/ / Mərkəzi Bankın həyata keçirmək istədiyi layihə çox düzgün və iqtisadiyyatın tələblərindən doğan zərurət kimi meydana çıxıb
Mərkəzi Bankın həyata keçirmək istədiyi layihə çox düzgün və iqtisadiyyatın tələblərindən doğan zərurət kimi meydana çıxıb
22.11.2012 [00:24]
Aydın Hüseynov: Yeni pul nişanlarının tədavülə buraxılmasını inkişafımızdan yaranan zəruri islahatların nəticəsi kimi səciyyələndirmək olar
Məlum olduğu kimi, Mərkəzi Bankın (MB) sədri Elman Rüstəmov Azərbaycanda daha böyük nominalda əsginasların - 200 və 500 manatlıq pul nişanlarının buraxılmasının planlaşdırıldığını bildirib. E.Rüstəmov qeyd edib ki, hazırda ölkədə yuxarı nominallı əsginasların xüsusi çəkisi həddindən artıq çoxalıb və belə şəraitdə yüksək nominallı əsginaslara ehtiyac yaranıb. Onun fikrincə, böyük nominalda əsginasların buraxılması dövlət vəsaitinə qənaət etməyə və xərclərin azaldılmasına xidmət edir. E.Rüstəmov 200 və 500 nominallı əsginasların tədavülü üçün hökumət komissiyasının qərar verməli olduğunu bildirib.
Yeri gəlmişkən, MB sədrinin bu açıqlaması maraqlı diskussiyalara yol açıb. Məsələ ilə bağlı YAP Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynovun münasibətini öyrəndik. İqtisadçı ekspertin sözlərinə görə, son 7 il ərzində, yəni, Azərbaycanda yeni pul islahatları - denominasiya başlayandan ölkə iqtisadiyyatında güclü inkişaf baş verib. İqtisadiyyatın həcminin artması milli gəlirlərin və sosial yaşayış şəraitinin yüksəlməsinə də əlverişli zəmin yaradıb: “Məlum olduğu kimi, 2005-ci ildə denominasiya həyata keçiriləndə ölkəmizdə dövriyyəyə 1, 5, 10, 20, 50, 100 ekvivalentində olan pul nişanları buraxıldı. Yəni ən böyük nominala malik pul vahidi 100 manatlıq əskinaslar oldu. Bu dövrdə həmin valyuta məbləği real iqtisadiyyat üçün maliyyə-sosial baxımından normal sayıla bilərdi. Yəni, insanların aylıq gəlirləri təxminən həmin məbləğə uyğun idi. Məsələn, 2005-ci ildə ölkəmizdə orta aylıq əməkhaqqının məbləği 118 manata bərabər olub. O dövrdə 200 manat maaş yalnız özəl sektorda bəzi şəxslərə məxsus idi. Son illər ərzində isə ölkəmizdə insanların orta aylıq əməkhaqqı və muzdla işləyənlərin gəlirləri 4-5 dəfə, bəzi sahələr üzrə 7 dəfə artıb. Hazırda isə bu rəqəm 400 manata çatıb. Özəl sektorda, xüsusilə də mədənçıxarma sənayesi, rabitə, nəqliyyat sektorlarında insanların orta aylıq maaşlarının həcmi 700 manata çatıb. 2012-ci ildə ölkə üzrə orta aylıq əməkhaqqının 430 manata çatacağı proqnozlaşdırılır. 2013-cü ildə bu rəqəm 450 manat olacaq. Bununla yanaşı, hazırda Azərbaycanda orta pensiya məbləği təxminən 150 manat təşkil edir. 2005-ci ildə isə bu rəqəm 25 manat idi. Demək, bu sahədə 6 dəfə artım baş verib. 7 il əvvəl 100 manatlıq əskinası almaq üçün pensiyaçı 4 ay pulunu toplamalı idi, hazırda elə pensiyaçılar var ki, 200 manat alır. Bu da 2 ədəd 100 manatlıq nominal deməkdir. Yəni, 200 manat həcmində yeni əskinasın buraxılması onun üçün problem yarada bilməz”.
A.Hüseynov deyib ki, bu gün ölkəmizdə ümumi sosial-iqtisadi vəziyyət, maliyyə sektorunda dinamika 7-8 il əvvələ nisbətən xeyli dəyişib, yüksək artım meyilləri nəzərə çarpmaqdadır: “Bütün bu amillər isə maliyyə-bank bazarında dövriyyəyə yeni əskinasların buraxılışını zəruri edir. Son 7 ildə əhalinin real pul gəlirlərinin həcmi təxminən 5 dəfə artıb. İndi 200, 500 manatlıq əskinaslar normal gəlirli insanlar üçün adi pul nominalı sayıla bilər. Buna görə də, Mərkəzi Bankın yeni pul nişanlarının tədavülə buraxmasını inkişafımızdan yaranan zəruri islahatların nəticəsi kimi səciyyələndirmək olar”.
Aydın Hüseynov diqqətə çatdırıb ki, Mərkəzi Bankın həyata keçirmək istədiyi layihə çox düzgün və iqtisadiyyatın tələblərindən doğan zərurət kimi meydana çıxıb: “Hazırda ölkədə güclü inkişaf var, iqtisadi və sosial sahələrdə böyük proqres hiss olunur. Bunlar isə dövriyyədə böyük həcmdə pul kütləsinin yaranmasına səbəb olur. Bu gün ölkədə çox böyük pul kütləsi mövcuddur. Pul kütləsinin çox olması isə inflyasiya yaradan amillərdən biridir. Digər tərəfdən, dövriyyədə əsginasların sifarişinin çox olması dövlət xərclərini artırır. Ona görə də, izafi xərcləri azaltmaq üçün iri nominallı əsginasların buraxılışı vacibdir”.
RAMİL
Xəbər lenti
Hamısına baxDünya
20 Aprel 16:28
Siyasət
20 Aprel 15:46
Dünya
20 Aprel 15:34
Elanlar
20 Aprel 15:23
İqtisadiyyat
20 Aprel 15:22
İdman
20 Aprel 14:35
Elm
20 Aprel 14:31
Siyasət
20 Aprel 13:53
Dünya
20 Aprel 13:20
Sosial
20 Aprel 13:10
Xəbər lenti
20 Aprel 12:40
Dünya
20 Aprel 12:39
Sosial
20 Aprel 12:36
Siyasət
20 Aprel 12:32
Hadisə
20 Aprel 12:11
Sosial
20 Aprel 11:58
İqtisadiyyat
20 Aprel 11:21
İqtisadiyyat
20 Aprel 11:21
Xəbər lenti
20 Aprel 11:02
Gündəm
20 Aprel 10:56
Dünya
20 Aprel 10:45
İqtisadiyyat
20 Aprel 10:26
Dünya
20 Aprel 10:19
Dünya
20 Aprel 09:51
Dünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41

