AÇ-2022 başlayır: Biri favorit, biri debütant...
19.01.2022 [10:50]
Bu gün Niderlandda futzal üzrə Avropa çempionatının final mərhələsinə start veriləcək. “Yeni Azərbaycan” xəbər verir ki, ilk dəfə 16 komandanın iştirak edəcəyi AÇ-2022-nin açılış oyunu Bakı vaxtı ilə saat 20:30-da Serbiya və Portuqaliya arasında baş tutacaq. Bundan 3 saat sonra keçiriləcək A qrupunun digər matçında meydan sahibləri Ukraynanı sınağa çəkəcək.
Bu mötəbər yarışa milli komandamız da qatılıb. D qrupunda yer alan Azərbaycan mübarizəyə 3 gün sonra başlayacaq. Komandamızın rəqibləri Gürcüstan, Bosniya və Herseqovina, İspaniya milliləridir. Yığmamız ilk oyununu yanvarın 22-də gürcülərə qarşı keçirəcək. Qarşılaşma Qroningen şəhərindəki “Martini Plaza” arenasında, Bakı vaxtı ilə saat 17:30-da baş tutacaq. Millimiz 4 gün sonra İspaniya, yanvarın 29-da isə Bosniya və Herseqovina ilə üz-üzə gələcək.
Qazaxıstan, Sloveniya, İtaliya və Finlandiya B, Rusiya, Polşa, Xorvatiya və Slovakiya isə C qrupunda yer alıb.
Yeri gəlmişkən, Avropa çempionatı indiyədək 11 dəfə təşkil olunub. Düzdür, 1996-cı ildə keçirilən ilk yarış Avropa Futzal Turniri adlandırılsa da, çempion statusu növbəti – 1999-cu ildə təşkil edilən yarışa verilib. İndiyədək baş tutan 11 final matçında çempionluq sevincini ən çox İspaniya yaşayıb. Bu komanda 7 dəfə kuboku başı üzərinə qaldırıb. İtaliya millisi 2 dəfə qitənin ən güclüsü olubsa, Rusiya və Portuqaliya hərəyə bir dəfə adını Avropanın ən güclüsü siyahısına yazdırıb.
Maraqlıdır ki, Rusiya millisi 5 dəfə finalda yenilib. Ukrayna 2 dəfə çempionluğun bir addımlığında dayanıb. İtaliya və Portuqaliya da hərəyə bir dəfə finalda məğlubiyyət acısı dadıb. Ən çox final həyəcanı yaşayan İspaniya iki dəfə meydanı gümüş medalla tərk edib. Komandamızla eyni qrupda yer alan Gürcüstan turnirin debütantı sayılır.
Azərbaycan yığması isə Niderlanda iddialı yollanıb. Millimizin baş məşqçisi Joze Alesio da Silvanın sözlərinə görə, ilk qarşılaşma finala bərabər sayılacaq: “Gürcüstanla görüşdə qazanılacaq qələbə digər oyunlara hazırlaşmaq və növbəti addımlar atmaq baxımından vacib olacaq. Final mərhələsində daha yaxşı nəticə qazanmağa çalışacağıq. Çünki heyətimizdə elə oyunçular var ki, bu yarış onların karyerasında sonuncu olacaq”.
Bununla belə, komandamız problemlərdən qaça bilməyib. Yarışa hazırlıq məqsədi ilə Belçikaya yollanan yığmamızın heyətində COVİD-19 testi verən Eduardo Borgesin nəticəsi pozitiv, Rafael Vilelanın nəticəsi isə şübhəli çıxıb. Bu səbəbdən onların hər ikisi karantinə alınıb və böyük ehtimalla, qrup oyunlarında meydana çıxa bilməyəcəklər.
Elə Belçikaya 3:5 hesabı ilə uduzduğumuz yoxlama matçından sonra da Joze Alesio da Silva problemləri dilə gətirib: “Bu qarşılaşma “axsadığımız” məqamları ortaya çıxardı. Görüləsi işlər çoxdur. Qarşıda 4 məşqimiz var və sürətli şəkildə nələrisə düzəltməyə çalışacağıq. Əlbəttə, çətin olacaq, amma əlimizdən gələni edəcəyik”.
Final mərhələsində qrup oyunlarına yanvarın 29-da yekun vurulacaq. 2 gün sonra isə 1/4 final görüşlərinə start veriləcək. Yarımfinallar fevralın 4-də, qızıl medal və üçüncü yer uğrunda oyunlar isə fevralın 6-da baş tutacaq.
Xəbər lenti
Hamısına baxDünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37
Dünya
16 İyun 14:22
Siyasət
16 İyun 14:09
Siyasət
16 İyun 14:07
Gündəm
16 İyun 14:05
Sosial
16 İyun 13:03
Elm
16 İyun 12:59
Sosial
16 İyun 12:31
İqtisadiyyat
16 İyun 12:30
Elm
16 İyun 11:33
Sosial
16 İyun 11:15
Müsahibə
16 İyun 10:54
Dünya
16 İyun 10:43
Gündəm
16 İyun 10:41
Gündəm
16 İyun 10:30
Sosial
16 İyun 10:29
Dünya
16 İyun 10:19
Dünya
16 İyun 09:47
Dünya
16 İyun 09:20
Dünya
16 İyun 08:52
Hadisə
16 İyun 08:34
Dünya
15 İyun 23:36
Hadisə
15 İyun 23:03
Siyasət
15 İyun 22:20
YAP xəbərləri
15 İyun 21:46
Dünya
15 İyun 20:18
Siyasət
15 İyun 19:39
Siyasət
15 İyun 19:11
Hərbi
15 İyun 18:00
Dünya
15 İyun 17:42
Dünya
15 İyun 16:20
Dünya
15 İyun 15:33
Dünya
15 İyun 14:18
Siyasət
15 İyun 13:58
Dünya
15 İyun 13:29
Dünya
15 İyun 12:35
Dünya
15 İyun 11:24
Dünya
15 İyun 10:31
Dünya
15 İyun 09:52
Dünya
15 İyun 09:17
Hadisə
15 İyun 08:59
Dünya
15 İyun 08:25
Gündəm
15 İyun 07:54
Dünya
15 İyun 07:35
Gündəm
15 İyun 00:14
Gündəm
14 İyun 23:28
Siyasət
14 İyun 23:16
Xəbər lenti
14 İyun 21:52
Dünya
14 İyun 19:26
Xəbər lenti
14 İyun 18:43
Maraqlı
14 İyun 17:19
Dünya
14 İyun 16:34
Dünya
14 İyun 15:22
Dünya
14 İyun 14:40
Dünya
14 İyun 13:18
YAP xəbərləri
14 İyun 13:00

