“Güzəşt ləğv olundu” yox, yeni mərhələli güzəşt tətbiq olunacaq
05.11.2025 [12:41]
Vergi Məcəlləsinə dəyişikliklər layihəsi Milli Məclisə təqdim edilib
Qeyri-neft-qaz özəl sektorunda əməliyyatların mərhələli şəkildə vergiyə cəlb edilməsi ilə bağlı təkliflər parlamentə təqdim olunub. Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov noyabrın 4-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib. Nazirin sözlərinə görə, aşağı vergi yükü tətbiq etməklə qeyri-neft-qaz özəl sektorda əməliyyatların tədricən, mərhələli şəkildə vergiyə cəlb olunması nəzərdə tutulur. Verginin mərhələli tətbiqi isə iqtisadiyyatda qiymətlərin və maaşların sabit qalmasına da dəstək verəcək. Nəticədə həm işçilər, həm də sahibkarlar üçün daha təhlükəsiz keçid təmin ediləcək.
Mərhələli vergi güzəşti tətbiq olunacaq
Ümumilikdə,vergi islahatlarının davamı olaraq, iqtisadi artımın və şaxələnmənin dəstəklənməsi, şəffaflığın artırılması məqsədilə Vergi Məcəlləsinə dəyişikliklər layihəsi hazırlanıb və Milli Məclisin müzakirəsinə təqdim edilib. Layihədə bir sıra stimullaşdırıcı mexanizmlər nəzərdə tutulur. Belə ki, investisiya mühitinin və sahibkarlığın təşviqi məqsədilə Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən sahibkarlıq subyektlərinə işğaldan azad edilmiş ərazilər üçün tətbiq edilən eyni vergi güzəştlərinin verilməsi, nəqliyyat sektorunda avtobus və yük avtomobillərinin istehsalının stimullaşdırılması, balıqyetişdirmə fəaliyyətinin kənd təsərrüfatı sektoruna daxil edilərək bu sahəyə mövcud tamhəcmli güzəştlərin şamil edilməsi, nağdsız ödənişlərin stimullaşdırılması məqsədilə ictimai iaşə sektoruna vergi güzəştləri və dərəcələrin azaldılması nəzərdə tutulur. Digər mühüm bir dəyişiklik sadələşdirilmiş vergi ödəyicilərinin ƏDV qeydiyyat öhdəliyi yaradan dövriyyə həddinin nağdsız ödəmələrə münasibətdə 2 dəfə artırılmasıdır. Belə ki, illik dövriyyəsi 200 min manat olan vergi ödəyicilərinin ƏDV qeydiyyatına düşməsini qarşısı almaq, yəni daha az vergi ödəməsini təmin etmək məqsədilə dövriyyənin 400 min manata çatdırılmasıdır. Vergi siyasətinin digər bir istiqaməti ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət büdcəsinə ƏDV hesablanarkən onların nağdsız qaydada ödəmələr əsasında formalaşan dövriyyəsinin 50 faizinin ƏDV tutulan ümumi dövriyyələrindən çıxılmasıdır. Nağdsız ödənişlərin həcmini artırmaq və iqtisadiyyatda şəffaflığı gücləndirmək məqsədilə ictimai iaşə sektoruna yeni vergi güzəştləri tətbiq ediləcək.
Əməkhaqqı fondu 10,6 milyard manata çatacaq
Nazir son illərdə həyata keçirilən vergi islahatları çərçivəsində əmək münasibətlərinin leqallaşdırılmasına yönəlmiş əməkhaqqı islahatı əmək bazarının şəffaflaşmasında əldə edilmiş mühüm nəticələrə də toxunub. Bildirib ki, qeyri-neft-qaz özəl sektorda 8 min manata qədər olan əməkhaqlarının gəlir vergisindən azad olunması nəticəsində 2019-cu il yanvarın 1-dən 2025-ci il oktyabrın 1-dək bu sektorda əmək müqavilələrinin sayı 471 min artaraq 1 milyonu ötüb. Bu sektorun cəmi əmək müqavilələrində payı 38,5 faizdən 54,1 faizə yüksəlib. Bu dövrdə Dövlət Sosial Müdafiə Fondunun gəlirlərində büdcədən ayırmaların payı da 2018-2024-cü illər ərzində 35 faizdən 16-17 faizə, daha sonra 10,5 faizə qədər azalıb. 2025-ci ilin gözlənilən göstəriciləri nəzərə alınmaqla, qeyri-neft-qaz özəl sektorunda əməkhaqqı fondunun 2019-2025-ci illərdə 3 dəfə artaraq 10,6 milyard manata, məcburi sosial sığorta yığımlarının isə 3 dəfə artaraq 2,5 milyard manata çatması proqnozlaşdırılır.
M. Cabbarov qeyd edib ki, 2026-cı il yanvarın 1-dən etibarən özəl sektorda əməkhaqqı güzəştinin müddəti başa çatır. Həmin güzəşt paketi sosial-iqtisadi məqsədlərə və əmək bazarının rəsmiləşməsi sahəsində mühüm nəticələrin əldə edilməsinə səbəb olub. Ona görə də, bu nailiyyətləri qorumaq və daha da inkişaf etdirmək, həmçinin leqallaşma prosesinin davamı üçün daha aşağı gəlir qruplarına az vergi yükü tətbiq etməklə, qeyri-neft-qaz özəl sektorunda əməliyyatların tədricən və mərhələli şəkildə vergiyə cəlb edilməsi nəzərdə tutulur.
Xarici investisiyaların həcmi artıb
İqtisadiyyat naziri bildirib ki, cari ilin 9 ayında qeyri-neft-qaz sektorunda fəaliyyət göstərən sahələr üzrə əlavə dəyərin artımı müsbət olub. Belə ki, sənaye sektorunda artım 5 faiz, turizm və ictimai iaşə sahəsində 9,3 faiz, informasiya və rabitə sahəsində 6,7 faiz, ticarət sahəsində 3,2 faiz, nəqliyyat sektorunda isə 2,1 faiz təşkil edib. Qeyri-neft-qaz sektorunda iqtisadi artım 2,9 faizə çatıb.
Ötən doqquz ayda əsas kapitala 13 milyard manat vəsait yönəldilib, qeyri-neft-qaz sektoru üzrə əsas kapitala yatırılan investisiyaların həcmi 7 faiz artıb. Həmçinin 2024-cü ilin eyni dövrü ilə müqayisədə ölkəyə yönəldilmiş birbaşa xarici investisiyaların həcmi 8,2 faiz artıb, qeyri-neft-qaz sektoru üzrə isə 25,4 faiz artım qeydə alınıb.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
20 Aprel 23:51
Dünya
20 Aprel 23:45
Dünya
20 Aprel 23:20
Xəbər lenti
20 Aprel 22:41
İqtisadiyyat
20 Aprel 22:30
Dünya
20 Aprel 22:17
Dünya
20 Aprel 21:59
İqtisadiyyat
20 Aprel 21:24
Dünya
20 Aprel 21:10
Elm
20 Aprel 20:46
Dünya
20 Aprel 20:35
Sosial
20 Aprel 20:18
Dünya
20 Aprel 19:50
İqtisadiyyat
20 Aprel 19:30
Sosial
20 Aprel 19:22
Sosial
20 Aprel 18:00
İqtisadiyyat
20 Aprel 17:59
Gündəm
20 Aprel 17:58
Dünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51

