İnvestisiya təminatı gücləndirilir, iqtisadi fəallıq artır
04.02.2022 [10:29]
Mübariz
Son illərdə milli iqtisadiyyatımızın inkişafını və rəqabətqabiliyyətinin artırılmasını hədəfləyən yeni nəsil islahatlar həyata keçirilir. İslahatların məntiqi nəticəsi olaraq iqtisadiyyatımızda müsbət meyillər artıb. İndiki dövrdə bir sıra arzuolunmaz xarici təsirlərə baxmayaraq, ÜDM-də artıma nail olunması, istehsal və ixrac imkanlarının genişlənməsi bunu əyani şəkildə təsdiqləyir. Hazırkı çətin məqamda yerli və xarici mənbələr hesabına iqtisadi subyektlərin investisiya təminatının gücləndirilməsi də ölkə üzrə iqtisadi fəallığın artmasında mühüm rol oynayan amillərdən biridir.
Əlverişli sərmayə mühiti
Azərbaycanda əlverişli investisiya mühiti var. Uzunmüddətli daxili sabitlik, dövlətin siyasi iradəsi, daim yenilənən möhkəm qanunvericilik bazası, ölkədə investisiyaların səmərəli təşviqi mexanizminin işə salınması investorları iqtisadiyyatın bu və ya digər sahələrinə sərmayələr yönəltməyə sövq edir. “Azərbaycan İnvestisiya Şirkəti” ASC (AİŞ) də ölkə üzrə iqtisadi subyektlərin investisiya təminatının güclənməsinə öz töhfələrini verir.
AİŞ-dən “Yeni Azərbaycan”a daxil olan məlumatda bildirilir ki, qurum 2021-ci ildə bir sıra uğurlara imza atıb. O cümlədən ötən il AİŞ-in sahibkarlarla əməkdaşlığı daha da intensivləşib. Sahibkarların birgə investisiya təkliflərinin daha effektiv monitorinqi və dəyərləndirilməsi üçün AİŞ tərəfindən yeni rəqəmsal layihə müraciəti keçidi istifadəyə verilib. Sahibkarlar AİŞ-in internet saytının yeni bölməsinə daxil olaraq layihələrini təqdim edə bilərlər.
AİŞ tərəfindən ötən il ərzində 62 yeni investisiya layihəsinə baxılıb və müvafiq təhlillər aparılıb. Daxil olan müraciətlərin 23%-i kənd təsərrüfatı, 23%-i qida və içki sənayesi, 13%-i səhiyyə, 10%-i yüngül sənaye, 8%-i ağır sənaye, 8%-i tikinti və mədən sənayesi, 5%-i alternativ və bərpa olunan enerji, 5%-i ənənəvi energetika, 5%-i isə digər sahələrin payına düşür. Layihələrdən 5-i AİŞ-in Müşahidə Şurası tərəfindən təsdiq edilib. Layihələrdən biri üzrə artıq birgə investisiya müqaviləsi bağlanıb. Bu layihə Balakən rayonunda yerləşən, meyvə şirəsi məhsullarının istehsalı və emalı sahəsində fəaliyyət göstərən “Balacans Agro Food” MMC şirkətinin fəaliyyətinin genişləndirilməsi ilə bağlıdır. Bu məqsədlə AİŞ tərəfindən 4,1 mln. manat investisiya ayrılıb. Layihə çərçivəsində yeni istehsal sahələrinin yaradılması və 100 nəfərin daimi işlə təmin olunması planlaşdırılır. Hazırda AİŞ daha bir neçə yeni investisiya layihəsinin təhlili və qiymətləndirilməsini yekunlaşdırmaq üzrədir.
2021-ci ildə AİŞ-in tərəfdaş təşkilatlarla əməkdaşlığı da genişlənib. Belə ki, AİŞ yerli və xarici sahibkar və şirkətlərlə birbaşa əlaqələr qurub, yerli investisiya fondları, maliyyə təşkilatları, o cümlədən beynəlxalq maliyyə institutları və banklarla daha sıx əməkdaşlıq edib. Bundan əlavə, AİŞ və Türkiyənin ATİB, TÜİB, MÜSİAD, Qətərin “JTA International”, İtaliyanın “Casillo Group”, Çexiyanın “CzechTrade” və s. şirkətləri arasında anlaşma memorandumları imzalanıb.
İşğaldan azad olunmuş ərazilərə investisiya qoyuluşu artır
İşğaldan azad edilmiş ərazilərə investisiya qoyuluşunun artması da məmnunluq doğurur. Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) “Yeni Azərbaycan”a bildirilib ki, indiyədək işğaldan azad edilmiş ərazilərdə biznes qurmaq istəyən sahibkarlardan KOBİA-ya 945 müraciət daxil olub. Bunlardan 446 müraciət investisiya layihələri, 499-u isə digər iş və xidmətlərin (əsasən podrat əsaslı) həyata keçirilməsi ilə bağlıdır. Müraciətlərin 27%-i tikinti, 27%-i ticarət və xidmət, 21%-i sənaye, 18%-i kənd təsərrüfatı və digər 7%-i turizm, səhiyyə, təhsil, mədəniyyət, nəqliyyat və logistika sahələrini əhatə edir.
Eyni zamanda, işğaldan azad olunmuş ərazilərdə müxtəlif layihələrin icrasına maraq göstərən xarici şirkətlərin də sayı kifayət qədər çoxdur. Azərbaycan bəhs olunan ərazilərin bərpasında dost ölkələrlə sıx əməkdaşlıq edir. İlk olaraq bərpa prosesinə qardaş Türkiyənin şirkətləri cəlb olundular. Sonradan bu sırada İtaliya şirkətləri yer aldılar və siyahı daha da böyüdü. Bütövlükdə, indiyədək 50-dən çox xarici şirkət işğaldan azad edilmiş ərazilərin bərpası üzrə layihələrə qoşulmaq istəklərini bildiriblər. Bəhs olunan şirkətlər 10-dan çox ölkəni təmsil edirlər.
Əlamətdar haldır ki, işğaldan azad edilmiş ərazilərdə layihələrin icrasına qoşulmaq istəyən ölkələrin və şirkətlərin sayı artmaqdadır. Bu günlərdə işğaldan azad edilmiş ərazilərdə səfərdə olan Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp ölkəsinin bu ərazilərin bərpasına qoşulmaqda maraqlı olduğunu bildirib. “Qarşıda görüləcək çox işlər var. Bu ərazilərin vəziyyəti öyrənilməli, minalardan təmizlənməlidir. Britaniya şirkətləri burada bərpa olunan enerji, kənd təsərrüfatı, turizm baxımından maraqlı ola bilərlər”, - deyə səfir vurğulayıb. Bundan əvvəl isə Böyük Britaniyanın Azərbaycandakı səfiri ölkəsinin işğaldan azad edilmiş ərazilərdə tibb müəssisələrinin yaradılmasında köməyini əsirgəməyəcəyini söyləmişdi.
Almaniyanın şirkətləri də işğaldan azad edilmiş ərazilərin bərpasında iştirak etməkdə maraqlıdır. Ötən ilin son günlərində Dövlət Şəhərsalma və Arxitektura Komitəsində Almaniya Federativ Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Volfqanq Maniq və Alman-Azərbaycan Xarici Ticarət Palatasının İcraçı direktoru Tobias Baumanla keçirilən görüşdə bu ölkənin nüfuzlu şəhərsalma və memarlıq şirkətlərinin respublikamızın işğaldan azad olunmuş ərazilərində bərpa və yenidənqurma layihələrində iştirak imkanları müzakirə edilib.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
14 Yanvar 23:37
Dünya
14 Yanvar 23:12
İdman
14 Yanvar 22:48
Hadisə
14 Yanvar 22:25
Sosial
14 Yanvar 21:52
Dünya
14 Yanvar 21:17
YAP xəbərləri
14 Yanvar 21:04
Dünya
14 Yanvar 20:43
Dünya
14 Yanvar 20:33
Dünya
14 Yanvar 20:18
Dünya
14 Yanvar 19:56
Müsahibə
14 Yanvar 19:30
İqtisadiyyat
14 Yanvar 19:21
YAP xəbərləri
14 Yanvar 18:43
YAP xəbərləri
14 Yanvar 18:22
Siyasət
14 Yanvar 18:11
Xəbər lenti
14 Yanvar 18:05
YAP xəbərləri
14 Yanvar 17:56
YAP xəbərləri
14 Yanvar 17:40
Sosial
14 Yanvar 17:10
Gündəm
14 Yanvar 17:08
YAP xəbərləri
14 Yanvar 17:04
Xəbər lenti
14 Yanvar 17:00
Dünya
14 Yanvar 16:39
İqtisadiyyat
14 Yanvar 15:41
Sosial
14 Yanvar 15:24
YAP xəbərləri
14 Yanvar 14:59
Dünya
14 Yanvar 14:38
Sosial
14 Yanvar 14:21
Dünya
14 Yanvar 13:49
Sosial
14 Yanvar 13:27
Sosial
14 Yanvar 13:03
YAP xəbərləri
14 Yanvar 12:46
YAP xəbərləri
14 Yanvar 12:42
Sosial
14 Yanvar 12:37
Siyasət
14 Yanvar 12:15
İqtisadiyyat
14 Yanvar 12:14
İqtisadiyyat
14 Yanvar 12:13
Hadisə
14 Yanvar 12:13
Siyasət
14 Yanvar 11:59
İqtisadiyyat
14 Yanvar 11:33
Müsahibə
14 Yanvar 11:06
İqtisadiyyat
14 Yanvar 10:57
Sosial
14 Yanvar 10:37
Sosial
14 Yanvar 10:35
Hadisə
14 Yanvar 10:28
Analitik
14 Yanvar 10:12
Analitik
14 Yanvar 09:55
İqtisadiyyat
14 Yanvar 09:30
Analitik
14 Yanvar 09:13
Sosial
14 Yanvar 08:52
Sosial
14 Yanvar 08:36
Dünya
13 Yanvar 23:39
Dünya
13 Yanvar 23:17
İdman
13 Yanvar 22:40
Siyasət
13 Yanvar 22:36
Dünya
13 Yanvar 22:14
Dünya
13 Yanvar 21:53
Dünya
13 Yanvar 21:20
Dünya
13 Yanvar 20:45
Sosial
13 Yanvar 20:18
Siyasət
13 Yanvar 20:01
İqtisadiyyat
13 Yanvar 19:52
Dünya
13 Yanvar 19:26
Gündəm
13 Yanvar 19:04
Siyasət
13 Yanvar 19:00
Siyasət
13 Yanvar 18:58
YAP xəbərləri
13 Yanvar 18:49
Siyasət
13 Yanvar 18:47
Gündəm
13 Yanvar 18:38

