Şimal-Cənub Dəhlizinin strateji əhəmiyyəti artır
14.10.2025 [10:59]
Üçtərəfli görüşdə Azərbaycan, Rusiya və İran daşınmaları asanlaşdırmaq üçün yeni anlaşma əldə edib
Bakıda Azərbaycan, Rusiya və İran arasında nəqliyyat, energetika və gömrük sahələrində əməkdaşlıq məsələlərinə həsr olunan üçtərəfli görüş keçirilib.
Görüşdə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinə daxil olan Qəzvin-Rəşt-Astara (İran)- Astara (Azərbaycan) dəmir yolunun Rəşt-Astara hissəsinin tikintisinin davam etdirilməsi, nəqliyyat-tranzit, enerji və gömrük sahəsində qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin inkişafı məsələləri müzakirə olunub.
Baş nazirin müavini Şahin Mustafayev Azərbaycanın təşəbbüsü ilə regionda reallaşan mühüm nəqliyyat tranzitlərinin əhəmiyyətindən danışarkən bildirib ki, Rusiya və İranla birgə həyata keçirilən nəqliyyat layihələri bir çox ölkənin iqtisadi inteqrasiyası üçün böyük imkanlar yaradır. Üç dövlətin birgə iradəsi ilə qlobal haba çevrilən “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi region dövlətlərinin iqtisadi inteqrasiyasına böyük dəstək verməklə yanaşı, onların inkişafını da təmin etməkdədir. Dəhlizlə yükdaşıma cari ilin ötən dövrü ərzində 8,3 faiz artıb.
Azərbaycan öz nəqliyyat infrastrukturunu tam modernləşdirib
Azərbaycan dəhlizin fəaliyyətinin artırılması üçün böyük infrastruktur layihələri həyata keçirib. Xəzər dənizində ən böyük ticarət qovşağı olan Bakı Beynəlxalq Dəniz Limanının inşa olunması, Ələt Azad İqtisadi Zonasının yaradılması, dəmir yolu infrastrukturlarının şaxələndirilməsi və modernləşdirilməsi, avtomagistrallar, hava limanları kimi yeni layihələrin yaradılması da bu təşəbbüslərin nəticəsidir. Eləcə də Azərbaycan və İran dəmir yollarının birləşdirilməsinə dair xeyli işlər görüb, Astaraçay üzərində avtomobil və dəmir yolu körpüləri tikilib, İranın Astara şəhərində tikintisi Azərbaycan tərəfindən həyata keçirilən Cənub Yük Terminalı yekunlaşmaq üzrədir. Horadiz-Ağbənd dəmir və avtomobil yolunun tikintisinin isə gələn ilədək yekunlaşdırılması planlaşdırılır. Dəhlizin cənub xəttində də əlavə infrastrukturların yaradılması, dəmir yolu xətlərinin əsas marşruta birləşdirilməsi və digər infrastruktur təminatları işləri də aparılmaqdadır. Belə ki, cənubdan daxil olan yük axınlarını qarşılamaq üçün İran və Azərbaycan öz dəmir yollarını tam birləşdirməyi qərar alıb və bu məqsədlə 167 km uzunluğunda Astara-Rəşt dəmir yolunun tikintisi nəzərdə tutulur.
Eləcə də Azərbaycan və Rusiya “Ulyanovsk-Bakı-Astara (İran)” birbaşa yük blok qatarının marşrutunu da istifadəyə hazır vəziyyətə gətirməkdədir ki, bu nəqliyyat xətti də “Şimal-Cənub” dəhlizi ailəsinin tərkib hissəsidir. “Ulyanovsk- Bakı - Astara” marşrutu “Orta Volqa - Xəzər dənizi - Fars körfəzi” logistika layihəsinin qərb dəmir yolu dəhlizi hesab edilir və aqrar-sənaye, o cümlədən ağac emalı məhsullarının daşınmasını nəzərdə tutur.
Rəqəmsal gömrük postları yaradılır
Rusiya Baş nazirinin müavini Aleksey Overçuk bildirib ki, “Şimal-Cənub” dəhlizi üzrə yaradılan yeni infrastrukturların əlaqələndirilməsi və vahid tranzit sxeminin qurulması işləri aparılır, eləcə də Rusiya, Azərbaycan və İran dəmir yolları sistemlərinin birləşməsi məsələsi müzakirə olunur. Overçukun fikrincə, yükdaşımaların həcmini artırmaq üçün dayanıqlı keçid məntəqələri təşkil ediləcək, avtomobil keçidləri üçün gömrükdə yeni asan sərhədkeçmə postları qurulacaq. Hazırda pilot layihə üzrə rəqəmsal keçid infrastrukturları yaradılıb ki, bu da nəqliyyat vasitələrinin maneəsiz keçidinə münbit şərait yaradır və gecikmələrin qarşısı alır. Bunun nəticəsidir ki, cari ilin ötən dövrü ərzində “Şimal-Cənub” ilə yük daşıyan 176 min 77 nəqliyyat vasitəsi bu məntəqələrdən keçərək yükləri təhlükəsiz şəkildə mənzil başına çatdırıb. Sutkada 3 min nəqliyyat vasitəsini ötürmə qabiliyyəti olan məntəqələr formalaşdırmaq istiqamətində işlər həyata keçirilir. Bu işlərin nəticəsində cari ilin ötən 7 ayında dəhlizlə idxal olunan yüklərin həcmi 7 faiz artıb. Gələcəkdə rəqəmsal gömrük sisteminin inkişafı yükdaşımların və keçidlərin həcmini qat-qat artıracaq.
Qeyd edək ki, üçtərəfli görüşdə Azərbaycan, Rusiya və İran daşınmaları daha da asanlaşdırmaq və e-gömrük bazasını gücləndirmək üçün birgə anlaşma əldə edib.
Ümumilikdə, layihə üzrə digər işlərin də tamamlanması regionun hər 3 ölkəsinin iqtisadiyyatına və nəqliyyat sisteminin inkişafına böyük təkan verəcək. Dəhlizin fəaliyyətinin artırılması ölkələrimizin iqtisadi inteqrasiyasına, gəlirlərinin artmasına səbəb olacaq.
13 ölkəni birləşdirən nəhəng nəqliyyat arteriyası
“Şimal-Cənub” dəhlizi region ölkələri üçün də öz strateji əhəmiyyətini artırmaqdadır. Hindistandan və İran Körfəzi regionundan, yüklərin Rusiya, Qərbi Avropa, Baltikyanı və Skandinaviya ölkələrinə yük və daşınmaların fasiləsiz hərəkətini təmin edən dəhlizin rentabelliliyi ildən-ilə yüksəlir. 13 ölkənin təmsil olunduğu bu nəqliyyat xəttində hazırda aparılan infrastruktur yeniləmələri “Şimal-Cənub” arteriyasının daha da hərəkətliliyinin güclənməsinə hesablanıb.
Qeyd edək ki, Şimal-Cənub dəhlizinin digər marşrutlarla müqaisədə əsas üstünlüyü tranzit məsafəsinin və tranzit vaxtının iki-üç dəfə az olmasıdır. Əgər dəniz yolu ilə daşıma İran körfəzi və Hind okeanı, Süveyş kanalı, Aralıq dənizi, Baltik dənizindən keçərək Helsinki şəhərinə 45-60 gün ərzində daşıma müddəti təşkil edirsə, Şimal-Cənub Tranzit Dəhlizi ilə bu müddət 20-25 gün təşkil edir. Yəni, bu nəqliyyat arteriyası dünya üçün ən əhəmiyyətli daşınma xətlərindən biri kimi aktullığını daha da artırır.
Beləliklə, “Şimal-Cənub” dəhlizinin genişləndirilməsi və əlavə kommunikasiyaların yaradılması bu nəqliyyat marşrutunun böyük coğrafi hüdudları əhatə etməklə əsas nəqliyyat arteriyalarından birinə çevrilməsini təmin edəcək.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
07 İyun 14:27
Dünya
07 İyun 13:31
Dünya
07 İyun 12:25
Dünya
07 İyun 11:19
Dünya
07 İyun 10:21
Dünya
07 İyun 09:50
Hadisə
07 İyun 08:39
Dünya
06 İyun 21:43
Dünya
06 İyun 20:35
YAP xəbərləri
06 İyun 19:31
Dünya
06 İyun 19:17
Siyasət
06 İyun 18:58
Dünya
06 İyun 18:22
Dünya
06 İyun 17:31
Maraqlı
06 İyun 16:40
Maraqlı
06 İyun 15:54
Dünya
06 İyun 15:28
Mədəniyyət
06 İyun 14:32
Dünya
06 İyun 14:10
Dünya
06 İyun 13:58
Dünya
06 İyun 13:22
Dünya
06 İyun 12:45
Gündəm
06 İyun 12:37
Gündəm
06 İyun 11:50
Siyasət
06 İyun 11:21
Siyasət
06 İyun 11:20
İqtisadiyyat
06 İyun 10:58
Analitik
06 İyun 10:35
Analitik
06 İyun 10:12
İqtisadiyyat
06 İyun 09:54
Analitik
06 İyun 09:30
Sosial
06 İyun 09:16
Ədəbiyyat
06 İyun 08:59
Ədəbiyyat
06 İyun 08:32
Dünya
06 İyun 07:45
İdman
06 İyun 07:26
Dünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
Siyasət
05 İyun 19:26
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26
Gündəm
05 İyun 15:25
Dünya
05 İyun 15:19
Sosial
05 İyun 14:52
Dünya
05 İyun 14:45
Siyasət
05 İyun 14:44

