/ / Prezident İlham Əliyev Türkmənistanın Baş nazirinin müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Prezident İlham Əliyev Türkmənistanın Baş nazirinin müavininin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
29.11.2022 [13:01]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 29-da Türkmənistanın Baş nazirinin ticarət kompleksi üzrə müavini Batır Atdayevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
AZƏRTAC xəbər verir ki, Batır Atdayev Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun salamlarını və ehtiramını Prezident İlham Əliyevə çatdırdı. O qeyd etdi ki, Azərbaycan Prezidentinin bu ilin iyununda Aşqabadda Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında iştirak etmək üçün Türkmənistana səfərinə ölkəsində böyük önəm verilir.
Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Sərdar Berdiməhəmmədova çatdırmağı xahiş etdi.
Görüşdə Azərbaycan-Türkmənistan ikitərəfli əlaqələrinin inkişafından məmnunluq bildirildi, ölkələrimiz arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın bu gün Bakıda keçiriləcək iclasında müzakirə ediləcək məsələlər qeyd olundu, energetika, nəqliyyat, logistika, malların qarşılıqlı təchizatı məsələləri barəsində fikir mübadiləsi aparıldı.
Söhbət zamanı Azərbaycan ilə Türkmənistan arasında ticarət dövriyyəsinin artdığı qeyd edildi, qarşıdakı dövrdə bu dövriyyənin daha da genişlənməsi üçün birgə layihələrin həyata keçirilməsinin vacibliyi vurğulandı. Eyni zamanda, gəmiqayırma, gəmi təmiri və digər sənaye sahələrində əməkdaşlıq imkanları müzakirə edildi.
Xəbər lenti
Hamısına baxXəbər lenti
01 İyun 21:23
Dünya
01 İyun 21:09
Dünya
01 İyun 20:45
Müsahibə
01 İyun 20:30
YAP xəbərləri
01 İyun 20:25
Dünya
01 İyun 20:18
Dünya
01 İyun 19:53
YAP xəbərləri
01 İyun 19:21
İqtisadiyyat
01 İyun 19:20
YAP xəbərləri
01 İyun 19:10
İdman
01 İyun 19:10
YAP xəbərləri
01 İyun 18:17
YAP xəbərləri
01 İyun 18:09
Siyasət
01 İyun 17:56
Siyasət
01 İyun 17:31
Siyasət
01 İyun 17:30
Elanlar
01 İyun 17:24
YAP xəbərləri
01 İyun 17:16
Sosial
01 İyun 17:13
YAP xəbərləri
01 İyun 16:56
Elanlar
01 İyun 16:35
Dünya
01 İyun 16:30
Sosial
01 İyun 16:22
Siyasət
01 İyun 16:17
Sosial
01 İyun 16:12
Gündəm
01 İyun 16:09
YAP xəbərləri
01 İyun 16:04
Gündəm
01 İyun 16:00
YAP xəbərləri
01 İyun 15:51
İqtisadiyyat
01 İyun 15:32
Hadisə
01 İyun 15:30
Sosial
01 İyun 15:29
Sosial
01 İyun 15:28
Sosial
01 İyun 15:28
Sosial
01 İyun 15:23
Siyasət
01 İyun 15:20
YAP xəbərləri
01 İyun 15:15
Müsahibə
01 İyun 15:13
YAP xəbərləri
01 İyun 15:05
YAP xəbərləri
01 İyun 15:02
Sosial
01 İyun 15:00
YAP xəbərləri
01 İyun 14:58
YAP xəbərləri
01 İyun 14:57
İqtisadiyyat
01 İyun 14:36
Gündəm
01 İyun 14:35
YAP xəbərləri
01 İyun 14:33
Dünya
01 İyun 14:19
YAP xəbərləri
01 İyun 14:14
Elm
01 İyun 14:09
İqtisadiyyat
01 İyun 13:54
Siyasət
01 İyun 13:52
Sosial
01 İyun 13:50
Dünya
01 İyun 13:27
Hərbi
01 İyun 12:29
YAP xəbərləri
01 İyun 12:26
İdman
01 İyun 12:23
Siyasət
01 İyun 12:13
Siyasət
01 İyun 12:13
Elanlar
01 İyun 12:00
Dünya
01 İyun 11:35
Siyasət
01 İyun 11:29
Dünya
01 İyun 11:19
YAP xəbərləri
01 İyun 11:04
YAP xəbərləri
01 İyun 10:56
Dünya
01 İyun 10:55
Elm
01 İyun 10:40
Elm
01 İyun 10:39
Siyasət
01 İyun 10:37
Siyasət
01 İyun 10:32
İqtisadiyyat
01 İyun 10:31
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | |
| 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
| 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
| 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
| 28 | 29 | 30 |

