/ / Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında uğurla çıxış edən idmançılarımız mükafatlandırılıblar
Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında uğurla çıxış edən idmançılarımız mükafatlandırılıblar
02.11.2018 [09:29]
Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilən Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında uğurla çıxış edən idmançılarımız noyabrın 1-də Milli Olimpiya Komitəsində mükafatlandırılıblar.
AZƏRTAC xəbər verir ki, tədbirdə gənclər və idman naziri Azad Rəhimov, MOK-un vitse-prezidentləri Çingiz Hüseynzadə və Xəzər İsayev, Komitənin baş katibi Ağacan Abiyev, baş katibin müavini Azər Əliyev və idman federasiyalarının nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə qazandıqları nailiyyətlər münasibətilə atletləri təbrik edib. Bildirib ki, idmançılarımız bu Oyunlarda da uğurlu nəticələr əldə edərək idmanın altı növündə 3 qızıl, 1 gümüş və 3 bürünc medal qazanıblar. İdmanın altı növü üzrə yeddi medalın qazanılması Azərbaycanın idman ölkəsi olduğunu bir daha sübut edib.
Gənclər və idman naziri Azad Rəhimov çıxışında Yeniyetmələrin III Yay Olimpiya Oyunlarının medalçıları arasında Azərbaycan idmançılarının da olmasını sevindirici hal kimi qiymətləndirib: “Fərəhli haldır ki, 17 idmançımızdan 7-si medal qazanıb. Bu isə atletlərimizin potensialını bir daha sübut edir”.
Sonra dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilən Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında Azərbaycan idmançıları və onların məşqçiləri üçün yüksək nəticələrə görə mükafatların müəyyən edilməsinə dair imzaladığı sərəncamlara əsasən idmançılar təltif olunublar.
İdmançılar və məşqçilər çıxış edərək göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyevə, eləcə də Milli Olimpiya Komitəsinə, Gənclər və İdman Nazirliyinə təşəkkürlərini bildiriblər.
Qeyd edək ki, Olimpiadaya 17 idmançı ilə yollanan milli komandamız 2-si qızıl, 1-i gümüş və 3-ü bürünc olmaqla 6 medal qazanıb. Qızıl medalları Azərbaycanın aktivinə cüdoçu Vüqar Talıbov (66 kq) və sərbəst güləşçi Turan Bayramov (65 kq) yazdırıblar. Ağırlıqqaldırma yarışında çıxış edən Tarmenxan Babayev (85 kq) Olimpiadanın gümüş medalına sahib olub. Bürünc medallara isə taekvondoçu Cavad Ağayev (63 kq), boksçu Nurlan Səfərov (60 kq) və güləşçi Şahanə Nəzərova (43 kq) layiq görülüblər. Bədii gimnastımız Yelizaveta Luzanın Olimpiadada qarışıq komandanın tərkibində qazandığı qızıl medal millimizin aktivinə yazılmayıb. Beynəlxalq Olimpiya Komitəsinin qərarına əsasən, onun medalı ümumi sıralamada komandamızın hesabında göstərilməyib. Beləliklə, Azərbaycan milli komandası Olimpiadanın medal sıralamasında 33-34-cü yerləri bölüşüb.
Xəbər lenti
Hamısına baxElm
10 Avqust 14:45
İqtisadiyyat
10 Avqust 14:45
Elm
10 Avqust 14:38
Mədəniyyət
10 Avqust 14:26
Sosial
10 Avqust 14:19
İqtisadiyyat
10 Avqust 14:13
Elm
10 Avqust 13:59
Siyasət
10 Avqust 13:52
Siyasət
10 Avqust 13:51
Siyasət
10 Avqust 13:50
Siyasət
10 Avqust 13:49
Sosial
10 Avqust 13:34
İdman
10 Avqust 13:22
Mədəniyyət
10 Avqust 13:07
İqtisadiyyat
10 Avqust 12:45
Sosial
10 Avqust 12:44
Sosial
10 Avqust 12:08
İqtisadiyyat
10 Avqust 12:06
Elm
10 Avqust 11:53
Sosial
10 Avqust 11:50
İdman
10 Avqust 11:50
Dünya
10 Avqust 11:30
Dünya
10 Avqust 10:53
Dünya
10 Avqust 10:20
Dünya
10 Avqust 09:50
Dünya
10 Avqust 09:30
Dünya
10 Avqust 08:55
Sosial
10 Avqust 08:30
Dünya
10 Avqust 08:15
Dünya
09 Avqust 23:19
Maraqlı
09 Avqust 22:26
Dünya
09 Avqust 21:35
Maraqlı
09 Avqust 20:17
Dünya
09 Avqust 19:24
Dünya
09 Avqust 18:49
Dünya
09 Avqust 18:31
Dünya
09 Avqust 17:43
Dünya
09 Avqust 17:10
Dünya
09 Avqust 16:34
Dünya
09 Avqust 16:18
Siyasət
09 Avqust 16:00
İdman
09 Avqust 15:56
İqtisadiyyat
09 Avqust 15:23
Maraqlı
09 Avqust 14:50
İdman
09 Avqust 14:35
Dünya
09 Avqust 13:42
Maraqlı
09 Avqust 13:16
Yeni texnologiyalar
09 Avqust 12:34
Dünya
09 Avqust 12:19
Hadisə
09 Avqust 11:52
Dünya
09 Avqust 11:30
Hadisə
09 Avqust 10:45
İdman
09 Avqust 10:17
Hadisə
09 Avqust 09:59
Dünya
09 Avqust 09:25
Dünya
09 Avqust 08:50
Siyasət
09 Avqust 08:33
Dünya
09 Avqust 08:03
Siyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24

