Rəqəmsal Logistika Platforması 2026-cı ildə fəaliyyətə başlayacaq
27.12.2025 [10:58]
Rəqəmsal Logistika Platforması 2026-cı ilin əvvəlindən mərhələli şəkildə ilin sonuna qədər istifadəyə veriləcək. Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bildirib ki, hazırda 13 dövlət qurumu xidmətlərinin inteqrasiyasını tamamlayıb, bu, faktiki olaraq Rəqəmsal Logistika Platformasında beynəlxalq ticarət əməliyyatları üzrə prosedurların 65 faizinin elektronlaşması deməkdir. Digər təşkilatlar isə inteqrasiyanı yaxın aylarda yekunlaşdıracaq. Ümumilikdə, 30-dan artıq dövlət qurumu bütün xidmətlərini həmin platformaya inteqrasiya edəcək. Nəticədə yeni platforma işlək rejimdə bütün ticarət rejimlərini - idxal, ixrac və tranziti əhatə etməklə, lisenziyaların və sertifikatların əldə olunmasını da vahid pəncərə əsasında reallaşdıracaq. Bütün dövlət qurumlarının və aidiyyəti strukturların xidmət bloklarının vahid pəncərəyə qoşulmasından sonra biznes icmasının və digər bütün e-ticarət iştirakçılarının bir ticarət bələdçisi üzərindən idxal və ixrac prosesləri, habelə tranzit-logistika sxemləri rəqəmsal arxitektura əsasında tənzimlənəcək.
Xarici ticarət iştirakçıları üçün əlçatan ekosistem
Qeyd edək ki, Rəqəmsal Logistika Platforması ((DLP - Digital Logistics Platform) dövlət başçısının müvafiq fərmanına əsasən, qurulmaqdadır. Məqsəd Azərbaycanda beynəlxalq ticarət əməliyyatlarının rəqəmsallaşdırılması, xarici ticarət iştirakçıları ilə aidiyyəti dövlət orqanları arasında real vaxt rejimində inteqrasiyasının təmin edilməsi və ölkəmizin logistika sahəsində rəqabət qabiliyyətini gücləndirməkdir.
DLP - idxal, ixrac və tranzit əməliyyatlarını vahid “elektron bir pəncərə” üzərindən idarə etməyi hədəfləyən innovativ platforma hesab edilir. Prosedur və fəaliyyətlərin mümkün dərəcədə sadələşdirilməsini ehtiva edən informasiya sistemi ilk növbədə xarici iqtisadi fəaliyyətdə mövcud olan və kağız üzərində aparılan çoxsaylı pərakəndə və səmərəsiz proseslərin aradan qaldırılmasını, xarici ticarət iştirakçıları və aidiyyəti dövlət orqanları arasında rəqəmsal mühitdə məlumat mübadiləsinin və inteqrasiyaların təmin edilməsini, eləcə də proseslərin xarici ticarət iştirakçıları üçün əlçatan və vahid mərkəzdən idarə oluna bilməsini nəzərdə tutur.
Ticarət əməliyyatları “ağıllı sistem”lə idarə olunacaq
Xarici iqtisadi fəaliyyət çərçivəsində idxal, ixrac və tranzit əməliyyatlarına dair sənədlərin əldə olunması üçün müxtəlif qurumlara ayrıca müraciət tələb olunur ki, bu da həm elektron, həm də fiziki prosedurların uzanmasına, vaxt itkisinə və eyni məlumatların təkrar təqdim edilməsinə səbəb olur. Bu baxımdan mal və nəqliyyat xidmətlərinin fasiləsiz hərəkətinin təmin olunması, sərhəd-keçid və nəqliyyat prosedurlarının beynəlxalq standartlara uyğunlaşdırılması üçün sadələşdirilmiş, istifadəçi yönümlü, “vahid pəncərə” prinsipi ilə işləyən, qurumların məsuliyyətini ayrı-ayrılıqda müəyyən edən və icra keyfiyyətini, həmçinin sürətini ölçmə imkanı verən bir nəqliyyat-logistika platformasının yaradılması təxirəsalınmaz tələb idi.
Qeyd olunan çağırışlara uyğun hazırlanacaq DLP informasiya sistemi nəqliyyat və logistika sahəsi üzrə fəaliyyətlərin şəffaflaşdırılması, sadələşdirilməsi, həmin fəaliyyətlərin operativliyinin, səmərəliliyinin və proqnozlaşdırma keyfiyyətinin artırılması, o cümlədən yük axınlarının “ağıllı” idarə edilməsi, daşınan yüklərin bütün hərəkət marşrutu boyunca izlənilməsi və yükdaşıma müddətlərinin optimallaşdırılması üçün əlaqəli proseslərin və sənəd mübadiləsinin rəqəmsallaşdırılmasını, aidiyyəti dövlət orqanlarının idxal-ixrac və tranzit əməliyyatlarına dair monitorinqlər aparmasını və statistik məlumatların emal olunmasını nəzərdə tutur.
Startapların rəqəmsal sənayeyə inteqrasiyası, “Amazon”la əməkdaşlıq
“Rəqəmsal dövlət” quruculuğu strategiyasına əsasən, rəqəmsal ticarətlə yanaşı, sənayenin inkişaf etdirilməsi də nəzərdə tutulur. Bu prosesin əsas hərəkətverici qüvvəsi kimi kiçik və orta sahibkarlıq subyektləri arasında rəqəmsal transformasiyanın dəstəklənməsi, onlara maliyyə dəstəyi mexanizmlərinin göstərilməsi, ələlxüsus da, startapların və tədqiqat mərkəzlərinin sənaye ilə əlaqələndirilməsi məqsədilə vahid rəqəmsal ekosistemin yaradılması nəzərdə tutulur. Motivasiya tədbirləri çərçivəsində rəqəmsal startapların sayı 250-yə, rəqəmsal transformasiya proqramlarında iştirak edən müəssisələrin sayı 300-ə çatdırılacaq.
Həmçinin, xarici investorlarla əlaqələr də yeni müstəvidə təşkil olunacaq, xarici investisiyaların cəlbi və innovasiya mühitinin yaxşılaşdırılması məqsədilə prosedurların sadələşdirilməsi, əlverişli investisiya ekosisteminin gücləndirilməsi, ÜDM-də özəl xarici maliyyələşmənin payının davamlı artırılması və rəqəmsal ticarətin inkişafı və yerli müəssisələrin xarici bazarlara çıxışı üçün beynəlxalq e-ticarət platformaları “Amazon”, “AliExpress” ilə əməkdaşlığın genişləndirilməsi də strateji hədəf istiqamətlərində yer alır.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
13 Yanvar 23:17
İdman
13 Yanvar 22:40
Dünya
13 Yanvar 22:14
Dünya
13 Yanvar 21:53
Dünya
13 Yanvar 21:20
Dünya
13 Yanvar 20:45
Sosial
13 Yanvar 20:18
İqtisadiyyat
13 Yanvar 19:52
Dünya
13 Yanvar 19:26
YAP xəbərləri
13 Yanvar 18:49
Gündəm
13 Yanvar 18:38
Gündəm
13 Yanvar 18:34
YAP xəbərləri
13 Yanvar 17:51
YAP xəbərləri
13 Yanvar 17:25
Gündəm
13 Yanvar 17:04
Sosial
13 Yanvar 16:56
Gündəm
13 Yanvar 16:49
Gündəm
13 Yanvar 16:37
YAP xəbərləri
13 Yanvar 16:34
Hadisə
13 Yanvar 15:55
Siyasət
13 Yanvar 15:53
YAP xəbərləri
13 Yanvar 15:46
Gündəm
13 Yanvar 15:34
Dünya
13 Yanvar 15:26
Dünya
13 Yanvar 15:26
İdman
13 Yanvar 15:22
Xəbər lenti
13 Yanvar 15:22
YAP xəbərləri
13 Yanvar 15:13
Dünya
13 Yanvar 14:41
Gündəm
13 Yanvar 14:37
Gündəm
13 Yanvar 14:31
Dünya
13 Yanvar 14:26
Sosial
13 Yanvar 14:18
İqtisadiyyat
13 Yanvar 13:53
Xəbər lenti
13 Yanvar 13:52
Dünya
13 Yanvar 13:41
Gündəm
13 Yanvar 13:35
YAP xəbərləri
13 Yanvar 13:32
Dünya
13 Yanvar 13:16
Dünya
13 Yanvar 12:50
Dünya
13 Yanvar 12:29
Hadisə
13 Yanvar 12:24
Dünya
13 Yanvar 12:19
Dünya
13 Yanvar 11:48
Sosial
13 Yanvar 11:28
YAP xəbərləri
13 Yanvar 11:16
Siyasət
13 Yanvar 11:12
İqtisadiyyat
13 Yanvar 11:11
İqtisadiyyat
13 Yanvar 11:10
Sosial
13 Yanvar 11:09
Sosial
13 Yanvar 10:54
İqtisadiyyat
13 Yanvar 10:35
Siyasət
13 Yanvar 10:31
Hadisə
13 Yanvar 10:26
Analitik
13 Yanvar 10:17
Analitik
13 Yanvar 09:59
Dünya
13 Yanvar 09:50
Dünya
13 Yanvar 09:45
Analitik
13 Yanvar 09:36
Hadisə
13 Yanvar 09:21
Analitik
13 Yanvar 09:11
Sosial
13 Yanvar 08:51
Sosial
13 Yanvar 08:38
Gündəm
13 Yanvar 08:14
Dünya
13 Yanvar 07:10
Dünya
13 Yanvar 07:10
Dünya
12 Yanvar 23:47
YAP xəbərləri
12 Yanvar 23:25
Elm
12 Yanvar 23:12
YAP xəbərləri
12 Yanvar 23:07

