Azərbaycan Rusiyaya meyvə - tərəvəz ixracını artıra bilər
22.08.2014 [09:38]
Kremlin Qərb dövlətlərinə tətbiq etdiyi sanksiyalar azərbaycanlı sahibkarlar üçün yeni imkanlar yaradır
Məlum olduğu kimi, bir müddət öncə Rusiya Federasiyası Hökuməti Avropa İttifaqı, ABŞ, Kanada, Avstraliya və Norveçdən gətirilən kənd təsərrüfatı məhsullarına sanksiya tətbiq edib. Qadağan olunan mallara ət (qoyun əti istisnadır), quş, balıq, süd və süd məhsulları, meyvə və tərəvəz, bitki yağları daxildir. Əlbəttə ki, Kremlin bu qərarı Rusiyaya kənd təsərrüfatı məhsulları ixrac edən azərbacanlı iş adamları üçün yaxşı fürsət ola bilər. Belə ki, Moskvanın Qərb ölkələrinə tətbiq etdiyi sanksiyalar Rusiya bazarlarında Azərbaycan məhsullarına tələbatı artırır və bu, imkan verir ki, hazırda 200 min ton civarında olan dövriyyə kifayət qədər artsın.
Xatırlatmaq yerinə düşər ki, Sovetlər Birliyi dövründə Rusiyaya və ümumilikdə SSRİ-nin bir çox bölgələrinə meyvə və tərəvəz Azərbaycandan tədarük edilirdi. 1986-cı ildə isə rekord göstərici qeydə alınıb. Belə ki, SSRİ-nin müxtəlif vilayətlərinə 855 min ton faraş tərəvəz, 1 mln. 539 min ton üzüm tədarük edilib. Əncir, heyva, narın çoxu da Azərbaycandan idxal edilirdi. Mütəxəssislər hesab edir ki, hazırki şərait Azərbaycandan Rusiyaya kənd təsərrüfatı məhsulları ixracının həcmini ötən əsrin 80-ci illərinin həddinə yaxınlaşdırmağa imkan yaradır. “Rosselxoznadzor”un rəhbərinin müavini Aleksey Alekseyenkonun sözlərinə görə, mövcud nəqliyyat şəbəkəsi Azərbaycana öz məhsullarını dəmir yolu, avtonəqliyyat və su yolu ilə çatdırmağa imkan verir. O, Azərbaycan-Rusiya birgə müəssisəsinin yaradılmasını da məqsədəuyğun hesab edir: “O, Rusiya bazarını hədəfə alacaq. Ona görə belə bir müəssisənin yaranması Rusiya qanunvericiliyinin bütün tələblərini nəzərə almağa imkan verəcək”.
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) sədri Rüfət Məmmədov isə “Vestnik Kavkaza” agentliyinə müsahibəsində bildirib ki, Azərbaycan Rusiyaya meyvə və tərəvəz ixracını artırmağa hazırdır. Fond sədri qeyd edib ki, Rusiya Azərbaycanın ənənəvi ticarət partnyorudur və qarşılıqlı əlaqələri inkişaf etdirməyə hazırdır. R.Məmmədovun sözlərinə görə, hazırda Azərbaycan Rusiyanın istehlak etdiyindən də çox meyvə və tərəvəz istehsal edir: “Ötən il Azərbaycan 250 min ton alma istehsal edib, lakin Rusiya onun 37 min tonunu istehlak edib. Eyni vəziyyət armuda da aiddir. Azərbaycan 40 min ton armud istehsal edib, onun yalnız 168 tonu Rusiyaya çatdırılıb”.
Birgə təsərrüfatın yaradılmasının mümkünlüyünə gəlincə isə, R.Məmmədov bildirib ki, Rusiya maraqlı olarsa, Azərbaycan belə layihəyə başlamağa hazırdır.
Vəfa İsgəndərova
Xəbər lenti
Hamısına baxDünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41

