Ötən il Binəqədi rayonunda sosial-iqtisadi sahədə bir sıra nailiyyətlər əldə edilib
14.02.2015 [10:32]
Binəqədi rayon İcra Hakimiyyətində 2014-cü ilin yekunlarına dair hesabat yığıncağı keçirilib
Fevralın 12-də Binəqədi rayon İcra Hakimiyyəti (RİH) başçısının 2014-cü ilin yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirilib. Tədbirdə Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul əməkdaşı Tağı Tağıyev, Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, millət vəkilləri Madər Musayev, Rəfael Cəbrayılov, RİH başçısının müavinləri, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, RİH başçısı Aparatının məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının, icra strukturlarının rəhbərləri və rayon ictimaiyyəti iştirak ediblər.
Tədbir iştirakçıları öncə Ulu öndər Heydər Əliyevin YAP Binəqədi rayon təşkilatının qarşısındakı abidəsinin önünə gül dəstələri düzüb, dahi şəxsiyyətin ruhuna öz ehtiramlarını bildiriblər.
Hesabat yığıncağı Prezident İlham Əliyevin ötən il rayona etdiyi səfərlər, rayonda həyata keçirilən abadlıq-quruculuq işləri, əldə olunan nailiyyətlər, ümumiyyətlə Binəqədi rayon İcra Hakimiyyətinin illik fəaliyyətindən bəhs edən filmin nümayişi ilə başlayıb.
Hesabat məruzəsi ilə çıxış edən Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov ümumilikdə ölkədə bütün sahələr üzrə müsbət artımın məntiqi nəticəsi kimi Binəqədi rayonunun sosial-iqtisadi həyatında da 2014-cü il ərzində görülən işlərin yekunu olaraq bir sıra nəticələrin əldə edildiyini bildirib. Məruzədə rayonun həyatında əlamətdar hadisə və hesabat dövründə əldə olunan nailiyyətləri stimullaşdıran hal kimi Prezident İlham Əliyevin ötən il ərzində Binəqədi rayonuna yeddi dəfə səfər etdiyi qeyd olunub. Prezident İlham Əliyevin məmur-vətəndaş münasibətlərinin normal tənzimlənməsi, bu məsələyə xüsusi diqqətin ayrılması ilə əlaqədar tapşırıqlarından irəli gələn vəzifə kimi Binəqədi RİH başçısının müntəzəm olaraq vətəndaşlarla birbaşa görüşlərinin olduğu, o cümlədən, yerlərdə səyyar qəbullar təşkil edildiyi, vətəndaşların müraciətləri, irad və təkliflərinin diqqətlə öyrənilərək onların icrası baxımından “Tədbirlər Planı”nın təsdiq olunduğu və aidiyyəti qurumlara göndərilərək tədbirlərin icrasının nəzarətdə saxlanıldığı məruzədə xüsusi vurğulanıb.
RİH başçısı bildirib ki, sənaye sahəsində 2013-cü ilin müvafiq dövrünə nisbətən 12,4 faiz, nəqliyyat sektorunda 38,9 faiz, rabitə sektorunda 1 faiz, iaşə sektorunda isə 15,4 faiz artım müşahidə edilib. İstehlak bazarında və əhaliyə göstərilən pullu xidmətlərdə 2013-cü illə müqayisədə orta hesabla 20 faiz artım qeydə alınıb. 2014-cü ilin 12 ayında Binəqədi rayonunda 5620 yeni iş yeri açılıb ki, bunun da hamısı daimi iş yerləridir. Eləcə də, əhalinin sosial təminatının yaxşılaşdırılması məqsədilə, 2014-cü il ərzində 2814 ailəyə və ya 11356 nəfər ailə üzvünə ünvanlı sosial yardım təyin edilib, 2015-ci il yanvar ayının 1-i vəziyyətinə 4254 nəfər ünvanlı sosial yardım alıb.
Bildirilib ki, “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”ında nəzərdə tutulmuş tədbirlər planına uyğun olaraq ötən il ərzində rayonun ayrı-ayrı təhsil müəssisələrinin əsaslı surətdə təmiri və yenidən qurulması işləri ardıcıl olaraq həyata keçirilib, 2014-cü ilin 2-ci rübündə əsaslı təmirə başlamış 157 və 298 saylı orta məktəblər ən müasir avadanlıqla təchiz edilərək yeni tədris ili ərəfəsində şagirdlərin istifadəsinə verilib: “Xüsusilə də qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Binəqədi rayonuna səfər edərək 115 və 182 saylı tam orta məktəblərdə əsaslı təmir və tikinti işlərindən sonrakı vəziyyətlə tanış olub”.
Qeyd edilib ki, 2015-ci ilin iyun-iyul aylarında Bakı şəhərində I Avropa Oyunlarının keçirilməsi ilə əlaqədar Binəqədi rayonu ərazisində 1 iyul 2014-cü il tarixdən “Təmiz Binəqədi” sosial layihəsinə start verilib.
Hesabat dövründə RİH tərəfindən vətəndaşlara göstərilən, o cümlədən, elektron göstərilməsi nəzərdə tutulan xidmətlərin siyahısı dövlət reyestrinə daxil edilmək üçün Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə təqdim olunub. Eləcə də, Binəqədi RİH başçısı Aparatının rəhbər şəxslərinin qəbuluna yazılmasının daha da asanlaşdırılması sahəsində bir sıra işlər görülüb.
Hesabat yığıncağında Binəqədi RİH başçısının müavini Vüsar İsmayılov, Binəqədi rayon Bələdiyyəsinin sədri Sitarə Cabbarlı, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul əməkdaşı Tağı Tağıyev, Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli çıxış ediblər.
Şura iclasının qərar layihəsinin və Prezident İlham Əliyevə yığıncaq iştirakçıları adından müraciətin oxunmasından sonra RİH başçısı Xaləddin İsgəndərov tədbirə yekun vurub.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxDünya
15 Sentyabr 20:53
Dünya
15 Sentyabr 20:22
Dünya
15 Sentyabr 19:50
YAP xəbərləri
15 Sentyabr 19:34
İqtisadiyyat
15 Sentyabr 19:17
Dünya
15 Sentyabr 19:13
Dünya
15 Sentyabr 18:32
YAP xəbərləri
15 Sentyabr 18:18
Dünya
15 Sentyabr 17:19
Siyasət
15 Sentyabr 17:09
Siyasət
15 Sentyabr 17:08
Sosial
15 Sentyabr 17:07
Siyasət
15 Sentyabr 16:59
Siyasət
15 Sentyabr 16:31
Siyasət
15 Sentyabr 16:30
Siyasət
15 Sentyabr 16:30
Dünya
15 Sentyabr 16:23
Gündəm
15 Sentyabr 16:22
Sosial
15 Sentyabr 16:07
Elanlar
15 Sentyabr 15:48
Dünya
15 Sentyabr 15:30
YAP xəbərləri
15 Sentyabr 15:30
YAP xəbərləri
15 Sentyabr 15:28
Sosial
15 Sentyabr 15:17
Siyasət
15 Sentyabr 15:14
Siyasət
15 Sentyabr 15:14
Siyasət
15 Sentyabr 15:13
Siyasət
15 Sentyabr 15:12
Siyasət
15 Sentyabr 15:10
YAP xəbərləri
15 Sentyabr 15:02
Sosial
15 Sentyabr 14:32
Analitik
15 Sentyabr 14:26
Dünya
15 Sentyabr 14:22
Gündəm
15 Sentyabr 14:03
Dünya
15 Sentyabr 13:59
Siyasət
15 Sentyabr 13:52
Gündəm
15 Sentyabr 13:24
Dünya
15 Sentyabr 13:15
Dünya
15 Sentyabr 12:25
Hadisə
15 Sentyabr 11:48
Elm
15 Sentyabr 11:47
Siyasət
15 Sentyabr 11:46
Elanlar
15 Sentyabr 11:37
Siyasət
15 Sentyabr 11:35
Sosial
15 Sentyabr 11:09
Sosial
15 Sentyabr 10:43
Siyasət
15 Sentyabr 10:42
Gündəm
15 Sentyabr 10:17
Gündəm
15 Sentyabr 09:48
Analitik
15 Sentyabr 09:20
Sosial
15 Sentyabr 08:52
Elm
15 Sentyabr 08:37
Sosial
15 Sentyabr 08:10
Dünya
14 Sentyabr 23:39
Müsahibə
14 Sentyabr 23:17
Elm
14 Sentyabr 22:40
YAP xəbərləri
14 Sentyabr 22:29
Dünya
14 Sentyabr 22:14
Sosial
14 Sentyabr 21:59
Dünya
14 Sentyabr 21:23
Dünya
14 Sentyabr 20:45
Dünya
14 Sentyabr 20:17
Gündəm
14 Sentyabr 19:59
Maraqlı
14 Sentyabr 19:58
Dünya
14 Sentyabr 19:24
Analitik
14 Sentyabr 19:02
Dünya
14 Sentyabr 18:30
Gündəm
14 Sentyabr 18:17
Dünya
14 Sentyabr 17:43
Dünya
14 Sentyabr 17:19

