Neft gəlirləri azalsa da...
01.05.2024 [10:30]
Artan qeyri-neft gəlirləri ümidvericidir
Son bir həftə ərzində dünya birjalarında neftin qiymətlərində yenidən dalğalanmalar baş verməkdədir. Belə ki, dünya bazarında neftin orta satış qiyməti 80-83 dollar arasında dövr edir, son bir həftə ərzində “Brent” markalı neft 10 sent ucuzlaşaraq 88,30 dollar, ABŞ-nin Qərbi Texas nefti 13 sent ucuzlaşaraq 82,50 dollar olub. Bu, aprelin ikinci yarısında təxminən 6-7 dollar qiymən enməsi deməkdir. Neftin qiymətinə ilin ilk aylarında Yaxın Şərqdə baş verən gərginliklərlə bağlı istehsalçılar tərəfindən hasilatın azaldılması, neft tədarükünün pozulması ilə bağlı narahatlıqlar təsir edərək bahalaşmasına səbəb olsa da, son günlərdə tədarük sxemlərinin bərpası qiymətlər sıçrayışlarının qarşısını alıb. Bu,“Azeri Light” neftinin də 2 dollar ucuzlaşmasına səbəbə olub.
Onu da qeyd edək ki, 2024-cü ilin ilk 3 ayı ərzində neftin dünya birjalarında orta qiyməti 85 dollardan yüksək olub ki, bu da neft ixrac edən ölkələr üçün məqbul qiymət şkalası hesab olunur. Bu dövrdə sərfəli qiymətlərə baxmayaraq, Dövlət Neft Fondunun (DNF) gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə azalıb. Belə ki, birinci rübdə Fondun gəlirləri 5 milyard 268 milyon manat təşkil edib ki, onun 3,4 milyard manatı neft və qaz satışından daxilolamalardır. DNF mənfəət neftinin və qazın satışından 2 milyard 645,5 milyon manat, bonus ödənişlərindən 775,9 milyon manat, tranzit gəlirlərindən 3 min manat qazanıb. Ancaq ötən ilin eyni dövründə Fondun mənfəət neftinin və qazın satışından gəlirləri 4,8 milyard manat olmuşdu. Yəni, həmin sahə üzrə gəlirləri ən azı 2 milyard manat azalıb. Bunun əsas səbəbi ötən illə nisbətdə neft ixracının həcminin aşağı düşməsi, qismən də olsa qiymətlərin aşağı olmasıdır.
Ancaq bütün bunlara baxmayaraq, qeyri-neft sektorlarındakı mövcud potensialların səfərbər edilməsi və əlavə dəyər gətirən mənbələrin iqtisadi səmərəliliyinin artırılması iqtisadi artımı və dayanıqlılığı tam təmin edib. Belə ki, 2024-cü ilin birinci rübündə ölkədə 29 milyard manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4 faiz çox ümumi daxili məhsul istehsal olunub ki, ÜDM-in əsas yükü qeyri-neft və qaz neft mənbələrinin üzərində qərar tutub. İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,4 faiz azalsa da qeyri neft-qaz sektorunda isə 6,7 faiz artımın baş verməsi iqtisadi inkişafı təmin edib.
Neft gəlirlərinin azalması fiskal yığımlarda da özünü göstərib. 2024-cü ilin yanvar-mart aylarında fiskal yığımlarda əsas yük qeyri-neft resurslarına əsaslanıb. Qeyd edilən dövrdə dövlət büdcəsinin gəlirləri 9 milyard 234,3 milyon manat təşkil edib ki, yığım potensialının əsas xətti qeyri-neft vergi və gömrük daxilolamlarından qaynaqlanıb. Dövlət büdcəsinin gəlirləri 8,5 milyard manat proqnoza qarşı 9,2 milyard manat təşkil etməklə 689 milyon manat və ya 8,1 faiz artıb. Həmin yığımların 50,6 faizini və ya 4,7 milyard manatını qeyri-neft gəlirləri təşkil edib. Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert 3,2 milyard təşkil edib ki, bu da cəmi daxilolmaların 34 faizi deməkdir. Beləliklə, Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert nəzərə alınmadan dövlət büdcəsinin gəlirləri məhz qeyri-nef t gəlirləri hesabına 12,9 faiz çox icra edilib.
Göründüyü kimi, neftin ucuzlaşması hazırda iqtisadi inkişaf drayverləri qeyri-neft sütunlarına söykənən Azərbaycan üçün qorxulu meyillər vəd etmir. Həm ölkədə yaradılan əlavə dəyərin, həm də fiskal yığımların əsas mənbəyi qeyri-neft gəlirləri təşkil etməkdədir. Bu makroiqtisadi nəticələr bir daha onu əsaslandırmış olur ki, neftin qiymətinin orta bazar qiymətləri daxilində dövr etməsi Azərbaycanın ümumi iqtisadi inkişaf templərini daralda və dayandıra bilməz, ölkənin milli iqtisadi gücü qeyri-neft resurslarına söykənməklə dayanıqlılığını qoruyub saxlayacaq.
Ancaq arxayınlaşmağa da lüzum yoxdur, azalan neft-qaz gəlirlərini kompensasiya etmək üçün qeyri-neft sektorundan daxilolmaları artırmaq əsas çağırış kimi qarşıda durur. Ona görə də qeyri-neft sektorundakı yığım mənbələrinin daha da genişləndirilməsinə, bu sahədən gözlənilən gəlirləri ən azı 4-5 milyard manat artırmaq lazımdır. Hazırda hökumətin əsas diqqəti qeyri-neft yığım mənbələrini daha da aktivləşdirməkdir. Əsas ssenarilərdən biri bölgələrdəki imkanları səfərbər etməkdir. Hazırda regionların ölkə üzrə yaradılan əlavə dəyərdə payı təxminən 30-34 faizdir. 2023-cü ildə regionlar üzrə ümumi məhsul istehsalı 5,6% artaraq 40,2 milyard manat olub. Bu, ÜDM-in 33,2 faizi deməkdir. Həmin dəyərin təxminən yarısı isə Bakı-Abşeron iqtisadi rayonlarının payına düşür. Mövcud resursları nəzərə aldıqda, regionların milli gəlirlərdə payı çox azdır. Ona görə də ölkənin regionları arasında tarazlığın tam bərpa olunması, bölgələrdə iqtisadi artımı sürətləndirə biləcək istehsal və emal, sənaye müəssisələrinin yaradılması, məşğulluğun tam təmin olunması və digər hədəflərin gerçəkləşdirilməsinə ciddi ehtiyac var.
Proqnozlara əsasən, ortamüddətli dövrdə ölkədə qeyri-neft ÜDM-in həcminin 2024-cü ilin sonuna 84,2 milyard manat, 2027-ci ildə isə 106,8 milyard manata qədər artacağı və real artım tempinin 4,6-5 faiz intervalında olacağı gözlənilir. Neft-qaz sektorunun ümumi iqtisadi artımda payı tədricən azalacaq və artımın əsas hərəkətverici dayağı qeyri-neft sektoru olacaqdır.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxSiyasət
01 Oktyabr 10:36
Analitik
01 Oktyabr 10:24
Analitik
01 Oktyabr 09:45
Sosial
01 Oktyabr 09:19
Mədəniyyət
01 Oktyabr 08:52
Sosial
01 Oktyabr 08:36
Gündəm
01 Oktyabr 08:10
Mədəniyyət
30 Sentyabr 23:53
Hadisə
30 Sentyabr 23:41
Dünya
30 Sentyabr 23:00
YAP xəbərləri
30 Sentyabr 22:49
Elm
30 Sentyabr 22:37
Dünya
30 Sentyabr 22:05
Dünya
30 Sentyabr 21:25
Dünya
30 Sentyabr 21:18
Dünya
30 Sentyabr 20:52
İqtisadiyyat
30 Sentyabr 20:29
Elm
30 Sentyabr 20:15
Dünya
30 Sentyabr 19:45
Dünya
30 Sentyabr 19:37
İqtisadiyyat
30 Sentyabr 19:23
Dünya
30 Sentyabr 18:21
Asiya
30 Sentyabr 17:53
Dünya
30 Sentyabr 17:25
Dünya
30 Sentyabr 16:49
Dünya
30 Sentyabr 16:17
Gündəm
30 Sentyabr 16:01
Dünya
30 Sentyabr 15:54
Daxili siyasət
30 Sentyabr 15:29
Dünya
30 Sentyabr 14:43
Xəbər lenti
30 Sentyabr 14:15
Ədəbiyyat
30 Sentyabr 13:43
Sosial
30 Sentyabr 13:37
Dünya
30 Sentyabr 13:10
İqtisadiyyat
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:09
Siyasət
30 Sentyabr 13:08
Gündəm
30 Sentyabr 13:07
Sosial
30 Sentyabr 13:02
Sosial
30 Sentyabr 12:48
Gündəm
30 Sentyabr 12:46
Gündəm
30 Sentyabr 12:19
Siyasət
30 Sentyabr 12:13
Elm
30 Sentyabr 12:10
İqtisadiyyat
30 Sentyabr 12:09
İqtisadiyyat
30 Sentyabr 11:52
İqtisadiyyat
30 Sentyabr 11:25
Analitik
30 Sentyabr 10:43
Analitik
30 Sentyabr 10:16
Gündəm
30 Sentyabr 10:07
Sosial
30 Sentyabr 10:06
Gündəm
30 Sentyabr 10:05
Ədəbiyyat
30 Sentyabr 09:48
Analitik
30 Sentyabr 09:23
Sosial
30 Sentyabr 08:50
Sosial
30 Sentyabr 08:38
Gündəm
30 Sentyabr 08:11
Xarici siyasət
30 Sentyabr 00:14
Siyasət
29 Sentyabr 21:01
Sosial
29 Sentyabr 20:23
İdman
29 Sentyabr 20:17
Mədəniyyət
29 Sentyabr 20:03
Dünya
29 Sentyabr 20:00
Dünya
29 Sentyabr 19:45
İqtisadiyyat
29 Sentyabr 19:36
Dünya
29 Sentyabr 19:10
Dünya
29 Sentyabr 19:04
İqtisadiyyat
29 Sentyabr 18:58
Dünya
29 Sentyabr 18:34
Dünya
29 Sentyabr 17:53
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | ||||
| 4 | 5 | 6 | 7 | 8 | 9 | 10 |
| 11 | 12 | 13 | 14 | 15 | 16 | 17 |
| 18 | 19 | 20 | 21 | 22 | 23 | 24 |
| 25 | 26 | 27 | 28 | 29 | 30 | 31 |

