Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Bu il ASCO gəmiləri ilə Orta Dəhliz üzrə 18 542 TEU konteyner daşınıb

Bu il ASCO gəmiləri ilə Orta Dəhliz üzrə 18 542 TEU konteyner daşınıb

30.12.2025 [19:27]

AZCON Holding şirkətlərindən olan Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC (ASCO) Orta Dəhliz çərçivəsində fəaliyyətini 2025-ci ildə də uğurla davam etdirib.

QSC-dən AZƏRTAC-a bildirilib ki, 2025-ci ilin yanvar–noyabrında ASCO gəmiləri ilə Orta Dəhliz üzrə 18 542 TEU konteyner daşınıb. Bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 3 dəfə çoxdur.

Xəzərdə 2025-ci ilin 11 ayında 716 460 ton quru yük daşınıb. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 51 faiz artım deməkdir.

Artan göstəricilər ASCO-nun Orta Dəhlizin inkişafında və regionun tranzit potensialının gücləndirilməsində mühüm rol oynadığını göstərir.

Paylaş:
Baxılıb: 465 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

Analitik

Növbə kimindir?

06 İyun 10:35

Analitik

1 gün qaldı...

06 İyun 10:12

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

06 İyun 08:32  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30