Nağdsız hesablaşmalarla bağlı yeniliklər
26.12.2024 [08:55]
Vergi ödəyiciləri tərəfindən nağd qaydada aparılan hesablaşmaların məbləği artacaq
Prezident İlham Əliyev “Nağdsız hesablaşmalar haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib. Dəyişikliyə əsasən, ƏDV məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri və əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında iki yüz min manatı ötən ictimai iaşə fəaliyyəti ilə məşğul olan sahibkarlar tərəfindən ay ərzində ümumi məbləği otuz min manatdan, digər vergi ödəyiciləri tərəfindən isə ay ərzində on beş min manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir. Yəni, bu dəyişiklik 15 min deyil, 30 min manatlıq limitlə bağlı hüquqi məsələnin tənzimlənməsini nəzərdə tutur.
Nağd dövriyyə limitinin artırılmasını zəruri edən amillər
Yeni dəyişikliklər biznes və sahibkarlıq sektoru təmsilçilərinin maraqları nəzərə alınmaqla edilib. Belə ki, ölkə ərazisində nağdsız hesablaşmalarla bağlı limitlərin tətbiq edilməsindən artıq bir neçə il keçib və bu müddət ərzində ölkənin iqtisadi həyatında bir çox dəyişikliklər baş verib, həmin dəyişikliklər isə biznesin apardığı nağdsız əməliyyatların dövriyyələrinə yeni baxışı formalaşdırıb. Bu məqsədlə biznes icması və sahibkar birlikləri ilə keçirilmiş bir sıra görüşlərdə vergi ödəyiciləri tərəfindən səsləndirilən aktual çətinliklər mövcud limitlərə yenidən baxılması zərurətini yaradıb. Xüsusilə də, iri və orta sahibkarlıq subyektləri üzrə kiçik sahibkarlıq subyektləri arasında eyni həcmdə nağd dövriyyə limitinin sabit qalması tərəflərin apardığı hesablaşmalarda çətinliklərə səbəb olurdu. Bu məhdudiyyət bir sıra maliyyə əməliyatlarında tələb olunan nağd vəsait çatışmzalığı yaradırdı. Bu baxımdan həmin subyektlər üçün nağd dövriyyə limitinin artırılması zərurətinin aktuallığı vergi orqanına çatdırılıb və həmin məsələ artıq müvafiq qanunvericlikdə nəzərə alınmaqla reallaşıb.
Beləliklə, “Nağdsız hesablaşmalar haqqında” qanuna dəyişikliklərə əsasən, dövriyyədən asılı olaraq differensial yanaşma tətbiq olunacaq. Belə ki, ƏDV və ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinin əvvəlki təqvim ayında satış dövriyyəsinin (ƏDV daxil olmaqla) 2 faizi 30 min manatdan az olduqda, ay ərzində ümumi məbləği 30 min manatı keçən hesablaşmalar üzrə ödənişlər nağdsız qaydada aparılacaq. Habelə əvvəlki təqvim ayında satış dövriyyəsinin (ƏDV daxil olmaqla) 2 faizi 30 min manatdan çox, 50 min manatdan az olduqda, satış dövriyyəsinin 2 faizindən çox olan məbləği üzrə hesablaşmalar da nağdsız qaydada həyata keçiriləcək.
Biznesin dövriyyəsinə differensial yanaşma...
Digər differensial yanaşmaya əsasən, əvvəlki təqvim ayında satış dövriyyəsinin 2 faizi 50 min manatdan çox olduqda, nağd hesablaşma limiti 50 min manat təşkil edəcək. Ay ərzində ümumi məbləği 50 min manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər isə yalnız nağdsız qaydada aparılacaq. Məsələn, ƏDV ödəyicisinin ötən ayda təqdim etdiyi malların dəyəri ƏDV daxil 2 milyon manat təşkil edib. Məlumdur ki, hazırkı qanunvericiliyə əsasən, ƏDV ödəyiciləri ay ərzində 30 min manatdan artıq nağd ödənişləri edə bilməzlər. Nəzərədə tutulan dəyişiklikdən sonra isə ƏDV ödəyicisi cari ayda 40 min manat (2 milyon manat-2 faiz) məbləğində nağd qaydada ödənişləri həyata keçirə biləcək. 40 min manatdan artıq hissəni isə nağdsız qaydada aparacaq. Əgər ƏDV ödəyicisinin ötən ayda təqdim etdiyi malların, xidmətlərin dəyəri ƏDV daxil 5 milyon manat olmuşsa, bu zaman 5 milyon manatın 2 faizi 100 min manat təşkil etsə belə, ona 50 min manata qədər nağd qaydada ödənişlər aparmağa icazə veriləcək. Nəticədə bu dəyişikliklər, yəni limitin artırılması sahibkarlıq subyektlərininnağd dövriyyə limitinin artırılmasına səbəb olacaq.
Beləliklə, qanuna edilən dəyişikliklərin 2025-ci il yanvarın 1-dən qüvvəyə minməsi nəticəsində vergi ödəyiciləri tərəfindən ay ərzində nağd qaydada aparılmasına icazə verilən hesablaşmaların məbləği artacaq. Bu isə həmin vergi ödəyicilərinin apardığı maliyyə əməliyyatlarının çevikliyinə müsbət təsir göstərəcək.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

