Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / “Azərkosmos”un ixrac etdiyi xidmətin dəyəri 10 milyon dolları ötüb

“Azərkosmos”un ixrac etdiyi xidmətin dəyəri 10 milyon dolları ötüb

29.08.2025 [17:45]

Cari ilin yanvar-iyul aylarında Azərbaycan Respublikasının Kosmik Agentliyi (“Azərkosmos”) tərəfindən dünyanın 41 ölkəsinə 10,1 milyon dollar dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edilib. Bu da 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 7 ölkə az və 7,34 faiz azalma deməkdir.

AZƏRTAC İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın avqust buraxılışına istinadla bildirir ki, “Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 66 faizini təşkil edib. 2025-ci ilin iyul ayında isə “Azərkosmos” dünyanın 35 ölkəsinə 1,6 milyon dollar dəyərində xidmət ixrac edib.

Hesabat dövründə peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində 2,7 milyon ABŞ dolları ilə Birləşmiş Krallıq, 2,1 milyon dollar ilə Lüksemburq, 498,9 min dollar ilə Nigeriya, 461 min dollar ilə Türkiyə, 417,5 min dollar ilə Misir qərarlaşıb.

Paylaş:
Baxılıb: 228 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Analitik

Sosial

Dondurulmuş meyvələr...

14 Yanvar 08:52  

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31