Manatın məzənnəsi möhkəmlənib
30.12.2025 [11:18]
2025-ci il dekabrın 1-nə olan dövrdə Azərbaycan manatının xarici valyutalara nisbətən nominal effektiv məzənnəsi 103,4 bənd təşkil edib. Mərkəzi Bankın (MB) məlumatına görə, bu, aylıq müqayisədə 0,5 bənd çox, ilin əvvəlinə nisbətən 5,8 bənd, ötən ilin dekabrın 1-i ilə müqayisədə 4,1 bənd azdır. Qeyd edilən dövrdə manatın real effektiv məzənnəsi 116,3 bənd təşkil edib. Bu isə noyabrın 1-nə olan göstərici ilə müqayisədə 0,9 bənd çox, ilin əvvəlinə nisbətən 8,8 bənd, ötən il dekabrın 1-i ilə müqayisədə isə 6,3 bənd azdır. Azərbaycandakı inflyasiyanın tərəfdaş ölkələrdəki orta inflyasiyadan əhəmiyyətli aşağı olması da real effektiv məzənnəyə azaldıcı təsir göstərib. Nominal məzənnənin möhkəmlənməsi inflyasiya idxalını məhdudlaşdıran başlıca amillərdən biri kimi çıxış edib.
Milli valyutamız 2026-2029-cu illərdə mövcud kursu qoruyacaq
Manatın nominal məzənnəsinin möhkəmlənməsi beynəlxalq maliyyə instutlarının hesabatlarında da yer alıb. Dünyanın nüfuzlu iqtisadi institutlarından olan “Fitch Group”a aid “Fitch Solutions” şirkəti Azərbaycanla bağlı açıqladığı yeni hesabatında pul-kredit, monetar və maliyyə sabitliyinin vəziyyəti və proqnozlarını şərh edib. Qurumun ekspertlərinin qənaətinə görə, Azərbaycan manatının ABŞ dollarına qarşı məzənnəsinin 2026-cı ildə 1,7 bənd səviyyəsində qalacaq və yaxın dövrdə məzənnə dəhlizində ciddi dəyişikliklər gözlənilmir. Güclü xarici şoklar baş vermədiyi halda manatın məzənnəsinin kəskin dəyişikliyinə səbəb olacaq amillər üçün əsaslar yoxdur. Proqnoza əsasən, Mərkəzi Bank (MB) inflyasiya təzyiqlərinin yüksək olmasına baxmayaraq, ümumilikdə, qiymət sabitliyini təmin etməklə ehtiyatlı siyasət yürüdür. Bu isə məzənnə sabitliyini dəstəkləyən əsas amillərdən biri kimi mühüm yer tutur.
“Fitch Solutions”un qənaətinə görə, manatın dollara qarşı sabit qalması ölkədə investorların etimadını gücləndirir və uzunmüddətli iqtisadi planlaşdırmanı asanlaşdırır. Eyni zamanda, avronun nisbətən ucuzlaşması ölkənin Avropa ilə ticarətində qiymət rəqabətliliyini artırmaq üçün əlverişli şərait yarada bilər.
“The Economist Group”un araşdırma və təhlil bölməsi olan “Economist Intelligence Unit”un (EIU) ehtimallarına əsasən, manatın xarici valyutalar qarşısında kursu sabit qalmaqdadır və bu proses növbəti illərdə də davam edəcək. Dollar/AZN məzənnəsi 2026-2029-cu illər ərzində 1,70 səviyyəsində stabilliyini qoruyacaq. Bu, Mərkəzi Bankın manatın sabitliyini təmin etmək siyasəti ilə uzlaşır və ölkədə maliyyə sabitliyi üçün mühüm göstərici hesab olunur. Analitiklər bildirirlər ki, manatın dollara nisbətdə sabit qalması həm inflyasiya risklərinin idarə edilməsinə, həm də ölkəyə sərmayələrin cəlb olunmasına müsbət təsir göstərəcək.
Sabit məzənnə inflyasiya göstəricilərinə müsbət təsir göstərir
Mütəxəssislər qeyd edirlər ki, manatın dollara qarşı sabit qalması ölkədə investorların etimadını gücləndirir və uzunmüddətli iqtisadi planlaşdırmanı asanlaşdırır. Eyni zamanda, avronun nisbətən ucuzlaşması ölkənin Avropa ilə ticarətində qiymət rəqabətliliyini artırmaq üçün əlverişli şərait yarada bilər.
Makroiqtisadi perspektivlərə nəzər salsaq, manatın sabit qalması inflyasiya göstəricilərinə də müsbət təsir göstərəcək. Əgər valyutanın məzənnəsi kəskin dəyişməsə, idxal olunan məhsulların qiymətində ciddi artım müşahidə olunmayacaq və nəticədə istehlak bazarında sabitlik qorunacaq. Bu, həm də əhalinin alıcılıq qabiliyyətinin qorunmasına xidmət edəcək. Analitiklərin qənaətinə görə, manatın kursunda ciddi dalğalanmalar gözlənilmir və 2030-cu ilə qədər milli valyutanın sabitliyi qorunacaq.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
07 İyun 09:50
Hadisə
07 İyun 08:39
Dünya
06 İyun 21:43
Dünya
06 İyun 20:35
YAP xəbərləri
06 İyun 19:31
Dünya
06 İyun 19:17
Dünya
06 İyun 18:22
Dünya
06 İyun 17:31
Maraqlı
06 İyun 16:40
Maraqlı
06 İyun 15:54
Dünya
06 İyun 15:28
Mədəniyyət
06 İyun 14:32
Dünya
06 İyun 14:10
Dünya
06 İyun 13:58
Dünya
06 İyun 13:22
Dünya
06 İyun 12:45
Gündəm
06 İyun 12:37
Gündəm
06 İyun 11:50
Siyasət
06 İyun 11:21
Siyasət
06 İyun 11:20
İqtisadiyyat
06 İyun 10:58
Analitik
06 İyun 10:35
Analitik
06 İyun 10:12
İqtisadiyyat
06 İyun 09:54
Analitik
06 İyun 09:30
Sosial
06 İyun 09:16
Ədəbiyyat
06 İyun 08:59
Ədəbiyyat
06 İyun 08:32
Dünya
06 İyun 07:45
İdman
06 İyun 07:26
Dünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
Siyasət
05 İyun 19:26
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26
Gündəm
05 İyun 15:25
Dünya
05 İyun 15:19
Sosial
05 İyun 14:52
Dünya
05 İyun 14:45
Siyasət
05 İyun 14:44
Xəbər lenti
05 İyun 14:27
YAP xəbərləri
05 İyun 14:02
Siyasət
05 İyun 13:55
YAP xəbərləri
05 İyun 13:49
Siyasət
05 İyun 13:21
Sosial
05 İyun 12:36

