Qızılın qiyməti rekord həddə çatdıqdan sonra niyə azalıb?
02.02.2026 [21:08]
Qlobal siyasi qeyri-müəyyənliyin artması fonunda investorların “təhlükəsiz liman” hesab etdikləri qiymətli metallara yönəlməsi qızıl qiymətlərini son dövrdə rekord səviyyələrə yüksəltmişdi. Yanvarın 26-da qızılın qiyməti ilk dəfə bir troya unsiya üçün 5 000 dolları ötərək qısa müddət ərzində 5 500 dollara qədər artdı. Həmçinin oxşar artım gümüş və platin qiymətlərində də müşahidə olunub. Lakin ABŞ-da siyasi mühitin sabitləşməsi ilə əlaqədar qiymətlər kəskin azalıb.
AZƏRTAC xəbər verir ki, bu gün qızılın bir troya unsiyasının qiyməti 163,6 dollar azalaraq 4 581,5 dollar təşkil edib. Bununla belə, qiymətlər ötən ilin eyni dövrü ilə müqayisədə hələ də xeyli yüksək səviyyədə qalır.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Trampın ABŞ ilə ticarət edən ölkələrə qarşı tətbiq etdiyi sərt gömrük rüsumları qlobal ticarətdə ciddi problemlərə səbəb olub. Mütəxəssislər bildirir ki, ticarət siyasəti investorları narahat etməyə davam edir və bu amil qızılın bahalaşmasına mühüm töhfə verir.
Yanvar ayında qızıl və gümüş qiymətləri rekord həddə çatdıqdan sonra Trampın Qrenlandiyanı almaq təşəbbüsünə qarşı çıxan 8 Avropa ölkəsini yeni gömrük rüsumları ilə hədələməsi investorların reaksiyasına səbəb olub və bu, səhm bazarlarında enişlə nəticələnib. Bundan başqa, Donald Trampın ABŞ Federal Ehtiyat Sisteminin (FED) rəhbərliyinə nisbətən daha etibarlı hesab edilən Kevin Uorşu namizəd göstərəcəyi ilə bağlı xəbərin də qızılın ucuzlaşmasına təsir edən amillərdən biri kimi dəyərləndirilir.
“Capital Economics” şirkətinin iqtisadçısı Həmid Hüseyn bildirir ki, Tramp administrasiyasının xarici və fiskal siyasəti ilə bağlı risklər fonunda qızılın təhlükəsiz investisiya kimi qəbul edilməsi bu qiymətli metalı investorların diqqət mərkəzinə çevirib.
Çin qızılın ən böyük alıcıları sırasındadır. Ölkədə tələbin əsasən zinət əşyaları alan şəxslər və investorlardan qaynaqlandığı müşahidə olunur. Qərb investorları da qızıl fondları və ticarət şirkətləri vasitəsilə bazarda fəal iştirak edirlər.
Həmçinin Ukrayna və Qəzzada davam edən müharibələr qlobal siyasi qeyri-müəyyənliyi daha da artırır. Bundan başqa, Donald Trampın Qrenlandiya ilə bağlı açıqlamaları qlobal gərginliyi artıraraq ABŞ dollarına olan etimadı zəiflədib ki, bu da investorların qiymətli metallara yönəlməsini sürətləndirib.
Mütəxəssislər qeyd edir ki, qızıl qeyri-müəyyənlik dövrlərində ənənəvi rolunu oynayır - artan ticarət gərginliyi, geosiyasi risklər və ABŞ-dakı siyasi qeyri-sabitlik fonunda dəyər qazanır.
Qızıl qiymətlərinin artmasında mərkəzi bankların artan alışları da mühüm rol oynayır. Mütəxəssislər vurğulayır ki, həm investorlar, həm də mərkəzi banklar ehtiyat valyuta kimi qızılı seçir və onu ABŞ siyasətinin asılılığından qoruyan vasitə hesab edirlər.
Qeyri-sabit dünyada qızıl effektiv diversifikasiya vasitəsidir. Ancaq müşahidə olunan qiymət dalğalanması isə göstərir ki, digər əmtəələr kimi qızıl da sürətlə bahalaşa bildiyi kimi, eyni sürətlə ucuzlaşa da bilər.
Xəbər lenti
Hamısına baxDünya
07 İyun 09:50
Hadisə
07 İyun 08:39
Dünya
06 İyun 21:43
Dünya
06 İyun 20:35
YAP xəbərləri
06 İyun 19:31
Dünya
06 İyun 19:17
Dünya
06 İyun 18:22
Dünya
06 İyun 17:31
Maraqlı
06 İyun 16:40
Maraqlı
06 İyun 15:54
Dünya
06 İyun 15:28
Mədəniyyət
06 İyun 14:32
Dünya
06 İyun 14:10
Dünya
06 İyun 13:58
Dünya
06 İyun 13:22
Dünya
06 İyun 12:45
Gündəm
06 İyun 12:37
Gündəm
06 İyun 11:50
Siyasət
06 İyun 11:21
Siyasət
06 İyun 11:20
İqtisadiyyat
06 İyun 10:58
Analitik
06 İyun 10:35
Analitik
06 İyun 10:12
İqtisadiyyat
06 İyun 09:54
Analitik
06 İyun 09:30
Sosial
06 İyun 09:16
Ədəbiyyat
06 İyun 08:59
Ədəbiyyat
06 İyun 08:32
Dünya
06 İyun 07:45
İdman
06 İyun 07:26
Dünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
Siyasət
05 İyun 19:26
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26
Gündəm
05 İyun 15:25
Dünya
05 İyun 15:19
Sosial
05 İyun 14:52
Dünya
05 İyun 14:45
Siyasət
05 İyun 14:44
Xəbər lenti
05 İyun 14:27
YAP xəbərləri
05 İyun 14:02
Siyasət
05 İyun 13:55
YAP xəbərləri
05 İyun 13:49
Siyasət
05 İyun 13:21
Sosial
05 İyun 12:36

