İpoteka ilə bağlı hansı yeniliklər gözlənilir?
05.04.2024 [10:45]
Məlum olduğu kimi “İpoteka haqqında” qanuna yeni dəyişikliklər layihəsi Milli Məclisə təqdim olunub və parlamentin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında və plenar iclasda birinci oxunuşda müzakirələr zamanı müsbət qarşılanıb. Dəyişikliklər əsas etibarilə ölkədə əhalinin mənzilə olan tələbatını ödəmək, yaşayış şəraitini yaxşılaşdırmaq məqsədilə ipoteka kreditlərinə çıxışın asanlaşdırılmasını nəzərdə tutur.
Layihədə dəyişikliklərin əsas detallarından biri müvəkkil bank tərəfindən ipotekaya xitam verilməsi zamanı əmlakın ipoteka sahibində, yəni vətəndaşın sərəncamında qalmasının təmin olunmasıdır. Çünki hazırda varisliklə bağlı bir çox problemlər qaldığından bu məsələ banklar üçün hüquqi çətinliklər yaradır. Hazırkı qanuna əsasən əmlak və mənzil ipotekanı verən qurumun, bankın və ya İpoteka və Kredit Zəmanət Fondunun sərəncamında qalır. Ona görə də, varis ipoteka kreditini ödəməkdən imtina etməsinin dəyişikliklər paketində hüquqi həllini tapması təklif olunur.
Bu sahədə meydana çıxan məsələlərin tənzimlənməsi məqsədilə, Konstitusiya Məhkəməsi Plenumunun müvafiq qərarlarında təsbit olunan hüquqi mövqelərə uyğun olaraq yeni mexanizm hazırlanıb və layihədə ipoteka saxlayanın tələbdən və ya ipotekadan imtina etməsi halı öz əksini tapıb. Təklif olunan dəyişikliyə əsasən, zaminlik müqaviləsi ilə təmin edilmiş öhdəlik üzrə zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmuşdursa və müqavilə qüvvədə olduğu müddətdə borclu şəxs vəfat edərsə, bu halda borclunun öldüyü gündən mirasın qəbul edildiyi günədək müddətdə zaminin məsuliyyəti dayandırılır. Bu hüquqi nizamlamadan irəli gələrək, eyni zamanda, Mülki Məcəllənin 316-cı maddəsində müvafiq dəqiqləşmənin aparılması da nəzərdə tutulur.
Bundan başqa, digər sosial kateqoriyaların da kredit almasının sadələşdirilməsi təklif olunur. Bənna, zərgər, bərbər, çilingər və digər sahələr üzrə çalışanların ipoteka götürməsi üçün şərtlərin yumşaldılması, həmçinin, bölgələrdə yaşayanlara verilən ipoteka ilə paytaxtdakı ipoteka kreditləri arasında fərq tətbiq edilməsi təkliflər sırasındadır. Həmçinin, regionlarda yaşayan gənclərin mənzil təminatının yaxşılaşdırılması üçün dövlət vəsaiti hesabına güzəştli mənzillərin inşa edilməsi və onlara daha sərfəli kredit paketinin tətbiq olunması, eləcə də bəzi sosial qruplar üzrə ipoteka kreditlərinə çıxışının asanlaşdırılması üçün bəzi təkmilləşdirmələrin aparılması da təklif olunur.
Ümumilikdə, ipoteka kreditləşməsi üzrə edilən bütün dəyişikliklər müsbət xarakterli olmaqla vətəndaşların mənafeyinə xidmət edir. Eyni zamanda, ipoteka bazarında optimallaşmaya imkan verəcək pozitiv addım kimi səciyyələndirilə bilər. Çünki indiyə qədər ipoteka siyasəti təkmilləşdirilərkən, ancaq optimallaşma istiqamətində aparılıb və ötən dövr ərzində ipoteka kreditlərinə çıxış imkanlarının genişləndirilməsi məqsədilə ipoteka kreditlərinin şərtlərinin daim əhalinin ehtiyaclarına uyğun olaraq təkmilləşdirilməsi həyata keçirilib, şəxsi yığımları qənaətbəxş səviyyədə olmayan vətəndaşların mənzil təminatının yaxşılaşdırılması məqsədilə ipoteka kreditləri üzrə zəmanət mexanizminin tətbiqinə başlanılıb. Digər bir optimallaşma tədbiri kimi ipoteka kreditləri üzrə maksimal məbləğ 150 min manatadək, güzəştli ipoteka kreditləri üzrə maksimal məbləğ isə 100 min manatadək artırılıb. Nəticədə bu kreditləri almaq hüququ olan şəxslərin dairəsi genişlənib.
Eləcə də son illərdə iqtisadi və hüquqi situasiyaların dəyişməsi ilə əlaqədar olaraq ödəniş qabiliyyəti pisləşən borcalanların hüquqlarının müdafiəsi üçün ipoteka kreditlərinin restrukturizasiya mexanizmi yaradılıb. Bu siyasətin tərkib hissəsi kimi İpoteka və Kredit Zəmanət Fondu beynəlxalq ipoteka bazarlarındakı vəziyyəti və təcrübənin öyrənərək bu kreditlərindən faydalana biləcək şəxslərin dairəsinin genişləndirilməsi məqsədilə yeni ipoteka məhsullarının tətbiqini də nəzərdə tutur. Bu baxımdan qanun layihəsində nəzərdə tutulan təkliflər ipotekanın əsas tərəfdaşı olan vətəndaşların mənafeyinə xidmət etməklə, ümumi ipoteka siyasətinin yumşalmasına imkan verəcək.
E.Cəfərov
Xəbər lenti
Hamısına baxDünya
01 İyun 23:39
Dünya
01 İyun 23:17
Dünya
01 İyun 22:41
Müsahibə
01 İyun 22:34
Dünya
01 İyun 22:19
Dünya
01 İyun 21:56
YAP xəbərləri
01 İyun 21:33
YAP xəbərləri
01 İyun 21:33
Xəbər lenti
01 İyun 21:23
Dünya
01 İyun 21:09
Dünya
01 İyun 20:45
Müsahibə
01 İyun 20:30
YAP xəbərləri
01 İyun 20:25
Dünya
01 İyun 20:18
Dünya
01 İyun 19:53
YAP xəbərləri
01 İyun 19:21
İqtisadiyyat
01 İyun 19:20
YAP xəbərləri
01 İyun 19:10
İdman
01 İyun 19:10
YAP xəbərləri
01 İyun 18:17
YAP xəbərləri
01 İyun 18:09
Siyasət
01 İyun 17:56
Siyasət
01 İyun 17:31
Siyasət
01 İyun 17:30
Elanlar
01 İyun 17:24
YAP xəbərləri
01 İyun 17:16
Sosial
01 İyun 17:13
YAP xəbərləri
01 İyun 16:56
Elanlar
01 İyun 16:35
Dünya
01 İyun 16:30
Sosial
01 İyun 16:22
Siyasət
01 İyun 16:17
Sosial
01 İyun 16:12
Gündəm
01 İyun 16:09
YAP xəbərləri
01 İyun 16:04
Gündəm
01 İyun 16:00
YAP xəbərləri
01 İyun 15:51
İqtisadiyyat
01 İyun 15:32
Hadisə
01 İyun 15:30
Sosial
01 İyun 15:29
Sosial
01 İyun 15:28
Sosial
01 İyun 15:28
Sosial
01 İyun 15:23
Siyasət
01 İyun 15:20
YAP xəbərləri
01 İyun 15:15
Müsahibə
01 İyun 15:13
YAP xəbərləri
01 İyun 15:05
YAP xəbərləri
01 İyun 15:02
Sosial
01 İyun 15:00
YAP xəbərləri
01 İyun 14:58
YAP xəbərləri
01 İyun 14:57
İqtisadiyyat
01 İyun 14:36
Gündəm
01 İyun 14:35
YAP xəbərləri
01 İyun 14:33
Dünya
01 İyun 14:19
YAP xəbərləri
01 İyun 14:14
Elm
01 İyun 14:09
İqtisadiyyat
01 İyun 13:54
Siyasət
01 İyun 13:52
Sosial
01 İyun 13:50
Dünya
01 İyun 13:27
Hərbi
01 İyun 12:29
YAP xəbərləri
01 İyun 12:26
İdman
01 İyun 12:23
Siyasət
01 İyun 12:13
Siyasət
01 İyun 12:13
Elanlar
01 İyun 12:00
Dünya
01 İyun 11:35
Siyasət
01 İyun 11:29
Dünya
01 İyun 11:19

