Türkiyə daha bir uğura imza atır
08.06.2022 [10:28]
Qardaş ölkə külək enerjisi istehsalçısına çevrilir
Nicat
Hamburqda keçiriləcək külək enerjisi konqresində tədarük zəncirinin Türkiyəyə daşınması üçün əsas istehsalçılarla görüşlər olacaq. Qərbin nəhəng şirkətləri də Türkiyəyə köçməyə maraq göstərirlər.
Türkiyədə aparılan uğurlu daxili və xarici siyasətin nəticəsidir ki, bu gün qardaş ölkə qlobal enerji-kommunikasiya layihələrinə imza atmaqda davam edir. Bununla da tək regionda yox, dünyada da söz sahibinə çevrilir. Ən vacib məqamlardan biri də budur ki, sözügedən layihələrlə təkcə Türkiyənin deyil, Azərbaycanın, Gürcüstanın və digər ölkələrin enerji təhlükəsizliyinə təminat verilir, enerji sahəsində əməkdaşlıq davamlı prosesə çevrilir. Belə ki, müştərək enerji layihələri ölkəni dünya üçün əhəmiyyətli enerji mərkəzinə çevirir.
Asılı dövlətdən ixracatçı dövlətə...
Qardaş ölkə yalnız sadalananlarla kifayətlənmir. Enerji sektorunda da planlaşdırılan bir çox layihələr var. O cümlədən bərpa olunan enerji sahəsində əməkdaşlıq ölkənin prioritet sahəsinə çevrilib. Artıq Türkiyə külək enerjisi sektorunda 65 faiz yerli istehsal nisbəti ilə dünyada enerji texnologiyalarının lokallaşdırılması üzrə ön sıralarda yer alır. Bütün bunlar da Türkiyənin ciddi nailiyyətlərə imza atdığını əyani şəkildə bir daha təsdiq edir. Türkiyə enerji sahəsində illərdir yaşadığı çətinlikləri aradan qaldırmaq iqtidarındadır və asılı dövlətdən ixracatçı dövlətə çevrilə bilər. Dünyanın ən müasir texnologiyalarını mənimsəyib praktikada uğurla tətbiq etmək Ankaranın prioritet siyasətinə çevrilib.
23 il əvvəl İzmirdə atılan ilk addım
Ölkədə külək enerjisində ilk addım 23 il əvvəl İzmirdə atılıb. İndi isə Türkiyədə bu sahə üzrə yerli və xarici olmaqla, ümumilikdə 231 şirkət fəaliyyət göstərir. Aparılan uğurlu siyasətin nəticəsidir ki, Türkiyənin elektrik enerjisinin təxminən 10 faizi külək enerjisi ilə qarşılanır. Ötən il küləyin gündəlik elektrik enerji istehsalındakı payı 20 faizi ötüb ki, bununla da yeni rekorda imza atılıb. “Wind Europe” İdarə Heyətinin sədri Cals Dikson bildirib ki, Türkiyə illər ərzində külək enerjisi sektorunun inkişafı üçün qanunu tənzimləyir və çərçivəni diqqətlə hazırlayır: “Biz Türkiyənin quruda külək enerjisi sahəsində səylərinin çox uğurlu olduğunu görürük. Türkiyə maraqlı və böyüyən bir bazar olmağa davam edir. Düşünürəm ki, ölkənin gücü quruda və dənizdəki elektrik stansiyalarında da eyni uğura nail olacaq”.
Qərb şirkətləri Türkiyəyə daşınacaq
Türkiyədə bərpa olunan enerji mənbələri arasında külək enerjisinin ən yaxşı inkişaf etdiyini deyən Türkiyə Külək Enerjisi Dərnəyinin (TÜREB) rəhbəri İbrahim Erden “Sabah” qəzetinə müsahibəsində maraqlı bir məsələyə toxunub. Onun sözlərinə görə, pandemiya səbəbindən Çində (dünyada külək istehsalına görə birinci, sonrakı yerdə ABŞ və Almaniya gəlir) elektrik təchizatı zəncirləri pozulub. Bu səbəbdən də Qərbin lider şirkətləri Türkiyəyə köçə bilər. Erden qeyd edib ki, bir çox böyük külək enerjisi şirkətləri tədarük zəncirlərini diversifikasiya etmək və bu dövrdə yaranan riskləri minimuma endirmək istəyir. O bildirib ki, Türkiyə külək enerjisi sahəsində böhranı aradan qaldırmaq üçün plan hazırlayıb və bunun iki əsas məqsədi var: külək enerjisi istehsalının imkanlarını artırmaq və onu daha da genişləndirmək.
1,5 milyard avroluq dövriyyə hədəfi
TÜREB rəhbərinin sözlərinə görə, Türkiyə təşkilatçılıq niyyəti ilə çıxış edib. Xarici ölkələrin müvafiq nazirlikləri, əlaqədar qurum və təşkilatlar üçün İzmirin qərb vilayətindəki sənaye obyektlərinə texniki səfər təşkil etmək planlaşdırılır: “Hamburqda keçiriləcək külək enerjisi konqresində iştirak edəcəyik. Orada tədarük zəncirinin Türkiyəyə daşınması üçün əsas komponent istehsalçıları ilə görüşlər keçirəcəyik”. İlin sonunda isə Türkiyənin külək enerjisini tanıtmaq üçün konqres keçiriləcək. “İnanıram ki, 2022-ci ilin sonuna kimi külək enerjisi sahəsində 85 faizi ixracyönümlü olmaqla 1,5 milyard avrodan çox dövriyyəyə nail olacağıq”, - deyə Erden bildirib. Əlavə edib ki, “Nordex”, “Vestas” və “Enercon” kimi nəhənglər artıq hasilatı Türkiyəyə köçürməyi düşünür. “Onlar bu fikirləri bizimlə bölüşdülər. Türkiyə külək enerjisinin etibarlı təchizatçısına çevrilir. Bərpa olunan enerji mənbələri arasında külək enerjisi Türkiyədə yaxşı inkişaf edir”, - deyə o bildirib.
Ölkəmizin imkanları genişlənir
Azərbaycan bərpa olunan enerji mənbələri üzrə yüksək potensiala malik ölkələrdəndir. Belə ki, ölkəmizdə iqtisadi cəhətdən əlverişli və texniki cəhətdən istifadəsi mümkün olan bərpa olunan enerji mənbələrinin potensialı yüksək qiymətləndirilir. Enerji resursları ilə zəngin olmasına və dünyada enerji resurslarının ixracatçısı kimi tanınmasına baxmayaraq Azərbaycanda bərpa olunan enerji mənbələrindən istifadə hər zaman diqqət mərkəzində olub. Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən enerji təhlükəsizliyi siyasətinin təməl hədəflərindən biri də ölkəmizdə bərpa olunan enerji mənbələrindən istifadənin gücləndirilməsindən ibarətdir. Məsələn, artıq işğaldan azad edilmiş ərazilərində “Yaşıl Enerji Zonası”nın yaradılması ilə bağlı tədbirlər haqqında” sərəncam var. Təhlillər göstərir ki, bu ərazilərdə külək enerjisi potensialı 2000 MVt ətrafındadır. İşğaldan azad edilmiş ərazilərdə geotermal enerji mənbələrinin olmasına dair əvvəlki illərdə müvafiq elmi araşdırmalar da aparılıb.
“Türkiyə son dövrlər texnologiya və innovasiya sahəsində aparıcı ölkələrdən birinə çevrilməkdədir. Həm hərbi texnologiya, həm də alternativ enerji istehsalında Türkiyə artıq xüsusi mövqeyə malik olan ölkələrdəndir. Bu baxımdan son yeniliklər də Türkiyənin dövlət gəlirlərinin və eləcə də valyuta daxilolmalarının artmasına imkan verəcək. Bu da nəticə etibarı ilə Türkiyə üçün yeni imkanlar və bütövlükdə innovativ iqtisadiyyatın inkişafı aspektindən vacibdir. Sözsüz ki, bu, Türkiyə iqtisadiyyatının, xüsusən də innovativ iqtisadiyyatın inkişafına təkan verəcək”.
Bu fikirləri “Yeni Azərbaycan”qəzetinə açıqlamasında Milli Məclisin deputatı, iqtisadçı-ekspert Vüqar Bayramov səsləndirib.
O bildirib ki, Türkiyənin güclənməsi həm iqtisadi, həm də strateji baxımdan Azərbaycanın maraqlarına uyğundur: “Çünki bir tərəfdən Türkiyə Azərbaycana qardaş ölkədir, digər tərəfdən Türkiyə Azərbaycana ən çox investisiya etdiyi ölkələrdən biridir. Bu, eyni zamanda, Azərbaycanın sərmaye qoyuluşunda prioritet bölgü olan qardaş dövlətdə də alıcılıq qabiliyyətinin artmasına və nəticə etibarı ilə Azərbaycan iqtisadiyyatının rentabelliyinə təsirini göstərəcək”.
“Eyni zamanda, Azərbaycan Türkiyənin innovativ olaraq kəşf etdiyi və istehsal etdiyi avadanlıqlardan istifadə edir. Azərbaycan üçün də alternativ enerji istehsalının genişləndirilməsi prioritetdir. Və nəticə etibarı ilə Azərbaycan da alternativ enerji sektorunda həmin texnologiyadan daha sıx şəkildə istifadə etmək imkanına malik olacaq. Bu da təbii ki, bizim üçün alternativ enerjinin inkişafına və genişləndirilməsinə imkan verəcək.
O baxımdan, bu, bütövlükdə həm Türkiyənin, həm də Azərbaycanın iqtisadi və strateji maraqlarına uyğundur”, - deyə V.Bayramov qeyd edib.
Xəbər lenti
Hamısına baxDünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30
Dünya
02 İyun 21:18
Dünya
02 İyun 20:52
Maraqlı
02 İyun 20:34
Dünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59
Maraqlı
02 İyun 19:20
Dünya
02 İyun 19:07
Siyasət
02 İyun 18:59
Maraqlı
02 İyun 18:22
Siyasət
02 İyun 17:30
YAP xəbərləri
02 İyun 17:08
YAP xəbərləri
02 İyun 16:41
YAP xəbərləri
02 İyun 16:39
Dünya
02 İyun 16:24
YAP xəbərləri
02 İyun 16:18
Elanlar
02 İyun 16:04
Sosial
02 İyun 16:04
İqtisadiyyat
02 İyun 16:03
YAP xəbərləri
02 İyun 16:00
YAP xəbərləri
02 İyun 15:30
YAP xəbərləri
02 İyun 15:19
Maraqlı
02 İyun 15:19
İdman
02 İyun 15:15
Siyasət
02 İyun 15:00
YAP xəbərləri
02 İyun 14:59
Sosial
02 İyun 14:46
Gündəm
02 İyun 14:44
Dünya
02 İyun 14:33
Dünya
02 İyun 14:08
Elanlar
02 İyun 13:58
Dünya
02 İyun 13:57
Dünya
02 İyun 13:27
YAP xəbərləri
02 İyun 12:53
YAP xəbərləri
02 İyun 12:51
Hadisə
02 İyun 12:45
Dünya
02 İyun 12:18
Mədəniyyət
02 İyun 11:53
Hadisə
02 İyun 11:50
Gündəm
02 İyun 11:45
Gündəm
02 İyun 11:31
Sosial
02 İyun 11:18
İqtisadiyyat
02 İyun 11:17
Sosial
02 İyun 11:15
İqtisadiyyat
02 İyun 11:09
YAP xəbərləri
02 İyun 11:05
İqtisadiyyat
02 İyun 10:59
Gündəm
02 İyun 10:25
Analitik
02 İyun 09:42
İqtisadiyyat
02 İyun 09:30
Analitik
02 İyun 09:17
Dünya
02 İyun 08:50
Sosial
02 İyun 08:39
Siyasət
02 İyun 07:30
Siyasət
02 İyun 07:29
Dünya
02 İyun 07:09
İdman
02 İyun 06:50
Dünya
01 İyun 23:39
Dünya
01 İyun 23:17
Dünya
01 İyun 22:41
Müsahibə
01 İyun 22:34
Dünya
01 İyun 22:19
Dünya
01 İyun 21:56
YAP xəbərləri
01 İyun 21:33

