/ / Nəqliyyat Nazirliyi I Avropa Oyunlarına hazırlıq işlərini sentyabr-dekabr aylarında daha da intensivləşdirəcək
Nəqliyyat Nazirliyi I Avropa Oyunlarına hazırlıq işlərini sentyabr-dekabr aylarında daha da intensivləşdirəcək
02.08.2014 [11:33]
“Nəqliyyat-yol kompleksi üzrə Tədbirlər Planı”nda nəzərdə tutulan işlərin əsas hissəsinin icrası sentyabr-dekabr aylarında daha da intensivləşəcək.
Nəqliyyat Nazirliyinin mətbuat katibliyinin rəhbəri Namiq Həsənov AzərTAc-a bildirib ki, gələn il Bakıda keçiriləcək I Avropa Oyunları ilə əlaqədar nəqliyyatın ahəngdar fəaliyyətinin, daşımaların təhlükəsizliyinin təmin edilməsinin və digər təşkilati məsələlərin əlaqələndirilməsi istiqamətində təxirəsalınmaz tədbirlər uğurla həyata keçirilir. Plana əsasən nəqliyyat-yol kompleksinin müxtəlif istiqamətləri üzrə qurumun tərkibində olan təşkilatların konkret vəzifələri, görəcəyi işlər müəyyənləşdirilib. Buraya həm yolların çəkilişi, yeni qatarların, avtobus və taksilərin alınması ilə bağlı danışıqların aparılması, həm də müəyyən marşrutlar üzrə hərəkət sxemlərinə dəyişikliklər edilməsi aiddir.
Beynəlxalq Avtovağzal Kompleksi də daxil olmaqla, rayonlardakı avtovağzalların işlərinin əlaqələndiriləcəyini, paytaxtda sərnişin nəqliyyatında kart-ödəniş sisteminin tətbiqinin sürətləndiriləcəyini qeyd edən N.Həsənov bildirib ki, planda nəzərdə tutulan bütün tədbirlər 2015-ci ilin birinci rübünədək - I Avropa Oyunları başlayana qədər tam yekunlaşdırılacaq.
Elə layihələr var ki, onların icrasını bir qədər də sürətləndirmək lazım gəlir. Buna 500 ədəd taksinin alınmasına dair imzalanan müqaviləni misal göstərmək olar. Bu haqda danışan N.Həsənov məlumat verib ki, müqavilədə son müddət olaraq 2015-ci ilin birinci rübü göstərilsə də, taksilərin ilk hissəsinin Bakıya bu ilin oktyabr-noyabr aylarında gətirilməsi planlaşdırılır. Həmin taksilər, ilk növbədə, rəsmi heyətə, idmançılara, turistlərə xidmət edəcək.
N.Həsənov qeyd edib ki, nəqliyyatı intellektual idarəetmə sistemi ilə bağlı işlər də sürətləndirilir. Artıq paytaxtın mərkəzindəki avtobus dayanacaqlarında quraşdırılan informasiya terminalları ilə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi arasında bağlantı tam təmin olunub. Mərkəz tərəfindən, həmçinin daha çox işıqforda avtomobillərin orta sürətini arıtmağa imkan verən “yaşıl dalğa” prinsipinin tətbiqi istiqamətində də iş aparılır.
Xəbər lenti
Hamısına baxDünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41

