Salonikidə Trans-Adriatik qaz boru kəmərinin təməli qoyulub
18.05.2016 [10:15]
Mərasimdə Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubovun rəhbərliyi ilə nümayəndə heyəti iştirak edib
Mayın 17-də Yunanıstanın Saloniki şəhərində Trans-Adriatik boru kəməri - TAP-ın təməli qoyulub. Bununla bağlı keçirilən mərasimdə layihənin Avropanın enerji təhlükəsizliyindəki mühüm rolu bir daha vurğulanıb.
Tədbirdə Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubovun rəhbərliyi ilə energetika naziri Natiq Əliyev və SOCAR-ın prezidenti Rövnəq Abdullayevdən ibarət nümayəndə heyəti iştirak edib.
Təməlqoyma mərasiminə Yunanıstan, ABŞ, Avropa Komissiyası, Albaniya, İtaliya, Türkiyə, Bolqarıstanın yüksək vəzifəli şəxsləri, o cümlədən konsorsiuma daxil olan şirkətlərin nümayəndələri qatılıblar.
Yunanıstanın Baş naziri Aleksis Tsipras tədbirdə çıxış edərək deyib ki, Trans-Adriatik qaz kəmərinin inşasına başlanması region üçün mühüm əhəmiyyət kəsb edir. O, enerji təhlükəsizliyinin möhkəmləndirilməsində və mənbələrin şaxələndirilməsində bu layihənin böyük rol oynadığını vurğulayıb. Baş nazir deyib ki, bu layihə regionda əməkdaşlıq körpüsünü möhkəmləndirəcək və firavanlığı artıracaq.
TAP layihəsinin icraçı direktoru Yan Bradşou Avropa üçün strateji əhəmiyyət kəsb edən bu layihənin 2020-ci ildən başlayaraq Azərbaycan qazının Avropaya nəqlini həyata keçirəcəyini diqqətə çatdırıb. Direktor bildirib ki, əsas vəzifə Xəzər qazının Avropa bazarına vaxtında çatdırılmasına, tranzit və istehlakçı ölkələrin qarşılıqlı iqtisadi maraqlarının təmin edilməsinə nail olmaqdır. TAP layihəsi Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli rol oynayacaq.
TAP layihəsinin reallaşması ilə Avropa bazarlarına yeni qazın çıxışına şərait yaranacaq. Bu fikir isə ABŞ dövlət katibi Con Kerrinin TAP-ın təməlqoyma mərasimi iştirakçılarına ünvanladığı məktubda əksini tapıb.
Sonra Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov mərasimdə çıxış edib. TAP üzrə işlərin cədvələ uyğun aparılacağına əminliyini vurğulayan Yaqub Eyyubov bildirib ki, bu layihə Avropa ölkələrinə enerji təhlükəsizliyi məsələsində ciddi dəstək verəcək. Y.Eyyubov deyib ki, “Cənub Qaz Dəhlizi” layihəsinin bir hissəsi olan TAP kəməri ilə “Şahdəniz-2” layihəsi çərçivəsində hasil edilən Azərbaycan qazının Avropaya nəqli nəzərdə tutulur. TANAP-a qoşulacaq bu boru kəməri ilə ilkin mərhələdə Avropaya ildə 10 milyard kubmetr mavi yanacaq çatdırılacaq.
Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviç Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan “Cənub” qaz dəhlizinin müasir dövrün ən böyük infrastruktur layihəsi olduğunu deyib.
Gürcüstanın Baş naziri Georgi Kvirikaşvili isə Azərbaycanın və Gürcüstanın uğurlu enerji əməkdaşlığından danışıb, ölkələrimizin birgə nəhəng layihələri həyata keçirdiyini qeyd edib.
“Türkiyə TAP və TANAP layihələrinə sonadək dəstək göstərəcək”. Bu fikri isə mərasimdə çıxış edən Türkiyənin enerji və təbii sərvətlər naziri Berat Albayrak söyləyib.
Mərasim TAP-ın təməlinə qoyulacaq boru kəmərinin imzalanması ilə başa çatıb.
Xatırladaq ki, Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz” qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində çıxarılan qazı Avropaya nəql edəcək TAP boru kəmərinin uzunluğu təxminən 878 kilometrdir. TAP Türkiyə ilə Yunanıstan sərhədində yerləşən Kipoi məntəqəsində Trans-Anadolu qaz boru kəmərinə (TANAP) birləşəcək. TANAP şirkəti ilə TAP şirkəti arasında tikinti işlərinə dair saziş imzalanıb. TAP layihəsi Azərbaycan qazının Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqlini nəzərdə tutur. 2020-ci ildə fəaliyyətə başlayacaq TAP-ın ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olacaq və bu həcmin gələcəkdə 20 milyard kubmetrədək artırılması planlaşdırılır.
Xəbər lenti
Hamısına baxSiyasət
01 Oktyabr 10:36
Analitik
01 Oktyabr 10:24
Analitik
01 Oktyabr 09:45
Sosial
01 Oktyabr 09:19
Mədəniyyət
01 Oktyabr 08:52
Sosial
01 Oktyabr 08:36
Gündəm
01 Oktyabr 08:10
Mədəniyyət
30 Sentyabr 23:53
Hadisə
30 Sentyabr 23:41
Dünya
30 Sentyabr 23:00
YAP xəbərləri
30 Sentyabr 22:49
Elm
30 Sentyabr 22:37
Dünya
30 Sentyabr 22:05
Dünya
30 Sentyabr 21:25
Dünya
30 Sentyabr 21:18
Dünya
30 Sentyabr 20:52
İqtisadiyyat
30 Sentyabr 20:29
Elm
30 Sentyabr 20:15
Dünya
30 Sentyabr 19:45
Dünya
30 Sentyabr 19:37
İqtisadiyyat
30 Sentyabr 19:23
Dünya
30 Sentyabr 18:21
Asiya
30 Sentyabr 17:53
Dünya
30 Sentyabr 17:25
Dünya
30 Sentyabr 16:49
Dünya
30 Sentyabr 16:17
Gündəm
30 Sentyabr 16:01
Dünya
30 Sentyabr 15:54
Daxili siyasət
30 Sentyabr 15:29
Dünya
30 Sentyabr 14:43
Xəbər lenti
30 Sentyabr 14:15
Ədəbiyyat
30 Sentyabr 13:43
Sosial
30 Sentyabr 13:37
Dünya
30 Sentyabr 13:10
İqtisadiyyat
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:08
Gündəm
30 Sentyabr 13:07
Sosial
30 Sentyabr 13:02
Sosial
30 Sentyabr 12:48
Gündəm
30 Sentyabr 12:46
Gündəm
30 Sentyabr 12:19
Siyasət
30 Sentyabr 12:13
Elm
30 Sentyabr 12:10
İqtisadiyyat
30 Sentyabr 12:09
İqtisadiyyat
30 Sentyabr 11:52
İqtisadiyyat
30 Sentyabr 11:25
Analitik
30 Sentyabr 10:43
Analitik
30 Sentyabr 10:16
Gündəm
30 Sentyabr 10:07
Sosial
30 Sentyabr 10:06
Gündəm
30 Sentyabr 10:05
Ədəbiyyat
30 Sentyabr 09:48
Analitik
30 Sentyabr 09:23
Sosial
30 Sentyabr 08:50
Sosial
30 Sentyabr 08:38
Gündəm
30 Sentyabr 08:11
Xarici siyasət
30 Sentyabr 00:14
Siyasət
29 Sentyabr 21:01
Sosial
29 Sentyabr 20:23
İdman
29 Sentyabr 20:17
Mədəniyyət
29 Sentyabr 20:03
Dünya
29 Sentyabr 20:00
Dünya
29 Sentyabr 19:45
İqtisadiyyat
29 Sentyabr 19:36
Dünya
29 Sentyabr 19:10
Dünya
29 Sentyabr 19:04
İqtisadiyyat
29 Sentyabr 18:58
Dünya
29 Sentyabr 18:34
Dünya
29 Sentyabr 17:53
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | ||||
| 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 |
| 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 |
| 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 |
| 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 |

