Mənəvi dəyərlərimiz milli kimliyimizdir...
16.08.2024 [10:23]
Tariximizi necə qoruyaq?
Yeganə BAYRAMOVA
Xalqımızın qədim tarixə malik mədəni irsi var. Mədəniyyətimizin qorunması və inkişafı həm də milli dövlətçiliyimizin qorunması deməkdir. Tarixin müxtəlif dövrlərində çətinliklərlə üzləşən xalqımız dilinə, adət-ənənələrinə, mədəniyyətinə, ədəbiyyatına, tarixinə, milli-mənəvi dəyərlərinə daim sahib çıxıb. Keçmişini unutmayan, bu günü ilə qürur duyan, gələcəyə böyük inamla baxan xalqlar daim tarixin sərt sınaqlarından üzüağ çıxır, davamlı inkişafı ilə diqqət mərkəzində olur.
Milli dəyərlərimizə, adət-ənənələrimizə biganə münasibət gələcəyimiz üçün yaxşı heç nə vəd etmir. Tarixdən məlumdur ki, öz soykökünə, tarixinə, milli dəyərlərinə, inanclarına dönük çıxan millətlər və dövlətlər müəyyən zaman kəsiyində “əriyib” yox olublar. Hazırda əsrlər boyunca yaşadılan mənəvi irsimizin mühafizəsi dövlət siyasətinin də əsasını təşkil edir.
Dövlətçilik tariximiz bu günün, ya da dünənin deyil...
Mövzu barədə “Yeni Azərbaycan”a danışan tarixçi-alim Faiq Ələkbərli bildirib ki, tarixin istənilən dövrünü araşdırsaq, Azərbaycan dövlətçiliyini, mədəniyyətini görə bilərik. Onun sözlərinə görə, dövlətçilik ənənələrimizə və mədəni dəyərlərimizə nəzər yetirəndə çox şeyin dəyişmədiyini görürük: “Azərbaycanın bu gün coğrafiyasına daxil olan yüzlərlə, minlərlə tarixi abidələr, kitabələr, daş yazılar sübut edir ki, dövlətçilik tariximiz bu günün, ya da dünənin deyil, daha qədim dövrdən formalaşan bir sistemdir. Təkcə işğaldan azad edilmiş ərazilərdə 2700 alban dövrünə aid abidəmiz var. Bura Azərbaycanın bütün coğrafiyasını əlavə etsək, bunun sayı bəlkə də 5000-dən çox olar. Eyni zamanda daha qədim dövrlərə aid 10 minə yaxın abidələrimiz mövcuddur. Bunlar hamısı təkcə tikili formasında deyil, daş kitabələr, daş yazılar, dəfn olunmuş insanların qəbirləri formasında və heykəllərdə özünü göstərir”.
Açıq səma muzeyləri yaradılmalıdır
F.Ələkbərlinin sözlərinə görə, abidələrdə olan naxışlar, işarələr, ornamentlə və yazılar bugünkü dövrdə yaşadığımız mədəniyyətin qaynaqlarıdır: “Abidələrimizi araşdıranda görürük ki, bu gün mövcud olan adət-ənənələrimiz, mədəniyyətimiz, xalçaçılıq və musiqimizin hamısı bir-birini tamamlayır. Azərbaycanı turizm bölgəsinə çevirmək üçün açıq səma muzeyləri yaratmalıyıq. Belə muzeylərimiz çox azdır. Bu gün Azərbaycanın açıq səma altında muzeylərinə baxsaq, cəmi 3-4 dənə muzeyimiz var. Qobustan, Şirvanşahlar, Qız qalası və s. Məsələn, Yeddi Günbəz açıq səma muzeyinə çevrilə bilər. Qaxda, Şəkidə böyük mədrəsələr var. Onları da açıq səma muzeyinə çevirmək olar. Qaxda və Zaqatalada abidələrimiz var. Elə Pəri qala özü açıq səma altında muzeydir. Bakıda İçərişəhərdə, Qız qalasının yanında 11-12-ci əsrə aid qədim mədrəsəni və qədim hamamı ticarət mərkəzi ediblər. Orada əşya satışı həyata keçirilir. Şirvanşahlar sarayının arxasında 11-ci əsrdə Məkkənin Şərq və Qərb qapısının rəhbərlərinin birgə qərarı ilə ziyarətə gedə bilməyənlər üçün ikinci bir ziyarət ocağı qurulmuşdu. Onun tikildiyi format quruluşu eynilə Məkkədəki kimidir. Bunu gərək təbliğ edək və turizmimizi inkişaf etdirək”.
Bu abidələrə QR kod stendləri yerləşdirməliyik...
Tarixçi qeyd edib ki, Azərbaycan televiziya kanallarında tarixi-mədəni abidələrlə bağlı verilişlər hazırlanmalı, mütəxəssislər dəvət olunmalı və maraqlı məlumatlar verilməlidir: “Dağılmış və dağılmaqda olar abidələri müəyyənləşdirib QR kod vasitəsilə stendlər yerləşdirməliyik. QR kod formatında telefonla yaxınlaşıb sistemə girəndə həmin abidənin tarixi, restavrasiya olunmuş forması gələn qonaqlara elektron formada təqdim olunmalıdır. Diri baba türbəsi dünyanın 10 böyük möcüzəsindən birinə daxildir. Qədim tikililər bərpa olunmalıdır. Telekanallar daha çox dövlətçilik tarixini, milli adət-ənənələri, elm və mədəniyyəti təbliğ edən verilişlər hazırlasalar, gənc nəsil məlumatlı olar. Televiziyalarda ancaq şou-biznes xəbərləridir. Gəzməli, görməli yerlər adı ilə gedib toyları çəkirlər. Qavaldaş dünyada ən qədim musiqi aləti sayılır. Qavaldaşla bağlı xüsusi kurslar açılmalıdır. Uyğun olaraq qədim rəqslərimiz bərpa olunmalıdır. Qədim rəqslərimizin, yallılarımızın növləri televiziyada tez-tez təqdim olunmalıdır. Qərbi Azərbaycan, Naxçıvan, Qarabağ və digər zonaların yallılarını bərpa etməliyik. Azərbaycanda ciddi şəkildə böyük muzey yoxdur. Dünya muzeylərində bizim minlərlə abidələrimiz var. Ölkəmizdən daşınmış qədim əşyalarımızın ən azından prototiplərini təqdim etməliyik. Elektron muzeylər yaratmalıyıq. Nadir şah, Şah İsmayıl ilə bağlı əşyalar, Gəncə qapıları Gürcüstan muzeyində saxlanılır. Azərbaycan rəssamlarının əsərləri, xalçalarımız, qədim qablarımız Ermitajda, Viktoriya və Albert muzeyində sərgilənir. Azərbaycan məktəblərində mədəni irslə bağlı dərsliklərimizdə materiallara yer verilməlidir. Azərbaycan Milli Elmlər Akademiyasının nəznində abidələrimizin öyrənilməsi və araşdırılması mərkəzi olmalıdır. Hər bir rayonun özündə həmin mərkəzin nümayəndəliyi olmalıdır”.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə
“Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
13 Yanvar 23:39
Dünya
13 Yanvar 23:17
İdman
13 Yanvar 22:40
Dünya
13 Yanvar 22:14
Dünya
13 Yanvar 21:53
Dünya
13 Yanvar 21:20
Dünya
13 Yanvar 20:45
Sosial
13 Yanvar 20:18
İqtisadiyyat
13 Yanvar 19:52
Dünya
13 Yanvar 19:26
YAP xəbərləri
13 Yanvar 18:49
Gündəm
13 Yanvar 18:38
Gündəm
13 Yanvar 18:34
YAP xəbərləri
13 Yanvar 17:51
YAP xəbərləri
13 Yanvar 17:25
Gündəm
13 Yanvar 17:04
Sosial
13 Yanvar 16:56
Gündəm
13 Yanvar 16:49
Gündəm
13 Yanvar 16:37
YAP xəbərləri
13 Yanvar 16:34
Hadisə
13 Yanvar 15:55
Siyasət
13 Yanvar 15:53
YAP xəbərləri
13 Yanvar 15:46
Gündəm
13 Yanvar 15:34
Dünya
13 Yanvar 15:26
Dünya
13 Yanvar 15:26
İdman
13 Yanvar 15:22
Xəbər lenti
13 Yanvar 15:22
YAP xəbərləri
13 Yanvar 15:13
Dünya
13 Yanvar 14:41
Gündəm
13 Yanvar 14:37
Gündəm
13 Yanvar 14:31
Dünya
13 Yanvar 14:26
Sosial
13 Yanvar 14:18
İqtisadiyyat
13 Yanvar 13:53
Xəbər lenti
13 Yanvar 13:52
Dünya
13 Yanvar 13:41
Gündəm
13 Yanvar 13:35
YAP xəbərləri
13 Yanvar 13:32
Dünya
13 Yanvar 13:16
Dünya
13 Yanvar 12:50
Dünya
13 Yanvar 12:29
Hadisə
13 Yanvar 12:24
Dünya
13 Yanvar 12:19
Dünya
13 Yanvar 11:48
Sosial
13 Yanvar 11:28
YAP xəbərləri
13 Yanvar 11:16
Siyasət
13 Yanvar 11:12
İqtisadiyyat
13 Yanvar 11:11
İqtisadiyyat
13 Yanvar 11:10
Sosial
13 Yanvar 11:09
Sosial
13 Yanvar 10:54
İqtisadiyyat
13 Yanvar 10:35
Siyasət
13 Yanvar 10:31
Hadisə
13 Yanvar 10:26
Analitik
13 Yanvar 10:17
Analitik
13 Yanvar 09:59
Dünya
13 Yanvar 09:50
Dünya
13 Yanvar 09:45
Analitik
13 Yanvar 09:36
Hadisə
13 Yanvar 09:21
Analitik
13 Yanvar 09:11
Sosial
13 Yanvar 08:51
Sosial
13 Yanvar 08:38
Gündəm
13 Yanvar 08:14
Dünya
13 Yanvar 07:10
Dünya
13 Yanvar 07:10
Dünya
12 Yanvar 23:47
YAP xəbərləri
12 Yanvar 23:25
Elm
12 Yanvar 23:12

