Hava, su qədər vacib...
26.04.2025 [10:14]
Söz azadlığı demokratiyanın mühüm göstəricisidir!
Hüquqi dövlətin formalaşmasında kütləvi informasiya vasitələrinin müstəqil fəaliyyəti mühüm əhəmiyyət kəsb edir. Günümüzdə mətbuat və söz azadlığı cəmiyyətin və dövlətin demokratik inkişaf göstəricisi hesab edilir. Belə ki, KİV-lər cəmiyyətin inkişafına ciddi təsir göstərən, onun mahiyyətini müəyyənləşdirən siyasi sistemin tərkib hissəsidir. Təsadüfi deyil ki, Heydər Əliyev “Mətbuat demokratiyanı dərinləşdirən, siyasi inkişafa təkan verən qüdrətli vasitədir. O, həyatın güzgüsü, həqiqətin carçısı olmalıdır, insanları yüksək ideallar uğrunda mübarizəyə səsləməli və səfərbər etməlidir”,- deyirdi.
Bu gün ölkəmizdə KİV-lərin müstəqil fəaliyyəti, jurnalistlərin öz iradələrini azad şəkildə ifadə etməsi üçün hərtərəfli şərait var. KİV-lər cəmiyyətlə dövlət arasında bir növ əlaqələndirici həlqə rolunu oynayır. Bu mənada yazılı mətbuat, elektron KİV-lər sadəcə, informasiya vermək, maarifləndirmək və əyləndirmək kimi funksiyalarla məhdudlaşmır. Onlar, eyni zamanda, ictimai nəzarətçi, tənqidçi, müdafiəçi kimi funksiyaları özündə daşıyır.
Ölkəmizdə modern mexanizmlər tətbiq edilir
Milli Məclisin İnsan Hüquqları Komitəsinin üzvü Bəhruz Məhərrəmov “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, demokratik inkişaf yolunu tutan, insan hüquq və azadlıqlarına önəm verən ölkəmizdə söz və ifadə azadlığı təmin edilir. Onun sözlərinə görə, söz azadlığının mühüm atributlarından biri azad, müstəqil media subyektlərinin mövcudluğu, jurnalist fəaliyyətinin azadlığı, alternativ informasiya mənbələrinə çıxışın təmin edilməsidir: “Azərbaycan demokratik dövlət olaraq öz ərazisində söz və ifadə azadlığının inkişafını təmin edir. Ona görə də çağdaş dünyada mövcud olan modern mexanizmləri tətbiq edir. Bu kontekstdə mühüm addımlardan biri də media fəaliyyəti üzərində dövlət tənzimləyici mexanizmlərin, inzibati amirlik sisteminin ləğv edilməsi, mediaya özünütənzimləmə statusunun verilməsidir. 1998-ci ildə ölkəmizdə senzuranın tətbiqi aradan qaldırılıb. Azərbaycan postsovet məkanında medianın özünütənzimləmə statusunu tətbiq etmiş ilk ölkələrdəndir, media fəaliyyəti azaddır, sərbəstdir. Bu azadlıq ölkənin Konstitusiyası ilə təsbit edilib”.
Alternativ informasiya mənbələrinə sərbəst çıxış
Deputat qeyd edib ki, beynəlxalq standartlara görə, hər hansı bir ölkədə media azadlığının durumu qiymətləndirilərkən, ilk öncə media mühiti dəyərləndirilir: “Diqqət yetirsək görərik ki, media mühitini şərtləndirən 4 komponentin hər biri Azərbaycanda təmin edilib: media qanunvericiliyi demokratikdir, jurnalistlərin təhlükəsiz fəaliyyətinə təminat var, etik çərçivə medianın özünütənzimləmə qurumları tərəfindən tətbiq edilir və sair. Azərbaycan az saylı dövlətlərdəndir ki, burada “KİV-in inkişafına dövlət dəstəyi konsepsiyası” qəbul edilib və icra olunur.
Azərbaycanda söz və ifadə azadlığının yüksək səviyyədə təmin edildiyini göstərən amillərdən biri alternativ informasiya mənbələrinə sərbəst çıxışın təmin edilməsidir. Bu kontekstdə xüsusi olaraq sosial şəbəkə platformalarının fəaiyyətini qeyd etmək olar. Azərbaycanda sosial şəbəkələrin fəaliyyətini məhdudlaşdıran hər hansı bir qanunvericilik aktı yoxdur. İnsanların sosial media alətlərindən istifadəsi azaddır. Təsadüfi deyil ki, bu gün ölkə əhalisinin 50 faizdən çoxu sosial şəbəkə istifadəçisi, 80 faizi internet istifadəçisidir”.
Qapalı cəmiyyətlər inkişafdan geri qalır!
B.Məhərrəmovun sözlərinə görə, vətəndaşın dövlətin həyatındakı rolunu artırmaq istəyiriksə, mütləq söz və mətbuat azadlığını təmin etməli, fikir müxtəlifliyinə nail olmalıyıq: “Bundan başqa, demokratik təsisatların inkişaf etməsinin qeydinə qalmalıyıq. Çünki şəffaf cəmiyyət quruculuğu, açıq və ədalətli mübarizə mühitinin inkişafını təmin edir, yeni hədəflərin, ideyaların ortaya çıxmasına səbəb olur. Qapalı cəmiyyətlər isə hər zaman inkişafdan geri qalıb. Fikir azadlığı və demokratiya olmayan, hamının eyni cür düşünməyə məhkum edildiyi ölkələr müxtəlif kriteriyalar üzrə rəqabətdə azad və demokratik dövlətlərə uduzurlar”.
Qarşılıqlı əməkdaşlıq vacibdir
Deputat qeyd edib ki, ölkəmizdə söz azadlığının təmin edilməsi həm də vətəndaş cəmiyyətinin, media təsisatlarının şəffaf fəaliyyətindən asılıdır: “Təəssüf ki, bir çox hallarda söz və mətbuat azadlığından sui-isifadə hallarına şahid oluruq. Bu da ümumilikdə prosesə zərbə vurur, söz və mətbuat azadlığının, fikir müxtəlifliyinin vacibliyi ilə bağlı problemləri arxa plana keçirir. Çünki bəzi adamlar sui-istifadə hallarını qabardaraq bütövlükdə demokratik təsisatları, mətbuatı, ictimai institutları gözdən salmağa çalışır. Buna yol vermək olmaz.
Hər iki tərəf- həm rəsmi strukturlar, həm də söz və mətbuat azadlığı sahəsində çalışan insanlar, ictimai institutlar və media qarşılıqlı əməkdaşlıq etməyi bacarmalıdır”.
Sahib
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır.
Xəbər lenti
Hamısına baxMədəniyyət
10 Avqust 14:26
Sosial
10 Avqust 14:19
İqtisadiyyat
10 Avqust 14:13
Elm
10 Avqust 13:59
Siyasət
10 Avqust 13:52
Siyasət
10 Avqust 13:51
Siyasət
10 Avqust 13:50
Siyasət
10 Avqust 13:49
Sosial
10 Avqust 13:34
İdman
10 Avqust 13:22
Mədəniyyət
10 Avqust 13:07
İqtisadiyyat
10 Avqust 12:45
Sosial
10 Avqust 12:44
Sosial
10 Avqust 12:08
İqtisadiyyat
10 Avqust 12:06
Elm
10 Avqust 11:53
Sosial
10 Avqust 11:50
İdman
10 Avqust 11:50
Dünya
10 Avqust 11:30
Dünya
10 Avqust 10:53
Dünya
10 Avqust 10:20
Dünya
10 Avqust 09:50
Dünya
10 Avqust 09:30
Dünya
10 Avqust 08:55
Sosial
10 Avqust 08:30
Dünya
10 Avqust 08:15
Dünya
09 Avqust 23:19
Maraqlı
09 Avqust 22:26
Dünya
09 Avqust 21:35
Maraqlı
09 Avqust 20:17
Dünya
09 Avqust 19:24
Dünya
09 Avqust 18:49
Dünya
09 Avqust 18:31
Dünya
09 Avqust 17:43
Dünya
09 Avqust 17:10
Dünya
09 Avqust 16:34
Dünya
09 Avqust 16:18
Siyasət
09 Avqust 16:00
İdman
09 Avqust 15:56
İqtisadiyyat
09 Avqust 15:23
Maraqlı
09 Avqust 14:50
İdman
09 Avqust 14:35
Dünya
09 Avqust 13:42
Maraqlı
09 Avqust 13:16
Yeni texnologiyalar
09 Avqust 12:34
Dünya
09 Avqust 12:19
Hadisə
09 Avqust 11:52
Dünya
09 Avqust 11:30
Hadisə
09 Avqust 10:45
İdman
09 Avqust 10:17
Hadisə
09 Avqust 09:59
Dünya
09 Avqust 09:25
Dünya
09 Avqust 08:50
Siyasət
09 Avqust 08:33
Dünya
09 Avqust 08:03
Siyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06

