Azərbaycan-Monteneqro: əməkdaşlığın yeni istiqamətləri
23.12.2025 [10:31]
Tərəflər qarşılıqlı iqtisadi-ticari və investisiya mübadilələrini artırmaq niyyətindədir
Azərbaycan və Monteneqro arasında yaxın tərəfdaşlıq münasibətlərinin son illərdə inkişafı yüksələn templə davam etməkdədir və hər iki ölkənin dövlət başçılarının qarşılıqlı səfərləri və imzalanan sənədlər, hökumət nümayəndə heyətlərinin görüşləri, biznes-forumların keçirilməsi iqtisadi hərarəti daha da dərinləşdirməkdədir. Hər iki ölkə iqtisadi platformada ortaq maraqlara xidmət edən təşəbbüslər və əməkdaşlıq formatını da əsas gündəliyə çevirib və regionda yeni yaradılan enerji-kommunikasiya, nəqliyyat xətlərində birgə təmsil olunmaq iradələrini nümayiş etdirməkdədir.
Bu günlərdə Azərbaycanda rəsmi səfərdə olan Monteneqronun Baş nazirinin müavini və xarici işlər naziri Ervin İbrahimoviçin rəhbərik etdiyi nümayəndə heyəti ilə görüşdə ikitərəfli münasibətlərin daha da artırılması və əməkdaşlığın yeni istiqamətləri barədə ətraflı fikir mübadiləsi aparılıb. Azərbaycan-Monteneqro Hökumətlərarası iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın həmsədri Sahil Babayev bildirib ki, dövlətlərarası münasibətləri dostluq, qarşılıqlı hörmət və tərəfdaşlıq prinsiplərinə əsaslanır. 2013-cü ildə Prezident İlham Əliyevin Monteneqroya rəsmi səfəri zamanı imzalanmış Dostluq və Tərəfdaşlıq haqqında Bəyannamə əlaqələri möhkəm təməl üzərində inkişaf etdirib. Tərəflər beynəlxalq təşkilatlar çərçivəsində, xüsusən də ərazi bütövlüyü və suverenlik məsələlərində hər zaman bir-birini dəstəkləyib. Son illərdə imzalanmış mühüm sənədlər müasir əməkdaşlıq gündəliyinin genişlənməsinə və potensialların reallaşdırılmasına, o cümlədən enerji sektorunda dayanıqlı təminatlara möhkəm hüquq baza yaradır.
İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiya faydalı platformaya çevrilib
Sahil Babayev vurğulayıb ki, Azərbaycan ilə Monteneqro arasında ikitərəfli münasibətlərin inkişafında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın rolu mühüm əhəmiyyət kəsb edir, bu təsisat siyasi iradənin konkret iqtisadi nəticələrə çevrilməsində mühüm platformadır. Azərbaycanın Balkan regionu ilə sıx iqtisadi-ticari mübadilələrinin artması Monteneqro ilə də qarşılıqlı dövriyyələrin artmasına öz müsbət təsirini göstərib, son illərdə əmtəə dövriyyəsi əhəmiyyətli dərəcədə yüksəlib. Ölkələr arasında ticarət-iqtisadi əlaqələrin inkişafında müsbət dinamikanın mövcudluğuna baxmayaraq, mövcud statistik göstəricilər real potensialı əks etdirmir və siyasi münasibətlərin səviyyəsinə uyğun gəlmir. Əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük imkanları səfərbər etmək vacibdir. Ümumilikdə, hər iki ölkə qarşılıqlı əlaqələri daha da irəliyə aparmaq, strateji tərəfdaşlıq münasibətlərini möhkəmləndirmək və birgə layihələrin icrasını təşviq etmək üçün iradəyə malikdir və bu dayanıqlı potensialdan istifadə etmək niyyətini gizlətmir. Ervin İbrahimoviçin qeyd etdiyi kimi enerji, infrastruktur, aviasiya, kənd təsərrüfatı və mədəni-humanitar sahələrdə mövcud əməkdaşlıq imkanlarının qarşılıqlı faydalı layihələrin reallaşdırılması üçün geniş perspektivlər açır.
Monteneqro Pan-Avropa enerji ailəsinə qoşulmaq istəyir
Monteneqro Baş nazirinin müavini Ervin İbrahimoviç bildirib ki, 2026-cı ilin mart ayında keçirilməsi nəzərdə tutulan Birgə Komissiyanın növbəti iclasının gündəliyi ticarətin şaxələndirilməsi, qeyri-neft sektoruna investisiyalar, yaşıl enerji, turizm, infrastruktur və kiçik və orta sahibkarlıq sahələrində əməkdaşlığa dair geniş məsələləri əhatə edəcək. Eyni zamanda, ticarət və investisiya sahəsində təmasları artırmaq üçün yaxşı imkanlar var, eləcə də Monteneqro şirkətləri Azərbaycanda sənaye zonaları və digər prioritet sahələrdə investisiya imkanlarından yararlanmaq niyyətindədir. Həmçinin enerji, turizm və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün əlverişli potensial mövcuddur.
Ervin İbrahimoviç Azərbaycan enerji resurslarının nəqli sahəsində lider dövlət kimi mövqeyini təqdir edərək Montenoqronun da enerji təchizatında təminatçı ola biləcəyini istisna etməyib. Vurğulanıb ki, Monteneqro enerji resurslarının Avropaya nəqli baxımından əlverişli coğrafi mövqeyə malikdir. Bu baxımdan Azərbaycandan Avropanın Qərb hissəsinə çəklişi planlaşdırılan İon-Adriatik qaz kəməri strateji enerji xətti kimi körpü rolunu oyanaya bilər.
Azərbaycan-Monteneqro “yaşıl enerji” birliyi qurula bilər
Monteneqro ənənəvi yanacaq tədarükü ilə yanaşı, Azərbaycanın bərpaolunan enerji mənbələrinin tədarükündə də maraqlı tərəf kimi fəallıq nümayiş etdirir. Rəsmi Podqoritsa dəfərlərlə “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsinin həyata keçirilməsinə xüsusi maraq göstərdiklərini və həmin dəhliz vasitəsilə nəql olunacaq Azərbaycanın “yaşıl enerji” ehtiyatlarının əldə edilməsinə maraqlarını ifadə edib. Bu əməkdaşlıq Azərbaycanın bərpaolunan enerji resurslarını tədarük etməklə yanaşı, Monteneqronun enerji təchizatının şaxələnməsi və təmiz enerjiyə keçidinə, “yaşıl iqtisadiyyat” quruculuğuna töhfə verəcək. Eyni zamanda, Azərbaycan bu ölkənin hidroenerji infrastrukturunun müasirləşdirilməsi və yaşıl sektorun şaxələnməsində fəal sərmayəçi kimi Balkan bölgəsində yeni enerji klubu yaratmağı hədəfləyir. Bu ölkədə bərpaolunan enerji mənbələri sahəsində böyük imkana malikdir və 200-dən çox günəşli gün və böyük hidroresurs potensialı var. Bu isə Azərbaycan-Monteneqro-Balkan “yaşıl enerji” alyansının qurulması üçün əla fürsət yaradır.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
07 İyun 12:25
Dünya
07 İyun 11:19
Dünya
07 İyun 10:21
Dünya
07 İyun 09:50
Hadisə
07 İyun 08:39
Dünya
06 İyun 21:43
Dünya
06 İyun 20:35
YAP xəbərləri
06 İyun 19:31
Dünya
06 İyun 19:17
Siyasət
06 İyun 18:58
Dünya
06 İyun 18:22
Dünya
06 İyun 17:31
Maraqlı
06 İyun 16:40
Maraqlı
06 İyun 15:54
Dünya
06 İyun 15:28
Mədəniyyət
06 İyun 14:32
Dünya
06 İyun 14:10
Dünya
06 İyun 13:58
Dünya
06 İyun 13:22
Dünya
06 İyun 12:45
Gündəm
06 İyun 12:37
Gündəm
06 İyun 11:50
Siyasət
06 İyun 11:21
Siyasət
06 İyun 11:20
İqtisadiyyat
06 İyun 10:58
Analitik
06 İyun 10:35
Analitik
06 İyun 10:12
İqtisadiyyat
06 İyun 09:54
Analitik
06 İyun 09:30
Sosial
06 İyun 09:16
Ədəbiyyat
06 İyun 08:59
Ədəbiyyat
06 İyun 08:32
Dünya
06 İyun 07:45
İdman
06 İyun 07:26
Dünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
Siyasət
05 İyun 19:26
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26
Gündəm
05 İyun 15:25
Dünya
05 İyun 15:19
Sosial
05 İyun 14:52
Dünya
05 İyun 14:45
Siyasət
05 İyun 14:44
Xəbər lenti
05 İyun 14:27
YAP xəbərləri
05 İyun 14:02

