Xaricdəki Azərbaycan evləri
30.07.2024 [11:09]
Dövlətimizi və xalqımızı sevən hər kəsin üzünə açıqdır
Yeganə BAYRAMOVA
Bu gün Azərbaycan diasporu öz inkişafının ən yüksək mərhələsini yaşayır. Dövlətimizin düşünülmüş diaspor siyasəti nəticəsində xaricdəki həmvətənlərimizin daha mütəşəkkil formada təşkilatlanması prosesi gün keçdikcə yeni mərhələlərə qədəm qoyur. Soydaşlarımız yaşadıqları ölkələrin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında daha fəal rol oynayırlar. Belə ki, onlar Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında, zəngin mədəni irsimizin təbliğində yüksək fəallıq göstərir, eyni zamanda, təcavüzkar erməni dairələrinin siyasi, ideoloji təxribatlarının qarşısının alınmasında qətiyyət nümayiş etdirirlər.
Diaspor siyasətimizdən danışarkən xarici ölkələrdə, azərbaycanlıların kompakt yaşadığı şəhərlərdə Azərbaycan evlərinin yaradılaraq soydaşlarımızın istifadəsinə verilməsini vurğulamaq yerinə düşər. Qeyd edək ki, bu evlər Azərbaycan dövlətini və xalqını sevən, milli maraqlarımızı üstün tutan hər bir kəsin üzünə açıqdır. Azərbaycan evləri azərbaycanlıların bir dayaq nöqtəsi, görüş, müzakirə məkanıdır. Bu evlər xaricdə yaşayan soydaşlarımızın təşkilatlanması, birliyi istiqamətində ciddi və əhəmiyyətli rola malikdir.
Qeyd edək ki, hazırda 15 ölkədə 29 Azərbaycan Evi fəaliyyət göstərir. Həmçinin evlərin olmadığı ölkələrdə azərbaycanlılar və xaricilər üçün həftəsonu məktəbləri təşkil olunub.
3 ölkədə Azərbaycan evi açılacaq...
Bu günlərdə Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) sədri Fuad Muradov bildirib ki, xaricdə növbəti Azərbaycan evlərinin açılması ilə bağlı Diasporla İş üzrə Dövlət Komitəsinə yeddi ölkədən müraciət daxil olub. Onun sözlərinə görə, həmin ölkələrdə Azərbaycan evlərinin açılması üçün həm icmanın, həm də komitənin daxili imkanlarına nəzər yetirilir: “Qeyd edə bilərəm ki, artıq 3 ölkədə Azərbaycan evlərinin açılması ilə bağlı hazırlıq işləri yekunlaşıb”.
Komitə sədri cari ilin sonuna qədər açılması planlaşdırılan üç Azərbaycan Evinə dəstək verəcəklərini bildirib: “Yaxın zamanlarda Çexiyada Azərbaycan Evinin açılması ilə bağlı hazırlıq işi davam edir. İraqda da Azərbaycan Evinin açılması ilə bağlı müzakirələr gedir.
Qeyd edim ki, Komitə əsasən diaspor nümayəndələrinin çox olmadığı ölkələrdə Azərbaycan Evlərinin açılmasına üstünlük verir. Məqsədimiz odur ki, Azərbaycan evləri bütün icma üçün açıq olsun”.
Bu evlərin fəaliyyəti qənaətbəxş olmazsa...
F.Muradov hazırda xaricdə fəaliyyət göstərən 29 Azərbaycan evinin fəaliyyətinin daim diqqət mərkəzində saxlanıldığını qeyd edib: “Komitədə Azərbaycan evləri ilə məşğul olan xüsusi şöbə var. Bəzi ölkələrdəki Azərbaycan evlərinin fəaliyyətində dönüş yaranmasını istərdik. Onlar fərqli istiqamətdə fəaliyyət göstərməlidirlər. Bəzi Azərbaycan evlərinin fəaliyyətinə isə gözləntilərimizdən artıq maraq göstərildi. Müharibə və pandemiya dövründə Komitə olaraq bəzi Azərbaycan evlərinə müəyyən güzəştlər etdik. Ancaq bu ildən başlayaraq Azərbaycan evlərinə xəbərdarlıq etmişik. Bildirmişik ki, onların hansının fəaliyyəti qənaətbəxş olmazsa, təbii ki həmin evlərin saxlanılması məsələsini yenidən nəzərdən keçirməliyik.
Bu evlərin bir funksiyası da ondan ibarətdir ki, yerli ictimaiyyətin tanınmış nümayəndələri oranı ziyarət etsinlər. Əksər evlərdə bu proses yaxşı səviyyədə gedir, lakin bəzilərində bu prosesin daha da təkmilləşməsinə ehtiyac var”.
Gənclər üçün 5-ci yay düşərgəsi keçiriləcək
Komitə sədri, həmçinin bildirib ki, xaricdə yaşayan gənclərin diaspor təşkilatlarına cəlb edilməsi istiqamətində mütəmadi işlər görülür: “Diasporla İş üzrə Dövlət Komitəsi diaspor təşkilatları ilə müzakirələr aparan zaman onların daha çox gənclərlə bağlı layihələr təqdim etmələri təklifini irəli sürür. Gənclərin diaspor təşkilatına cəlb edilmələri istiqamətində Diaspor Gənclərinin Yay düşərgəsi layihəsini xüsusi vurğulamalıyıq. Bu günədək diaspor gənclərinin Şəki, Şamaxı, Şuşa və Naxçıvan şəhərlərində 4 yay düşərgəsi təşkil olunub. Növbəti - beşinci yay düşərgəsi avqustun 1-7-də Laçında keçiriləcək. Yay düşərgəsi layihəsində iştirak edən gənclər daha sonra diaspor fəallarına çevrilirlər”.
“Qardaşlaşmış Qarabağ məktəbləri”
F. Muradov Amerikada və Gürcüstanda fəaliyyət göstərən azərbaycanlıların alyansının artıq gənclər qolunun da mövcud olduğunu xatırladaraq bildirib: “Bundan əlavə, gənclərin təhsili ilə bağlı müxtəlif proqramlar həyata keçiririk. Çalışırıq ki, xaricdə təhsil alan tələbələr diaspor işini öyrənməyə maraq göstərsinlər. Bunun üçün Komitə tərəfindən “Diaspor Akademiyası” adlı onlayn kurs təşkil edilib. “Diaspor Akademiyası” bir ildən artıqdır ki, gənclərin iştirakı ilə işini davam etdirir. Eyni zamanda, biz uşaqlarla bağlı da tədbirlər keçiririk. İki ilə yaxındır ki, Komitə tərəfindən Azərbaycan uşaqları üçün “Qardaşlaşmış Qarabağ məktəbləri” layihəsi də reallaşdırılır”.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə
“Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi” istiqaməti üzrə hazırlanmışdır
Xəbər lenti
Hamısına baxDünya
13 Yanvar 23:39
Dünya
13 Yanvar 23:17
İdman
13 Yanvar 22:40
Dünya
13 Yanvar 22:14
Dünya
13 Yanvar 21:53
Dünya
13 Yanvar 21:20
Dünya
13 Yanvar 20:45
Sosial
13 Yanvar 20:18
İqtisadiyyat
13 Yanvar 19:52
Dünya
13 Yanvar 19:26
YAP xəbərləri
13 Yanvar 18:49
Gündəm
13 Yanvar 18:38
Gündəm
13 Yanvar 18:34
YAP xəbərləri
13 Yanvar 17:51
YAP xəbərləri
13 Yanvar 17:25
Gündəm
13 Yanvar 17:04
Sosial
13 Yanvar 16:56
Gündəm
13 Yanvar 16:49
Gündəm
13 Yanvar 16:37
YAP xəbərləri
13 Yanvar 16:34
Hadisə
13 Yanvar 15:55
Siyasət
13 Yanvar 15:53
YAP xəbərləri
13 Yanvar 15:46
Gündəm
13 Yanvar 15:34
Dünya
13 Yanvar 15:26
Dünya
13 Yanvar 15:26
İdman
13 Yanvar 15:22
Xəbər lenti
13 Yanvar 15:22
YAP xəbərləri
13 Yanvar 15:13
Dünya
13 Yanvar 14:41
Gündəm
13 Yanvar 14:37
Gündəm
13 Yanvar 14:31
Dünya
13 Yanvar 14:26
Sosial
13 Yanvar 14:18
İqtisadiyyat
13 Yanvar 13:53
Xəbər lenti
13 Yanvar 13:52
Dünya
13 Yanvar 13:41
Gündəm
13 Yanvar 13:35
YAP xəbərləri
13 Yanvar 13:32
Dünya
13 Yanvar 13:16
Dünya
13 Yanvar 12:50
Dünya
13 Yanvar 12:29
Hadisə
13 Yanvar 12:24
Dünya
13 Yanvar 12:19
Dünya
13 Yanvar 11:48
Sosial
13 Yanvar 11:28
YAP xəbərləri
13 Yanvar 11:16
Siyasət
13 Yanvar 11:12
İqtisadiyyat
13 Yanvar 11:11
İqtisadiyyat
13 Yanvar 11:10
Sosial
13 Yanvar 11:09
Sosial
13 Yanvar 10:54
İqtisadiyyat
13 Yanvar 10:35
Siyasət
13 Yanvar 10:31
Hadisə
13 Yanvar 10:26
Analitik
13 Yanvar 10:17
Analitik
13 Yanvar 09:59
Dünya
13 Yanvar 09:50
Dünya
13 Yanvar 09:45
Analitik
13 Yanvar 09:36
Hadisə
13 Yanvar 09:21
Analitik
13 Yanvar 09:11
Sosial
13 Yanvar 08:51
Sosial
13 Yanvar 08:38
Gündəm
13 Yanvar 08:14
Dünya
13 Yanvar 07:10
Dünya
13 Yanvar 07:10
Dünya
12 Yanvar 23:47
YAP xəbərləri
12 Yanvar 23:25
Elm
12 Yanvar 23:12

