Sivil cəmiyyətlərin əsas meyarı...
23.01.2025 [09:13]
Söz azadlığı təmin edilən ölkələr hər zaman öndədir
Fikir, söz və məlumat azadlığı demokratik cəmiyyətlərdə əsas inkişaf priroritetlərindən sayılır. Söz, məlumat azadlığı və cəmiyyətin inkişafı bir-birilə harmonik surətdə bağlıdır. Demokratik düşüncənin sistematik şəkildə cəmiyyətin həyatına siraət etməsi üçün bu amillər ən vacib şərtlərə çevrilir - dövlət-vətəndaş münasibətlərinin inkişafı, milli vəhdətin formalaşması, ümumən cəmiyyətin bütün strukturları üzrə inkişaf tendensiyasının yaranması üçün söz və fikir azadlığı amili vacib əhəmiyyət daşıyır. Bu ən əsası vətəndaş cəmiyyətinin inkişafına xüsusi təkan verir. İnkişaf isə təkamül tələb edən prosesdir. Buna birdən-birə nail olmaq mümkün deyil.
Söz azadlığı mətbuatdan başlayır...
Mövzu barədə fikirlərini “Yeni Azərbaycan”a bölüşən Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Bəhruz Məhərrəmovun sözlərinə görə, ictimai-siyasi fəallığı ilə seçilən demokratik toplumlar azad medianın hüquqi bazasını qurmağa və daim təkmilləşdirməyə çalışırlar: “Lakin həqiqətin gözünə dik baxmaq lazımdır. Dünyanın heç bir ölkəsində azad medianın yaranması və təşəkkülü prosesi asan olmayıb. O xalqlar ki, söz, fikir azadlığı, plüralizmə əsaslanan medianın sərbəst fəaliyyət göstərməsinin ümumi mənafe üçün faydalı və alternativsiz olduğunu qəbul ediblər, təbii ki, onlar vətəndaş cəmiyyəti quruculuğunda daha üstün mövqelər qazana biliblər.
Cəmiyyətin əsas azadlıqları, daha dəqiq desək, fikir, söz və məlumat azadlıqları mətbuatdan başlayır. Dövrün gerçək təsvirini vermək kimi mühüm bir missiyanı mətbuat yerinə yetirir. Bu baxımdan mətbuat cəmiyyəti olduğu kimi təsvir edən bir güzgüdür ki, bu güzgü cəmiyyətin bütün həqiqətlərini özündə əks etdirir. Mətbuatın tərəfsiz olaraq cəmiyyətə xidmət etməsi isə bu güzgünün şəffaflığını, nəticədə cəmiyyətin fikir, söz və məlumat azadlığını şərtləndirir. Plüralist cəmiyyətin yetişməsi üçün fikir, söz, məlumat azadlığı kimi insan azadlıqlarının nə qədər vacib məsələ olduğu şübhə belə doğura bilməz. Çünki daim tərəqqiyə can atan insanın fikir, söz, məlumat azadlığı olmadan tərəqqiyə nail olması qeyri-mümkündür”.
Qanunvericilik bazası
Deputat həmçinin qeyd edib ki, fikir, söz və məlumat azadlığı, plüralizm əsas insan hüquq və azadlıqlarının tərkib hissəsidir və təcrübədə, onların inkişafından deyil, təmin edilməsindən söhbət gedə bilər: “Azərbaycan Respublikasının Konstitusiyası və sahəvi qanunlar ölkəmizdə istisnasız olaraq, bütün əsas insan hüquq və azadlıqlarının qorunmasına təminat verir.
Ölkənin hüquqi-normativ aktlarının əsasını Konstitusiyada təsbit olunmuş hüquqi mexanizmlər təşkil etdiyi üçün “Məlumat azadlığı haqqında”, “Fərdi məlumatlar haqqında”, “İnformasiya əldə etmək haqqında”, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və digər qanunvericilik aktları söz, fikir, məlumat azadlığının təmin edilməsinə maneə yarada biləcək amillərin özünü hüquqi müstəvidə büruzə verməsinə imkan vermir.
Fikir azadlığına əngəl olmaq mümkün deyil...
Millət vəkili hesab edir ki, ölkəmizdə söz və fikir azadlığı üçün hansısa məhdudiyyətlər yoxdur: “İnsanlar indi düşüncələrini gizlətmir. Mövqelər, fikirlər təkcə ənənəvi media, yaxud yeni media vasitələri ilə paylaşılmır. Sosial şəbəkələr sərhədsiz və məhdudiyyətsizdir. Dünyada peşəkar jurnalistika ilə bərabər vətəndaş jurnalistikası adlandırdığımız blogerlik, vlogerlik və s. kimi yeni fəaliyyət imkanları var. Ona görə də indi söz və fikir azadlığına əngəl olmaq mümkün deyil. Bəzən sosial şəbəkələrdə fikir, söz və məlumat azadlığı adı altında bütün bəşəri dəyərlər belə tapdalanır. Əsassız, təsdiqlənməmiş, yalan, insanları şantaj edən materiallar, məlumatlar yayılır. İnsanlar tənqid yox, təhqir olunur. Təbii ki, bunlar həmin azadlıqların məhdudiyyətsizliyidir. Amma əsassız paylaşımlara, böhtan və şantaja görə məsuliyyət var və bütün ölkələrdə bu kimi hallar qanunla tənzimlənir. Təbii ki, Azərbaycanda da bu hallar qanunvericiliklə tənzimlənir. Ona görə də “fikir və söz azadlığına məhdudiyyətlər var” fikri ilə birmənalı razılaşmaq mümkün deyil”.
Yeganə BAYRAMOVA
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır.
Xəbər lenti
Hamısına baxDünya
09 Avqust 19:24
Dünya
09 Avqust 18:49
Dünya
09 Avqust 18:31
Dünya
09 Avqust 17:43
Dünya
09 Avqust 17:10
Dünya
09 Avqust 16:34
Dünya
09 Avqust 16:18
Siyasət
09 Avqust 16:00
İdman
09 Avqust 15:56
İqtisadiyyat
09 Avqust 15:23
Maraqlı
09 Avqust 14:50
İdman
09 Avqust 14:35
Dünya
09 Avqust 13:42
Maraqlı
09 Avqust 13:16
Yeni texnologiyalar
09 Avqust 12:34
Dünya
09 Avqust 12:19
Hadisə
09 Avqust 11:52
Dünya
09 Avqust 11:30
Hadisə
09 Avqust 10:45
İdman
09 Avqust 10:17
Hadisə
09 Avqust 09:59
Dünya
09 Avqust 09:25
Dünya
09 Avqust 08:50
Siyasət
09 Avqust 08:33
Dünya
09 Avqust 08:03
Siyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28

