Azərbaycan-Avropa İttifaqı arasında enerji dialoqu
20.05.2022 [10:01]
Bərpaolunan elektrik enerjisinin ixracı gündəlikdə
MÜBARİZ
Son 18 ildə elektrik enerjisi təsərrüfatının yenilənməsi, bu sahədə istehsalın artırılması Azərbaycanın gündəliyində dayanan əsas məsələlərdən biri olub ki, bu da təsadüfi deyildir. Prezident İlham Əliyevin öz çıxışlarında dəfələrlə vurğuladığı kimi, elektrik enerjisi olmadan iqtisadiyyatın inkişafını təsəvvür etmək belə mümkün deyil. Digər tərəfdən, ölkədə elektrik enerjisi istehsalının artırılması əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması baxımından da müstəsna əhəmiyyət daşıyır.
Daxili tələbatın ödənilməsi
Müstəqilliyimizin ilk illərində ölkənin elektrik enerjisi ilə təchizatı arzuedilən səviyyədən çox uzaq idi. İqtisadiyyatın və əhalinin enerjiyə olan tələbatının ödənilməsində ciddi çətinliklər yaşanırdı. Bu da respublikada istehsal güclərinin az olması, infrastrukturun köhnəlməsi, xətlərin nasazlığı, böyük itkilərə yol verilməsi və bu kimi digər amillərlə bağlı idi.
Son 18 ildə reallaşdırılan çoxsaylı layihələr sayəsində respublikanın elektrik enerjisi təsərrüfatında əsaslı dönüş yarandığını söyləmək mümkündür. Bəhs olunan dövrdə ölkə ərazisində böyük həcmdə dövlət investisiya qoyuluşu hesabına 30-dan çox elektrik stansiyası tikilib.
Yeni generasiya güclərin yaradılması, eləcə də təsərrüfatın digər sahələrində əsaslı yenidənqurma işlərinin həyata keçirilməsi respublikamızda elektrik enerjisi istehsalının artması ilə nəticələnib. Bu gün ölkəmizdə iqtisadiyyatın və əhalinin elektrik enerjisinə olan tələbatı sırf daxili istehsal hesabına qarşılanır. Energetika naziri Pərviz Şahbazovun verdiyi məlumata görə, cari ilin yanvar-aprel aylarında Azərbaycanda 9240,1 mln. kilovatt-saat elektrik enerjisi istehsal edilib. Nazir bildirib ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 3,3% çoxdur.
Bərpaolunan mənbələrdən elektrik enerjisi istehsalı
Müasir dövlət kimi inkişaf edən Azərbaycan yeni çağırışlara uyğun olaraq bərpaolunan mənbələrdən elektrik enerjisi istehsalının artırılmasına da böyük diqqət göstərir. Respublikamızda bərpaolunan enerji mənbələrinin potensialı 26 940 MVt, o cümlədən külək enerjisi üzrə 3 000 MVt, günəş enerjisi üzrə 23 040 MVt, bioenerji potensialı 380 MVt, dağ çaylarının potensialı 520 MVt həcmində qiymətləndirilir. Hazırda bərpaolunan enerji mənbələri üzrə elektrik stansiyalarının gücü 1300,7 MVt-dır ki, bu da ölkənin ümumi elektrik enerjisi istehsalı gücünün təxminən 17,3%-ni təşkil edir.
Respublikamızda bərpa olunan mənbələr hesabına da elektrik enerjisi istehsalı getdikcə artır. Energetika naziri Pərviz Şahbazovun məlumatına əsasən, cari ilin yanvar-aprel aylarında ötən ilin eyni dövrünə nisbətən su da daxil olmaqla bərpaolunan mənbələrdən 59,6 mln. kilovatt-saat artımla 618,8 mln. kilovatt-saat elektrik enerjisi istehsal edilib. Bildirilir ki, istehsal edilən elektrik enerjinin 492,6 mln. kilovatt-saatı su elektrik stansiyalarının, 32,2 mln. kilovatt-saatı külək elektik stansiyalarının, 18 mln. kilovatt-saatı külək elektrik stansiyalarının və 76 kilovatt-saatı isə Bərk Məişət Tullantıları Zavodunun payına düşüb.
Yeni ixrac imkanları
Bərpaolunan mənbələrdən elektrik enerjisi istehsalının artması ölkəmiz üçün bu sektordan da ixrac imkanları yaradıb. 2021-ci ildə respublikamızdan ixraca 1,6 milyard kilovat/saatı elektrik enerjisi yönəldilib. Bərpaolunan mənbələr hesabına ixrac həcmlərini artırmaq mümkün olacaq. Təsadüfi deyildir ki, Prezident İlham Əliyev Azərbaycan-Litva biznes forumundakı çıxışında hazırda Azərbaycanın gündəliyində bərpa olunan enerji ixracının da yer aldığına diqqət çəkərək bildirib ki, bu il biz artıq Azərbaycanla Avropa İttifaqı arasında enerji dialoquna başlamışıq. O, bir çox sahələri - neft, qaz, elektrik enerjisi, hidrogen və bərpaolunan enerji mənbələrini əhatə edir. “Avropa istehlakçılarına isə əlavə enerji resursları mənbələri lazımdır. Bu baxımdan, əlbəttə ki, Azərbaycan Avropa İttifaqı tərəfindən töhfə verən tərəf kimi qəbul edilir. Bərpaolunan enerjinin 2030-cu ilə qədər ümumi balansımızda ən azı 30 faiz olması planlarımızı nəzərə alaraq, hesab edirəm ki, həmin planlara dəyişiklik edilə bilər. Fikrimcə, biz hətta enerji balansımızda 30 və ya 40 faiz bərpaolunan enerjini nəzərdə tuta bilərik. Onda, əlbəttə ki, Avropa istehlakçıları üçün bərpaolunan enerji mənbələri hesabına istehsal edilmiş enerji daha çox cəlbedici ola bilər. Biz bunun üzərində işləyirik. Bu baxımdan, biz düzgün yoldayıq”, - deyə dövlətimizin başçısı vurğulayıb.
44 günlük Vətən müharibəsində işğaldan azad edilən ərazilərimizdə də bərpaolunan mənbələrdən elektrik enerjisi istehsalı imkanları kifayət qədər genişdir. Müharibənin başa çatmasından sonrakı qısa zaman kəsiyində burada 4 su elektrik stansiyası tikilərək istifadəyə verilib. Hazırda bəhs olunan ərazilərdə 5 stansiyanın tikintisi davam etdirilir. Gələcəkdə isə işğaldan azad edilmiş ərazilərdə daha 18 kiçik su elektrik stansiyasının tikintisi nəzərdə tutulur. “Laçın-Kəlbəcərdə 100 MVt gücündə külək elektrik stansiyasının tikintisi nəzərdə tutulur və bu istiqamətdə şirkətlərlə danışıqlar gedir. İşğaldan azad edilmiş ərazilərin cənubunda (Cəbrayıl rayonu - red.) gücü 240 MVt olan günəş elektrik stansiyasının tikintisi məsələsi barəsində BP ilə danışıqlar aparılır: Böyük ehtimalla, cənubda 50 meqavat gücündə əlavə günəş elektrik stansiyası olacaq, ikinci “ağıllı kənd” də”, - deyə energetika nazirinin müavini Elnur Soltanov KİV-ə açıqlamasında bildirib.
Xəbər lenti
Hamısına baxDünya
01 İyun 21:56
YAP xəbərləri
01 İyun 21:33
YAP xəbərləri
01 İyun 21:33
Xəbər lenti
01 İyun 21:23
Dünya
01 İyun 21:09
Dünya
01 İyun 20:45
Müsahibə
01 İyun 20:30
YAP xəbərləri
01 İyun 20:25
Dünya
01 İyun 20:18
Dünya
01 İyun 19:53
YAP xəbərləri
01 İyun 19:21
İqtisadiyyat
01 İyun 19:20
YAP xəbərləri
01 İyun 19:10
İdman
01 İyun 19:10
YAP xəbərləri
01 İyun 18:17
YAP xəbərləri
01 İyun 18:09
Siyasət
01 İyun 17:56
Siyasət
01 İyun 17:31
Siyasət
01 İyun 17:30
Elanlar
01 İyun 17:24
YAP xəbərləri
01 İyun 17:16
Sosial
01 İyun 17:13
YAP xəbərləri
01 İyun 16:56
Elanlar
01 İyun 16:35
Dünya
01 İyun 16:30
Sosial
01 İyun 16:22
Siyasət
01 İyun 16:17
Sosial
01 İyun 16:12
Gündəm
01 İyun 16:09
YAP xəbərləri
01 İyun 16:04
Gündəm
01 İyun 16:00
YAP xəbərləri
01 İyun 15:51
İqtisadiyyat
01 İyun 15:32
Hadisə
01 İyun 15:30
Sosial
01 İyun 15:29
Sosial
01 İyun 15:28
Sosial
01 İyun 15:28
Sosial
01 İyun 15:23
Siyasət
01 İyun 15:20
YAP xəbərləri
01 İyun 15:15
Müsahibə
01 İyun 15:13
YAP xəbərləri
01 İyun 15:05
YAP xəbərləri
01 İyun 15:02
Sosial
01 İyun 15:00
YAP xəbərləri
01 İyun 14:58
YAP xəbərləri
01 İyun 14:57
İqtisadiyyat
01 İyun 14:36
Gündəm
01 İyun 14:35
YAP xəbərləri
01 İyun 14:33
Dünya
01 İyun 14:19
YAP xəbərləri
01 İyun 14:14
Elm
01 İyun 14:09
İqtisadiyyat
01 İyun 13:54
Siyasət
01 İyun 13:52
Sosial
01 İyun 13:50
Dünya
01 İyun 13:27
Hərbi
01 İyun 12:29
YAP xəbərləri
01 İyun 12:26
İdman
01 İyun 12:23
Siyasət
01 İyun 12:13
Siyasət
01 İyun 12:13
Elanlar
01 İyun 12:00
Dünya
01 İyun 11:35
Siyasət
01 İyun 11:29
Dünya
01 İyun 11:19
YAP xəbərləri
01 İyun 11:04
YAP xəbərləri
01 İyun 10:56
Dünya
01 İyun 10:55
Elm
01 İyun 10:40
Elm
01 İyun 10:39
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | |
| 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
| 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
| 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
| 28 | 29 | 30 |

