Dünya bazarında qazın qiyməti artmaqda davam edir
21.01.2026 [22:41]
Ötən həftənin son günlərinin soyuq keçməsi Avropa bazarında qazın qiymətinin artması ilə nəticələnib.
AZƏRTAC xəbər verir ki, Niderlanda fəaliyyət göstərən “Title Transfer Faciliye” (TTF) beynəlxalq qaz satışı mərkəzində təbii qazın qiyməti 30 faiz artaraq 1000 kubmetrinin qiyməti 450 dollara satılıb. Halbuki, həftənin əvvəlində qiymət 420 dollar idi.
Rusiyada fəaliyyət göstərən “Finam” İnvestisiya Holdinqinin analitiki Sergey Kaufman bildirib ki, cari ilin ikinci yarısından başlayaraq ABŞ, Qətər və Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) sıxılmış qaz (LNG) istehsalının artması və neftin qiymətinin azalması ilə əlaqədar olaraq dünya bazarında təbii qazın da qiyməti 15-20 faiz azalaraq 1000 kubmetri orta hesabla 350 dollar olacaq. Hazırda qiymətin yüksəlməsinin səbəbini analitik ilk növbədə Avropanın Rusiya qazından imtinada görür.
Rusiyadan ixrac edilən qazın bazardakı yerini ABŞ və Qətər tutub və bu amil artıq köhnəlmiş hesab edilir. Lakin boru ilə nəql olunan qazın hidroçənlərdə nəql olunan qazdan qiymət fərqi var. Boru ilə daha ucuz nəql olunduğu halda, gəmilərlə nəql olunan qaz baha başa gəlir. Yəni nəqliyyat xərci artıq olur ki, bu da qazın qiymətinin üzərinə gəlir. Digər tərəfdən Qətər və BƏƏ-dən daşınan qaz Körfəzdən keçir ki, bura da çox riskli zonadır. ABŞ ilə İran arasındakı gərgin münasibətlər körfəzdə təhlükəni artırıb.
Amerikanın “New York Mercantile Exchange” (NYMEX) birjasında da qazın qiymətinin yüksəlməsi müşahidə edilib. Enerji və maliyyə institutunun tədqiqatlar üzrə direktoru Aliksey Beloqoryev bildirib ki, Asiyada da havaların soyuq keçməsi qazın region üzrə qiymətlərinə təsir göstərib. ABŞ Avropa ilə yanaşı Asiya bazarlarına da LNG ixrac edir və buna görə də NYMEX birjasında da qiymət artımı müşahidə olunur.
Rusiyaya qarşı tətbiq olunan sanksiyalara baxmayaraq ötən il Avropa “Qazprom”dan 18,1 milyard kubmetr təbii qaz alıb. Bu ilin yanvar ayından başlayaraq Avropa İttifaqı ölkələri Rusiya qazından tamamilə imtina etməyi qərara alıblar. Bu qərara nə qədər əməl olunacağını zaman göstərəcək. Hələlik isə Avropa qaz idxalını şaxələndirməkdə davam edir. Azərbaycanın da 2026-cı ildən Avropaya qaz ixracını artırması da təsadüfi deyil.
Xəbər lenti
Hamısına baxDünya
07 İyun 11:19
Dünya
07 İyun 10:21
Dünya
07 İyun 09:50
Hadisə
07 İyun 08:39
Dünya
06 İyun 21:43
Dünya
06 İyun 20:35
YAP xəbərləri
06 İyun 19:31
Dünya
06 İyun 19:17
Siyasət
06 İyun 18:58
Dünya
06 İyun 18:22
Dünya
06 İyun 17:31
Maraqlı
06 İyun 16:40
Maraqlı
06 İyun 15:54
Dünya
06 İyun 15:28
Mədəniyyət
06 İyun 14:32
Dünya
06 İyun 14:10
Dünya
06 İyun 13:58
Dünya
06 İyun 13:22
Dünya
06 İyun 12:45
Gündəm
06 İyun 12:37
Gündəm
06 İyun 11:50
Siyasət
06 İyun 11:21
Siyasət
06 İyun 11:20
İqtisadiyyat
06 İyun 10:58
Analitik
06 İyun 10:35
Analitik
06 İyun 10:12
İqtisadiyyat
06 İyun 09:54
Analitik
06 İyun 09:30
Sosial
06 İyun 09:16
Ədəbiyyat
06 İyun 08:59
Ədəbiyyat
06 İyun 08:32
Dünya
06 İyun 07:45
İdman
06 İyun 07:26
Dünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
Siyasət
05 İyun 19:26
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26
Gündəm
05 İyun 15:25
Dünya
05 İyun 15:19
Sosial
05 İyun 14:52
Dünya
05 İyun 14:45
Siyasət
05 İyun 14:44
Xəbər lenti
05 İyun 14:27
YAP xəbərləri
05 İyun 14:02
Siyasət
05 İyun 13:55

