Fiziki şəxslərin əmlak və torpaq vergiləri yeni qaydada ödəniləcək
26.08.2014 [09:29]
Şamil Ərəbov: Vergi Məcəlləsinə edilən son dəyişikliklər bələdiyyələrin vergi yığımında üzləşdikləri problemləri aradan qaldıracaq
Vergi Məcəlləsinə edilən son dəyişikliklərə əsasən, gələn il yanvarın 1-dən fiziki şəxslərin əmlak və torpaq vergiləri yeni qaydada ödəniləcək. Məlum olduğu kimi, fiziki şəxslərin əmlak və torpaq vergiləri yerli vergilərə aiddir və bələdiyyələr tərəfindən yığılır. İndiyə kimi bələdiyyələr torpaq və əmlak vergilərinin hesablanmasında və yığılmasında müəyyən çətinliklərlə qarşılaşırdılar. Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar Baş İdarəsinin Vergi siyasəti idarəsinin rəisi Şamil Ərəbovun sözlərinə görə, fiziki şəxslərin əmlak və torpaq vergiləri ilə bağlı Vergi Məcəlləsinə edilən son dəyişikliklər bələdiyyələrin vergi yığımında üzləşdikləri problemləri aradan qaldıracaq.
İdarə rəisi deyib ki, bələdiyyələrə əmlakın qiymətləndirilməsi və yenidən qiymətləndirilməsi səlahiyyəti verilməsinə baxmayaraq, onların qiymətləndirmə xərclərini ödəmək imkanları olmadığına görə bu işin öhdəsindən gələ bilmirdilər. Bələdiyyələrin işinin asanlaşdırılması, əmlak vergisinin tam və düzgün hesablanması məqsədilə binaların, yaşayış və qeyri-yaşayış sahələrinin ərazilərinin sahələrinə görə verginin hesablanması üçün bu dəyişikliklərə ehtiyac yaranmışdı. Dəyişiklikdən əvvəl əmlakın 5000 manatadək olan hissəsi vergidən azad idi, dəyişiklikdən sonra isə əmlakın 30 m2-dək olan hissəsi vergidən azad olacaq. Bu güzəşt yalnız yaşayış sahələrinə aid edilir, qeyri-yaşayış sahələrinə güzəşt nəzərdə tutulmayıb. Bundan başqa, məsələn, binanın Bakı şəhərinin mərkəzində və mərkəzdən kənar yerləşməsi ilə bağlı 0,7-1,5 arasında əmsallar tətbiq olunacaq. Bu isə o deməkdir ki, şəhərin mərkəzində olan binaya görə müəyyən edilmiş dərəcə ilə hesablanmış əmlak vergisinə əlavə əmsal tətbiq olunaraq vergi artırılacaq. Qeyd olunan əmsallar Azərbaycan Respublikası Prezidentinin 11 avqust 2014-cü il tarixli Fərmanına əsasən, Nazirlər Kabineti tərəfindən üç ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırılmaqla müəyyən ediləcək.
Onun sözlərinə görə, dəyişikliklərin müsbət tərəfi odur ki, fiziki şəxslərin əmlak vergisindən yayınma ehtimalı azalacaq. Bələdiyyələr tərəfindən verginin hesablanmasında və toplanmasında mövcud çətinliklərin aradan qalxmasına əlverişli şərait yaranacaq ki, bu da bələdiyyə büdcələrinin formalaşmasına müsbət təsir edəcək. Torpaq vergisi ilə bağlı dəyişikliklərə gəlincə, dəyişiklik kənd təsərrüfatı təyinatlı torpaqlara deyil, Vergi Məcəlləsinin 206.3-cü maddəsində nəzərdə tutulan torpaq sahələrinə şamil edilir. Sənaye, tikinti, nəqliyyat, rabitə, ticarət-məişət xidməti və digər xüsusi təyinatlı yaşayış fondlarının həyətyanı sahələri və vətəndaşların bağ sahələrinin tutduğu torpaqlar üzrə yeni vergitutma mexanizmi müəyyən edilib. Burada vergi dərəcələri torpağın sahəsinə (100 m2) bağlıdır və təkcə regionlar üzrə deyil, həm də 10 min m2 (1 ha) sahədən asılı olaraq diferensiallaşdırılıb. Yaşayış fondları, həyətyanı sahələr və vətəndaşların bağ sahələrinin tutduğu torpaq sahələri 10 min m2-dək olduqda torpaq sahəsinin hər 100 m2-ə görə illik vergi Bakı şəhərində 0,6 manat, 10 min m2-dən yuxarı hissəsi üçün isə hər 100 m2-ə görə 1,2 manat müəyyən edilib. Gəncə, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunun qəsəbə və kəndlərində müvafiq olaraq bu rəqəmlər 0,5 və 1 manat, digər şəhərlər və rayon mərkəzlərində 0,3 və 0,6 manat təşkil edəcək. Rayon tabeliyində olan şəhərlər, qəsəbələr və kəndlər üzrə hər 100 m2 görə illik vergi 0,1 və 0,2 manat olacaq.
Kommersiya xarakterli (sənaye, tikinti, nəqliyyat, rabitə, ticarət-məişət xidməti və digər) xüsusi təyinatlı torpaqlar 10 min m2-dək olduqda torpaq sahəsinin hər 100 m2-ə görə illik vergi Bakı şəhərində 10 manat, 10 min m2-dən yuxarı hissəsi üçün isə hər 100 m2-ə görə 20 manat müəyyən edilib. Gəncə, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunun qəsəbə və kəndlərində müvafiq olaraq bu rəqəmlər 8 və 16 manat, digər şəhərlər və rayon mərkəzlərində 4 və 8 manat təşkil edəcək. Rayon tabeliyində olan şəhərlər, qəsəbələr və kəndlər üzrə hər 100 m2-ə görə illik vergi 2 və 4 manat olacaq. Vergi qanunvericiliyinə əsasən, əmlak vergisi mülkiyyəti təsdiq edən sənədlər, torpaq vergisi isə mülkiyyət və istifadə hüququnu təsdiq edən sənədlər əsasında hesablanır.
Əmlak vergisi ilə bağlı dəyişikliklər bələdiyyə büdcələrinin, torpaq vergisi ilə bağlı dəyişikliklər isə dövlət və bələdiyyə büdcələrinin formalaşmasına müsbət təsir göstərəcək, bələdiyyələrin maliyyə potensialını əhəmiyyətli dərəcədə artıracaq.
Xəbər lenti
Hamısına baxDünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41

