Borclu borclunun sağlığını istər...
25.02.2022 [23:09]
Azərbaycan dünya üzrə ən az xarici borc öhdəliklərinə malik ölkələr sırasında yer alır
Mübariz ABDULLAYEV
Xarici dövlət borcunun idarə edilməsi, onların həcminin optimal səviyyədə saxlanılması hər bir ölkənin iqtisadi siyasətində mühüm yer tutur. Ölkələrin xarici borc öhdəlikləri adətən beynəlxalq kredit təşkilatlarından, müxtəlif maliyyə qurumlardan dövlət təminatı altında alınan kredit vəsaitlərindən formalaşır. Hazırda dünya üzrə xarici borclanmanın səviyyəsi kifayət qədər yüksəkdir. Elə ölkələr var ki, onların xarici borcu ümumi daxili məhsulun (ÜDM) 100 faizlik səviyyəsini belə ötüb. Bu, təhlükəli bir tendensiyadır, risklərə yol açır, ölkələri daim təzyiq altında saxlayır və onların manevr imkanlarını məhdudlaşdırır, eyni zamanda, beynəlxalq maliyyə sisteminə də neqativ təsir göstərir. Beynəlxalq maliyyə qurumlarının müəyyənləşdirdiyi normalara görə, xarici borc öhdəliklərinin həcmi ölkələrin ÜDM-nin 60 faizindən çox olmamalıdır. Nüfuzlu reytinq agentliklərinin tövsiyəsi budur ki, ölkələr borclanma məsələsində qırmızı xətti keçməsinlər. Bəs xarici borc öhdəlikləri ilə bağlı Azərbaycanın vəziyyəti necədir? Ölkəmizin borclanma siyasəti hansı prinsiplər üzərində qurulub?
Ölkənin maliyyə müstəqilliyi
Hər bir ölkənin xarici borc öhdəliklərinin yaranması böyük dərəcədə onların iqtisadi-maliyyə imkanlarına bağlıdır. Bu baxımdan Azərbaycanın bəxti gətirib desək, əsl həqiqəti ifadə etmiş olarıq. Respublikamız həm iqtisadi potensialı, həm də maliyyə imkanları baxımından kifayət qədər güclü dövlətdir. ?qtisadi resurslardan, ölkəyə gələn neft gəlirlərindən səmərəli və qənaətlə istifadə edilməsi maliyyə imkanlarımızı artırıb. Bu gün respublikamızın iqtisadi-maliyyə müstəqilliyi tam təmin olunub. Elə ölkələr var ki, maliyyə vəsaitləri əldə etməkdən ötrü beynəlxalq qurumların qapısı ağzında növbə çəkirlər. Azərbaycan isə heç bir beynəlxalq maliyyə qurumundan asılı deyil. Bu amil respublikamızın iqtisadi və siyasi müstəqilliyini şərtləndirir. Borc verən təşkilatlar, təbii ki, öz şərtlərini diktə edirlər. Azərbaycan belə şərtlərdən tamamilə kənardadır. Müstəqillik dövründə respublikamızda nəhəng infrastruktur layihələri reallaşdırılıb, inkişafla bağlı məsələlər yüksək səviyyədə öz həllini tapıb. Eyni zamanda, respublikamız qısa müddətdə yüksək texniki təchizata malik Ordu qurdu və bunun da sayəsində 44 günlük müharibədə şanlı Zəfər qazanaraq ərazi bütövlüyünə nail oldu. Müharibənin başa çatmasından dərhal sonra isə işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa işlərinə start verildi. Paralel şəkildə respublikamızda COVİD-19 pandemiyasına qarşı dünya üzrə nümunəvi sayılan effektiv mübarizə təşkil olundu.
Siyahını daha da genişləndirmək mümkündür. Ancaq bu deyilənlər də ölkəmizin strateji və ümummilli səciyyə daşıyan məsələlərə böyük həcmlərdə vəsaitlər yönəltdiyi barədə konkret təsəvvür yaradır. Bu vəsaitlər kənardan alınmır. Prezident İlham Əliyevin dəfələrlə bildirdiyi kimi, Azərbaycan ölkənin inkişafı, əhalinin sosial müdafiəsi ilə bağlı qarşıda duran bütün məsələlərin həllini öz gücünə, sırf daxili imkanları hesabına həll edir. Yuxarıda sadalanan işlərə böyük həcmlərdə vəsaitlər yönəldilməsinə baxmayaraq, hazırda ölkəmizin 53 milyard dollar həcmində strateji valyuta ehtiyatları var ki, bu da kifayət qədər böyük rəqəmdir. Eyni zamanda, Dövlət Neft Fondunun, Mərkəzi Bankın da rezervləri artıb.
Xarici borcun azaldılması siyasəti
Bu gün dünyada ölkələrin beynəlxalq maliyyə qurumlarından asılı vəziyyətə düşməsini şərtləndirən amillərdən biri də hökumətlərin yanaşması ilə bağlıdır. Məsuliyyətli dövlət olan Azərbaycan borclanma siyasətinə məsuliyyətli yanaşma sərgiləyir. İndiyədək respublikamız ehtiyac olmadığı halda beynəlxalq təşkilatlardan kreditlər götürməyib. Əldə olunan kreditlərin əksəriyyəti əlavə dəyər yaradan sahələrə yönəldilib. Respublikamızın götürdüyü kreditlər aktiv borclardır. Həmin vəsaitlərin yönəldildiyi layihələrin bir çoxu xarici borcların qaytarılmasında mənbələr qismində çıxış edir və yaxud edəcək. Ümumiyyətlə, respublikamız Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsinə uyğun olaraq xarici borcun azaldılması siyasəti?? həyata keçirir. Beynəlxalq donor təşkilatları respublikamızla əməkdaşlıq etməyə hazır olduqlarını bildirsələr də, hökumət, əslində onlardan kredit alışını faktiki olaraq dayandırıb. Eyni zamanda, müvafiq qurumların dövlət zəmanəti ilə kredit alması prosedurları, alınan kreditlərin qaytarılmasına qoyulan tələblər xeyli sərtləşdirilib. “Prezident hökumət, Maliyyə Nazirliyi qarşısında vəzifə qoyub ki, dövlət borcumuzu ümumdaxili məhsulun 10 faizi həcminə endirək. Bizim dövlət borcumuz yüksək deyil, Hesablama Palatası da bunu qeyd edir”, - deyə maliyyə naziri Samir Şərifov bildirib.
Respublikamızda xarici dövlət borcunun azaldılması hüquqi mexanizmlərlə tənzimlənir. Prezident İlham Əliyevin 24 avqust 2018-ci il tarixində imzaladığı müvafiq Sərəncamla təsdiqlənən “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya” ölkədə xarici borcun tənzimlənməsi və idarə edilməsi baxımından ciddi bir baza formalaşdırıb. Strategiyada 3 istiqamət üzrə hədəflər müəyyənləşdirilib. Bunlar dayanıqlı və idarəolunan dövlət borcunun səviyyəsinin müəyyənləşdirilməsindən, risklərin idarə edilməsi sisteminin təkmilləşdirilməsindən, dövlət borcalmaları üzrə infrastrukturun və nəzarət mexanizminin gücləndirilməsinə nail olunmasından ibarətdir. Strategiyaya uyğun olaraq Azərbaycanda 2025-ci ilədək xarici borc səviyyəsinin tənzimlənən həddə qədər azaldılması nəzərdə tutulur. Sənəddə əsasən, xarici borcun səviyyəsi proqnozlaşdırılır. Belə ki, 2025-ci ildə Azərbaycanda xarici dövlət borcunun məbləğinin 2018-ci illə müqayisədə 9,7 milyard dollardan 6,5 milyard dollaradək azalması nəzərdə tutulur. Bu, o deməkdir ki, xarici borcun ÜDM-ə nisbətdə səviyyəsi 2025-ci ildə strategiyanın qəbul olunduğu dövrlə müqayisədə 2 dəfəyə yaxın azalacaq. Paralel şəkildə xarici dövlət borcunun xidmət xərclərinin azaldılması əsas hədəflərdən biri kimi müəyyənləşdirilib. Bütövlükdə, respublikamızın reallıqları nəzərə alınmaqla hazırlanan strategiya ölkənin maliyyə dayanıqlılığının təmin edilməsində mühüm rol oynayır.
Real vəziyyət: Xarici borc azalır, daxili borc artır
Ölkədə xarici borcun azaldılmasını hədəfləyən siyasət öz bəhrəsini verir. Belə ki, ölkəmizin onsuz da aşağı səviyyədə olan borc öhdəlikləri getdikcə azalır. Bu barədə Maliyyə Nazirliyinin yaydığı məlumatda bildirilib. 2022-ci il yanvarın 1-i vəziyyətinə Azərbaycanın əməkdaşlıq etdiyi müxtəlif beynəlxalq maliyyə-kredit qurumları və xarici banklarla imzalanmış kredit sazişləri çərçivəsində respublikamızın birbaşa xarici dövlət borcu 7 milyard 393,4 milyon ABŞ dolları təşkil edib. Bu, ötən il üzrə ÜDM-in 13,5 faizinə bərabərdir. Dövlət müəssisələri tərəfindən cəlb edilmiş xarici borclara verilmiş dövlət zəmanətləri üzrə şərti öhdəliklər isə 742,3 milyon ABŞ dolları və ya ÜDM-in 1,4 faizini təşkil etməklə, ümumilikdə xarici dövlət borcu 8 milyard 135,7 milyon ABŞ dolları (13,830.7 milyon manat) və ya ÜDM-in 14,9 faizini təşkil edib. 2021-ci ilin sonuna xarici dövlət borcu mütləq ifadədə 685,8 milyon ABŞ dolları, xarici dövlət borcunun ÜDM-ə nisbəti isə 5,8 faiz bəndi azalıb.
Strategiyada Azərbaycanın maliyyə imkanları nəzərə alınmaqla xarici borcun azaldılması fonunda daxili borcun artırılması hədəflənib. Maliyyə Nazirliyinin məlumatına əsasən, 2022-ci il yanvarın 1-nə respublikamızın daxili dövlət borcu 3 milyard 68,4 milyon manat və ya ÜDM-in 3,3 faizini təşkil edib. Ötən ilin əvvəli ilə müqayisədə daxili dövlət borcu mütləq ifadədə 1 milyard 126,1 milyon manat, daxili dövlət borcunun ÜDM-ə nisbəti isə 0,6 faiz bəndi artıb.
Xəbər lenti
Hamısına baxMüsahibə
01 İyun 20:30
YAP xəbərləri
01 İyun 20:25
Dünya
01 İyun 20:18
Dünya
01 İyun 19:53
YAP xəbərləri
01 İyun 19:21
İqtisadiyyat
01 İyun 19:20
YAP xəbərləri
01 İyun 19:10
İdman
01 İyun 19:10
YAP xəbərləri
01 İyun 18:17
YAP xəbərləri
01 İyun 18:09
Siyasət
01 İyun 17:56
Siyasət
01 İyun 17:31
Siyasət
01 İyun 17:30
Elanlar
01 İyun 17:24
YAP xəbərləri
01 İyun 17:16
Sosial
01 İyun 17:13
YAP xəbərləri
01 İyun 16:56
Elanlar
01 İyun 16:35
Dünya
01 İyun 16:30
Sosial
01 İyun 16:22
Siyasət
01 İyun 16:17
Sosial
01 İyun 16:12
Gündəm
01 İyun 16:09
YAP xəbərləri
01 İyun 16:04
Gündəm
01 İyun 16:00
YAP xəbərləri
01 İyun 15:51
İqtisadiyyat
01 İyun 15:32
Hadisə
01 İyun 15:30
Sosial
01 İyun 15:29
Sosial
01 İyun 15:28
Sosial
01 İyun 15:28
Sosial
01 İyun 15:23
Siyasət
01 İyun 15:20
YAP xəbərləri
01 İyun 15:15
Müsahibə
01 İyun 15:13
YAP xəbərləri
01 İyun 15:05
YAP xəbərləri
01 İyun 15:02
Sosial
01 İyun 15:00
YAP xəbərləri
01 İyun 14:58
YAP xəbərləri
01 İyun 14:57
İqtisadiyyat
01 İyun 14:36
Gündəm
01 İyun 14:35
YAP xəbərləri
01 İyun 14:33
Dünya
01 İyun 14:19
YAP xəbərləri
01 İyun 14:14
Elm
01 İyun 14:09
İqtisadiyyat
01 İyun 13:54
Siyasət
01 İyun 13:52
Sosial
01 İyun 13:50
Dünya
01 İyun 13:27
Hərbi
01 İyun 12:29
YAP xəbərləri
01 İyun 12:26
İdman
01 İyun 12:23
Siyasət
01 İyun 12:13
Siyasət
01 İyun 12:13
Elanlar
01 İyun 12:00
Dünya
01 İyun 11:35
Siyasət
01 İyun 11:29
Dünya
01 İyun 11:19
YAP xəbərləri
01 İyun 11:04
YAP xəbərləri
01 İyun 10:56
Dünya
01 İyun 10:55
Elm
01 İyun 10:40
Elm
01 İyun 10:39
Siyasət
01 İyun 10:37
Siyasət
01 İyun 10:32
İqtisadiyyat
01 İyun 10:31
Siyasət
01 İyun 10:28
Dünya
01 İyun 10:21
Dünya
01 İyun 09:49
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | 6 | |
| 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 |
| 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 |
| 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 |
| 28 | 29 | 30 |

