Bankların mənfəəti tarixi rekorda çatsa da...
17.01.2026 [11:39]
Bəzi bankların yüksək xərcləri ciddi risklərdən xəbər verir
Azərbaycanda fəaliyyət göstərən banklar 2025-ci ilin 4-cü rübü üçün maliyyə nəticələrini açıqlayıblar. Ötən ilin yekununda bank sektoru tarixi maksimum nəticə əldə edərək ili 1 milyard 164,5 milyon manat həcmində xalis mənfəətlə başa vurub. Bu, 2024-cü illə müqayisədə təqribən 11,5 faiz artım deməkdir. Ümumilikdə, ötən il 5 bank 921,28 milyon manat xalis mənfəət əldə edərək gəlirlərini 15 faiz artırmağa nail olub. Bank sektorunda ən çox mənfəət əldə edən bank 335,7 milyon manatla Beynəlxalq Bank olub. Mənfəətini ən çox artıran digər bank “Kapital Bank” olub, onun xalis mənfəəti əvvəlki ilin eyni dövrü ilə müqayisədə 128,5 milyon manat artaraq 315 milyon manata çatıb. Eyni zamanda, “PAŞA Bank” öz mənfəətini 148 milyon, Xalq Bank 61 milyon, Bank Respublika 60 milyon, “AccessBank” 49 milyon, “Yelo Bank” 31 milyon, “Bank of Baku” 30 milyon manat artırıb. “Unibank” isə mənfəətini 25 milyona, “Ziraat Bank Azərbaycan” 23 milyona, “Premium Bank” 11 milyona, “Rabitabank” isə 11 milyon manata çatdıra bilib. Bank sektorunda ötən il ən zəif likvidlik və gəlir göstəriciləri nümayiş etdirən banklar “AFB Bank”, “Bank BTB” və “TuranBank” olub. Onların mənfəətləri 1-4 milyon manat arası təşkil edib ki, bu da ölkə üzrə cəmi mənfəət portfelinin 0,1 faizi deməkdir.
“Ziraat Bank Azərbaycan”ın xərcləri yüksəlib
Mənfəətini artıran banklar arasında da risk problemləri qalan maliyyə institutları az deyil. Məsələn, Türkiyənin ölkəmizdəki bank vahidi olan “Ziraat Bank Azərbaycan” mənfəətini artırsa da, xərclər və risklər yüksək olaraq qalır. Bank 2025-ci ili 23,3 milyon manat xalis mənfəətlə başa vursa da, maliyyə hesabatı bankın dayanıqlılığı ilə bağlı bir sıra risklərin qaldığını göstərir. Belə ki, bankın xalis faiz gəlirləri 31,5 faiz artaraq 47,8 milyon manata çatsa da, faiz xərcləri 2 dəfə yüksəlib və 36,6 milyon manat təşkil edir. Depozitlər üzrə ödənişlərin 94 faiz artması maliyyə resurslarının bahalaşdığını göstərir. Bu, gələcək dövrdə faiz marjasının sıxılma riski yaradır. Eləcə də bankın kredit portfeli 44,8 gaiz böyüyərək 766,9 milyon manata çatıb. Ən böyük artım biznes kreditlərində qeydə alınıb. Bu dinamika kredit riski baxımından əlavə yük yaradır. Vaxtı keçmiş kreditlər də artmaqdadır. Bankın öhdəlikləri isə 53,3 faiz artaraq 1 milyard 207 milyon manata çatıb. Xüsusilə, maliyyə institutlarının depozitləri 6 dəfəyə yaxın artıb. Bu, bankın bahalı resurslara bağlılığını artırır və likvidlik riskini gücləndirir.
Bir neçə bank isə ümumiyyətlə, ötən il maliyyə likvidliyi baxımından geriləyib.
“Bank Melli İran”ın mənfəətində geriləmə baş verib
Bankların mənfəəti ilə zərər göstəriciləri də az olmayıb. “Bank Melli İran”ın xalis mənfəətində 3,3 milyon manatlıq geriləmə baş verib. Belə ki, İran bankının Bakı filialının 2025-ci ildə xalis mənfəəti əvvəlki illə müqayisədə 3 milyon 305 min manat və ya 42,8 faiz azalaraq 4 milyon 411 min manat təşkil edib. Halbuki bnak 2024-cü ildə 7 milyon 716 min manat xalis mənfəət əldə etmişdi. Bankın faiz gəlirləri 595 min manat və ya 11,8 faiz artaraq 5 milyon 667 min manata yüksəlib. Faiz xərcləri isə qeydə alınmayıb, İran bankının filialının aktivləri 1 milyon 185 min manat və ya 1 faiz artaraq 120 milyon 291 min manata çatıb. 2025-ci ildə bankın cəmi öhdəlikləri 3 milyon 227 min manat təşkil edir.
Elecə də “Bank BTB” və “TuranBank”ın göstəricilərində risklərin qaldığı müşahidə edilir. Hər iki bankın mənfəəti cuzi artsa da, xərclər və risklər yüksəkdir, bu isə onların dayanıqlılığı ilə bağlı bir sıra risklərin qalmasından xəbər verir. Ümumiyyətlə, ölkə üzrə 4-5 bankın maliyyə göstəriciləri bank sektorunda problemlərin hələ də qaldığına işarə edir. Bu isə bank sektorunda likvidliyin itirilməsi təhlükəsi fonunda bəzi bankların bağlanma ehtimalını artırır.
Likvidliyini itirən bankların bağlanması qaçılmazdır
Qeyd edək ki, bank bazarında öz öhdəliklərini yerinə yetirə bilməyən və likvidliyini tamamilə itirən banklar Mərkəzi Bankın müvafiq qərarı ilə lisensiyadan məhrum olunur, sonra onların öhdəliklərinin yerinə yetirilməsi üçün müvafiq komissiya yaradılır. Komissiya bankların vətəndaşlara və sahibkarlıq subyektlərinəd olan borclarının ödənilməsi, kreditlər üzrə öhdəliklərin yerinə yetirilməsi işlərini tənzimləyir. Kapitallarını tamamilə itirmiş və kreditorları qarşısında öhdəliklərini yerinə yetirə bilməyən banklar müflis elan olunduqdan sonra Əmanətlərin Sığortalanması Fondu ləğvedici təyin edilir və həmin bankların öhdəliklərin reyestri ƏSF-yə ötürülür.
ƏSF ilk növbədə, banklardakı əmanətlərin qaytarılmasını təmin edir. Bunun üçün Fond ilk növbədə, bağlanmış bankın öz aktivlərini borca yönəldir, vəsait yetrəli olmadığı halda öz maliyyə portfelindən tələb olunan həcmdə vəsaitləri ayırırır, bu da çatmadıqda Mərkəzi bankdan borc götürərək vətəndaşların depozit öhdəliyini bağlayır. Bu qaydalar isə qorunan əmanətlərə aiddir. “Əmanətlərin sığortalanması haqqında” Qanununun müvafiq maddələrinə əsasən, fiziki şəxslərin banklarda saxladıqları 100 min manatadək olan əmanətləri qorunan əmanətlər hesab olunur. Əgər əmanətin məbləği 100 min manatdan çoxdursa, o zaman onun 100 min manata qədər olan hissəsi sığortalanır. Əgər əmanətlər xarici valyuta ilə saxlanılırsa, onlar üçün qorunma məbləği 100 min manat ekvivalentinə qədərdir. Əmanətlərin qorunması üçün, həmçinin, manatla saxlanılan əmanətlər illik maksimum 12 faizədək gəlir şərti ilə, xarici valyutadakı əmanətlər isə illik maksimum 3 faiz yerləşdirilməlidir. Qorunmayan əmanətlərə görə, məsuliyyəti yalnız bank daşıyır.
Yuxarıda vurğuladığımız hallar isə banklara depozit yerləşdirən vətəndaşların yenidən öz əmanət müqavilələrinə baxmasını da aktuallaşdırır.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
07 İyun 09:50
Hadisə
07 İyun 08:39
Dünya
06 İyun 21:43
Dünya
06 İyun 20:35
YAP xəbərləri
06 İyun 19:31
Dünya
06 İyun 19:17
Dünya
06 İyun 18:22
Dünya
06 İyun 17:31
Maraqlı
06 İyun 16:40
Maraqlı
06 İyun 15:54
Dünya
06 İyun 15:28
Mədəniyyət
06 İyun 14:32
Dünya
06 İyun 14:10
Dünya
06 İyun 13:58
Dünya
06 İyun 13:22
Dünya
06 İyun 12:45
Gündəm
06 İyun 12:37
Gündəm
06 İyun 11:50
Siyasət
06 İyun 11:21
Siyasət
06 İyun 11:20
İqtisadiyyat
06 İyun 10:58
Analitik
06 İyun 10:35
Analitik
06 İyun 10:12
İqtisadiyyat
06 İyun 09:54
Analitik
06 İyun 09:30
Sosial
06 İyun 09:16
Ədəbiyyat
06 İyun 08:59
Ədəbiyyat
06 İyun 08:32
Dünya
06 İyun 07:45
İdman
06 İyun 07:26
Dünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
Siyasət
05 İyun 19:26
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26
Gündəm
05 İyun 15:25
Dünya
05 İyun 15:19
Sosial
05 İyun 14:52
Dünya
05 İyun 14:45
Siyasət
05 İyun 14:44
Xəbər lenti
05 İyun 14:27
YAP xəbərləri
05 İyun 14:02
Siyasət
05 İyun 13:55
YAP xəbərləri
05 İyun 13:49
Siyasət
05 İyun 13:21
Sosial
05 İyun 12:36

