Bizim böyük sərvətimiz...
21.09.2024 [06:43]
Yüksək tolerantlıq yüksək mədəniyyət deməkdir
Azərbaycan bu gün tolerantlıq modeli kimi dünyada tanınır. Ölkəmizdə dərin köklərə malik olan tolerantlıq xalqımızın xarakterik cəhətlərindən biridir. Məlumdur ki, Azərbaycan əsrlər boyu dinlərarası münasibətlərin inkişafında öz rolunu oynayıb. İctimai-siyasi quruluşundan asılı olmayaraq bütün dövrlərdə ölkəmizdə dini və milli dözümlülük, tolerantlıq çox yüksək səviyyədə olub. Bu, müstəqil Azərbaycan dövlətinin siyasətidir.
Ölkəmizdə tolerantlığın qorunub saxlanılması istiqamətində həyata keçirdiyi tədbirlər Azərbaycanı müxtəlif milli və mədəni dəyərlərin qovuşma müstəvisinə çevirib. Azərbaycan indi dünyanın nadir ölkələrindəndir ki, burada bütün millətlər, xalqlar və dinlərin nümayəndələri bir ailə kimi yaşayır.
Cənubi Qafqazda tolerantlıq nümunəsi...
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov “Yeni Azərbaycan”a açıqlamasında bildirib ki, yüksək tolerantlıq ilk növbədə yüksək mədəniyyətin təzahürüdür. Deputat qeyd edib ki, Azərbaycan müstəqilliyini əldə edəndən sonra dövlətin ideologiyasında da əsrlərdən gələn ənənə möhkəmləndirilib: “Fərqli mədəniyyət və din sahiblərinin birgə yaşayışının dövlət səviyyəsində rəsmi təsdiqi var. Bu, Konstitusiyamızda da təsbit olunub. Yaradılan mühit onu göstərir ki, Azərbaycan bütün Cənubi Qafqazda tolerantlıq nümunəsidir. Burada fərqli mədəniyyətlərin, dinlərin birgə yaşayışının xüsusi modeli bərqərar olub.
Prezident İlham Əliyev də dəfələrlə dünyada sülhün, əmin-amanlığın təmin edilməsi, asayişin qorunması üçün mütləq dinlərarası münasibət və dinlərarası dialoqun gücləndirilməli olduğunu söyləyib. Dövlətin gücünü əhalinin çoxmillətli olmasında, müxtəlif dinlərin, mədəniyyətlərin və sivilizasiyaların birgə yaşayışında görən ölkə başçısı bütün dünyaya göstərir ki, tolerantlıq Azərbaycan xalqının ruhundadır. Bəli, Azərbaycan çoxmillətli, çoxkonfessiyalı dövlətdir. Bu, bizim böyük sərvətimizdir”.
Cəmiyyətimizin sağlam dayaqları var
C.Məmmədovun sözlərinə görə, xalqlararası və mədəniyyətlərarası dialoqu inkişaf etdirmək, ona dəstək vermək, bütün insanların gələcəyi naminə mədəniyyətlərin və dinlərin qarşılıqlı dialoquna nail olmaq bu gün də dövlət siyasətinin mühüm tərkib hissəsidir: “Azərbaycan güclü dövlətdir və gücümüz təkcə iqtisadi nailiyyətlərlə ölçülmür. Cəmiyyətimizin çox sağlam dayaqları var. Bu dayaqlar tarix, dərin mənəviyyat, qarşılıqlı anlaşma, qarşılıqlı dəstək üzərində qurulub. Hesab edirəm ki, təcrübəmiz bir nümunə olaraq artıq dünyada öyrənilir. Azərbaycanda vaxtaşırı keçirilən mötəbər beynəlxalq tədbirlər, xüsusilə dini və milli dözümlülüklə bağlı olan tədbirlər bir daha bunu göstərir, ki, Azərbaycanda bu münasibətlər ən yüksək səviyyədə qurulub. Bütün bunlar bizim üçün təbiidir. Çünki həyat tərzimiz belədir, başqa cür ola da bilməz. Ancaq bəzi hallarda başqa ölkələrdə yaşanan olaylara nəzər salaraq görürük ki, heç də hər yerdə belə deyil. Ona görə bir daha əldə edilmiş bütün nailiyyətləri düzgün təhlil edərək dəyərlərimizi qorumalıyıq. Dövlət öz tərəfindən üzərinə düşən vəzifələri icra edir”.
Dini dözümlülük, ənənələrimiz qorunub
Deputat qeyd edib ki, Azərbaycan müstəqil dövlət kimi islam həmrəyliyinə də öz töhfəsini verir: “Ölkə başçısının qeyd etdiyi kimi bu gün biz bütün müsəlman ölkələri ilə çox mehriban münasibətlər əzmindəyik. İslam həmrəyliyinin gücləndirilməsi üçün əməli addımlar atırıq. Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının fəal üzvüdür. Ölkəmiz bu təşkilatın fəaliyyəti üçün lazımi töhfələr verir. Biz çalışmalıyıq ki, bundan sonra da islam həmrəyliyini gücləndirək, müsəlman ölkələri arasındakı əlaqələri genişləndirək.
Azərbaycanda fəaliyyət göstərən bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayır və yaşayacaq. Əminik ki, ölkəmizdə nə dini, nə milli zəmində qarşıdurma, anlaşılmazlıq olmayıb və olmayacaq da. Ötən əsrin sonlarında sovetlər birliyinin dağılması ilə yaranan qlobal dəyişikliklər iqtisadi, siyasi, sosial, demoqrafik sahələrdə olduğu kimi, dini dözümlülük ənənələrinin qorunması üçün də əsl sınağa çevrildi. Bəşər sivilizasiyasının müxtəlif mədəniyyətlərin qorunması üçün dinlər və mədəniyyətlərarası dialoqun yaranmasına ehtiyac artdı. Bu baxımdan tolerantlıq və dözümlülük ənənələri ilə tarixən zəngin olan Azərbaycan bir çox millətlərin və dini konfessiyaların yanaşı yaşamasını təmin edən ölkə kimi nümunə göstərildi”.
Yeganə BAYRAMOVA
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxTurizm
27 Aprel 22:47
Dünya
27 Aprel 22:39
Dünya
27 Aprel 22:14
Müsahibə
27 Aprel 21:50
İqtisadiyyat
27 Aprel 21:34
İqtisadiyyat
27 Aprel 21:19
Müsahibə
27 Aprel 20:44
Dünya
27 Aprel 20:32
Elm
27 Aprel 20:17
Dünya
27 Aprel 19:54
YAP xəbərləri
27 Aprel 19:27
Xəbər lenti
27 Aprel 19:21
Dünya
27 Aprel 19:10
Diaspor
27 Aprel 18:38
YAP xəbərləri
27 Aprel 17:37
YAP xəbərləri
27 Aprel 16:38
Siyasət
27 Aprel 16:35
Xəbər lenti
27 Aprel 16:21
Sosial
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:19
Sosial
27 Aprel 16:18
Sosial
27 Aprel 16:18
Xəbər lenti
27 Aprel 16:17
Sosial
27 Aprel 16:17
Sosial
27 Aprel 16:14
İdman
27 Aprel 16:13
Dünya
27 Aprel 16:13
Sosial
27 Aprel 15:57
Gündəm
27 Aprel 15:53
YAP xəbərləri
27 Aprel 15:52
Elm
27 Aprel 15:52
YAP xəbərləri
27 Aprel 15:22
Dünya
27 Aprel 15:18
Siyasət
27 Aprel 15:02
Siyasət
27 Aprel 15:01
Siyasət
27 Aprel 15:00
Siyasət
27 Aprel 15:00
YAP xəbərləri
27 Aprel 14:53
Gündəm
27 Aprel 14:42
YAP xəbərləri
27 Aprel 14:39
Dünya
27 Aprel 14:35
Sosial
27 Aprel 14:26
Dünya
27 Aprel 14:10
Dünya
27 Aprel 13:58
İqtisadiyyat
27 Aprel 13:46
Dünya
27 Aprel 13:21
Gündəm
27 Aprel 13:13
YAP xəbərləri
27 Aprel 13:03
Dünya
27 Aprel 12:45
Gündəm
27 Aprel 12:42
Xəbər lenti
27 Aprel 12:22
Dünya
27 Aprel 12:17
YAP xəbərləri
27 Aprel 12:09
Gündəm
27 Aprel 11:56
Gündəm
27 Aprel 11:55
Dünya
27 Aprel 11:50
Dünya
27 Aprel 11:24
Siyasət
27 Aprel 11:23
Sosial
27 Aprel 11:20
Siyasət
27 Aprel 11:08
İqtisadiyyat
27 Aprel 10:59
Ədəbiyyat
27 Aprel 10:52
YAP xəbərləri
27 Aprel 10:50
Hadisə
27 Aprel 10:49
İqtisadiyyat
27 Aprel 10:48
İqtisadiyyat
27 Aprel 10:47
Dünya
27 Aprel 10:43
Sosial
27 Aprel 10:35
İdman
27 Aprel 10:16

