Tərlan Əhmədov: “Neftçi”nin “Qarabağ”a çatması çətin olacaq”
18.01.2022 [10:11]
“Hər dəfə hansısa komandada baş məşqçi istefaya göndəriləndə, mənim adım hallanır”. Bu fikirləri “Yeni Azərbaycan”a veteran futbolçu Tərlan Əhmədov deyib.
Bir müddət əvvəl 50 yaşlı mütəxəssisin işsiz günlərinin başa çatacağı, yenidən Premyer Liqaya qayıdacağı iddia olunurdu. Onun “Səbail” və “Sumqayıt” klubunun baş məşqçisi postuna gətiriləcəyi gözlənilsə də, bunlar baş vermədi. T.Əhmədovun sözlərinə görə, mətbuat həmişə boş qalan yerə onun namizəd olduğunu yazsa da, indiyədək hansısa komandadan rəsmi təklif almayıb: “Haqqımda yayılan xəbərləri mətbuatdan oxuyuram. Bu səbəbdən deyəcəyim nəsə yoxdur”.
Tanınmış çalışdırıcı artıq bir ildən artıqdır işsiz qalmasına baxmayaraq, ölkə futbolunu yaxından izləyir. Klubların qış təlim-məşq toplanışı barədə danışan T.Əhmədovun fikrincə, bütün komandaların çempionatın ikinci yarısına yaxşı hazırlaşması üçün xaricdə toplanış keçməsi, sınaq görüşlərində iştirak etməsi vacibdir: “Çempionatda mübarizə aparan 8 komandadan altısı Antalyadadır. Görünən odur ki, bütün klubların sabit maliyyəyə malik olduğunu demək olmur. Klubların yaxşı hazırlıq keçməsi üçün xaricdə toplanış keçməsi çox vacibdir. Mən belə bir aqibəti yaşamışam. Əksər komandalarımız xaricdə toplanışda olanda, baş məşqçisi olduğum AZAL komandası Bakıda hazırlıq keçirdi. Ümumilikdə, 8 komandadan altısının Türkiyədə, ikisinin ölkə daxilində hazırlıq keçməsi xoş görüntü deyil. Klubların başı həm hazırlığa, həm transferlərə qarışıb. Vaxt gündən günə azalır. Onların oyunlarını da izləyirik. Düzdür, yoxlama görüşlərində qeydə alınan nəticə o qədər də vacib deyil. Klubların necə hazırlıq keçdiyi, hansı səviyyədə olduqları çempionatda görünəcək. Məsələn, klublar Antalyada, biz Bakıda hazırlaşanda rəhbərlik etdiyim AZAL komandasının mükafatçılar arasına düşməyə real şansı var idi. Yəni, kənardan baxanda başqa cür görünür. Ola bilsin ki, Bakıda hazırlıq keçən “Səbail” və “Keşlə” fasilədən sonra daha baxımlı oyun göstərdi, daha çox xal topladı. Ümumilikdə isə bütün klublarımız Antalya toplanışına yollansa idi, daha maraqlı olardı”.
Əksər mütəxəssislər çempionluq uğrunda mübarizənin “Neftçi” və “Qarabağ” arasında olacağını düşünür. Buna səbəb isə bu komandalar arasında 11 xallıq fərqin olmasıdır. Əhmədov necə düşünür, “Neftçi” fasilədən sonra 11 xallıq fərqi aradan qaldıra, “Qarabağ”a çata biləcəkmi? “Qızıl medallar uğrunda mübarizənin yalnız “Neftçi” və “Qarabağ” arasında olacağını deməzdim. “Qəbələ”ni bu siyahıdan silmək olmaz. Bu komandanın rəhbərliyinə, baş məşqçisi Elmar Baxşıyev və futbolçulara təşəkkür düşür. Eləcə də, Rəşad Sadıqovun rəhbərlik etdiyi “Zirə” komandası. “Sabah”ı da yaddan çıxartmayaq. Son oyunlarda potensialını göstərib. Yeni baş məşqçiləri var, komandaya yeni futbolçular cəlb olunur. “Neftçi” və “Qarabağ”a gəlincə, düzdür, 11 xallıq fərq az deyil. Fikrimcə, çempionluq uğrunda mübarizə 2 deyil, 4 komanda arasında gedəcək. Qış fasiləsindən sonra daha maraqlı, daha gərgin çempionat izləyəcəyik. “Qarabağ” “Neftçi”dən 11 xal öndə olsa da, kimsə deyə bilməz ki, mütləq birinci olacaq. Amma bütün hallarda, “Neftçi”nin “Qarabağ”a çatması çətin olacaq. “Neftçi”nin hansı oyunlarda xallar itirdiyini, hansı komandanın hansı rəqiblə oyununun alınmadığını bilirik”.
Xəbər lenti
Hamısına baxDünya
17 İyun 21:43
Dünya
17 İyun 21:32
Dünya
17 İyun 21:15
Elm
17 İyun 20:58
Dünya
17 İyun 20:25
Dünya
17 İyun 20:10
Elm
17 İyun 19:42
Dünya
17 İyun 19:30
Sosial
17 İyun 19:16
Siyasət
17 İyun 18:07
YAP xəbərləri
17 İyun 17:49
Siyasət
17 İyun 17:32
Siyasət
17 İyun 17:22
Siyasət
17 İyun 17:17
Gündəm
17 İyun 16:57
Elm
17 İyun 16:54
Dünya
17 İyun 16:54
Mədəniyyət
17 İyun 16:27
YAP xəbərləri
17 İyun 16:13
Gündəm
17 İyun 16:01
Sosial
17 İyun 16:00
Gündəm
17 İyun 15:56
Mədəniyyət
17 İyun 15:42
YAP xəbərləri
17 İyun 15:18
İdman
17 İyun 15:17
İqtisadiyyat
17 İyun 15:16
Gündəm
17 İyun 15:16
Elanlar
17 İyun 15:00
Siyasət
17 İyun 14:21
Sosial
17 İyun 13:54
Sosial
17 İyun 13:54
YAP xəbərləri
17 İyun 12:40
YAP xəbərləri
17 İyun 12:39
Mədəniyyət
17 İyun 12:38
Sosial
17 İyun 12:36
Siyasət
17 İyun 12:27
Sosial
17 İyun 12:19
Elm
17 İyun 11:58
Sosial
17 İyun 11:25
Sosial
17 İyun 11:24
Gündəm
17 İyun 10:51
Sosial
17 İyun 10:48
Sosial
17 İyun 10:48
Gündəm
17 İyun 10:35
Sosial
17 İyun 09:22
Sosial
17 İyun 08:49
Dünya
16 İyun 23:39
İdman
16 İyun 23:10
Dünya
16 İyun 22:56
Siyasət
16 İyun 22:49
Siyasət
16 İyun 22:48
YAP xəbərləri
16 İyun 22:28
Dünya
16 İyun 22:23
Dünya
16 İyun 21:47
Dünya
16 İyun 21:19
Dünya
16 İyun 20:53
İqtisadiyyat
16 İyun 20:25
Dünya
16 İyun 20:09
Dünya
16 İyun 19:42
Dünya
16 İyun 19:33
Dünya
16 İyun 19:17
İqtisadiyyat
16 İyun 17:35
Gündəm
16 İyun 16:33
Müsahibə
16 İyun 16:30
Siyasət
16 İyun 16:22
YAP xəbərləri
16 İyun 15:50
Elanlar
16 İyun 15:34
Sosial
16 İyun 15:19
Siyasət
16 İyun 14:55
Sosial
16 İyun 14:37

