30
İqtisadiyyat
23 Aprel 23:11
Dünya
23 Aprel 22:50
Dünya
23 Aprel 22:35
Dünya
23 Aprel 22:19
Dünya
23 Aprel 21:43
Dünya
23 Aprel 21:16
İdman
23 Aprel 21:06
Dünya
23 Aprel 20:58
Dünya
23 Aprel 20:22
Dünya
23 Aprel 19:40
Dünya
23 Aprel 19:31
Dünya
23 Aprel 19:15
İqtisadiyyat
23 Aprel 18:22
Elm
23 Aprel 17:22
Dünya
23 Aprel 17:19
Dünya
23 Aprel 16:28
İqtisadiyyat
23 Aprel 15:51
Dünya
23 Aprel 15:51
Sosial
23 Aprel 15:43
Dünya
23 Aprel 15:32
YAP xəbərləri
23 Aprel 15:25
Sosial
23 Aprel 15:19
Dünya
23 Aprel 14:59
Dünya
23 Aprel 14:25
Sosial
23 Aprel 14:21
Gündəm
23 Aprel 14:13
Sosial
23 Aprel 13:57
Elanlar
23 Aprel 13:52
Sosial
23 Aprel 13:43
Dünya
23 Aprel 13:19
Gündəm
23 Aprel 12:48
Siyasət
23 Aprel 12:47
Dünya
23 Aprel 12:40

