Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Azərbaycan ilə İsveçrə arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Azərbaycan ilə İsveçrə arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

28.05.2014 [12:57]

İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev İsveçrə Konfederasiyasının Federal müşaviri, İqtisadi Məsələlər, Təhsil və Tədqiqatlar üzrə Federal Departamentin rəhbəri - nazir Yohan Şnayder-Amman ilə görüşüb.
İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, görüşdə Azərbaycan və İsveçrə arasındakı iqtisadi əlaqələr və əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilib.
Azərbaycan-İsveçrə əməkdaşlığının inkişaf etdiyini qeyd edən Şahin Mustafayev ölkələrimiz arasında siyasi-iqtisadi əlaqələrin inkişafında dövlət başçılarının qarşılıqlı səfərlərinin və aparılan danışıqların mühüm rolunu vurğulayıb. Bildirilib ki, ikitərəfli siyasi əlaqələrin yüksək səviyyədə olması, müqavilə-hüquqi bazanın mövcudluğu və ölkələrimizin potensialı iqtisadi əməkdaşlığın genişlənməsinə əlverişli zəmin yaradır. Nazir Azərbaycan və İsveçrə arasında əməkdaşlığın genişləndirilməsi üçün dövlət qurumları arasında müntəzəm görüşlər keçirilməsinin, biznes forumların və işgüzar görüşlərin təşkilinin əhəmiyyətini diqqətə çatdırıb.
İsveçrə Konfederasiyasının Federal müşaviri, İqtisadi Məsələlər, Təhsil və Tədqiqatlar üzrə Federal Departamentin rəhbəri-nazir Yohan Şnayder-Amman ölkəsinin Azərbaycanla əlaqələrinin inkişafından məmnunluğunu ifadə edib, ölkələrimiz arasında əməkdaşlığın daha da genişlənəcəyinə əminliyini bildirib.

Paylaş:
Baxılıb: 1417 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

İRƏVAN ZİYALILARINDAN

12 Sentyabr 09:45  

Sosial

Ədəbiyyat

Kitab sevincləri

12 Sentyabr 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

12 Sentyabr 08:36  

YAP xəbərləri

YAP xəbərləri

Ölkəmiz tərəqqi yolunda

11 Sentyabr 17:36  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Böyük etimad, sonsuz inam

11 Sentyabr 11:34  

YAP xəbərləri

İqtisadiyyat

Sosial

Dağıntılardan yeni həyata

11 Sentyabr 08:37  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30