/ / Fərid Qayıbov: Avropa Gimnastika İttifaqı idmanın bu növünün inkişafı üçün ciddi tədbirlər həyata keçirir
Fərid Qayıbov: Avropa Gimnastika İttifaqı idmanın bu növünün inkişafı üçün ciddi tədbirlər həyata keçirir
17.04.2018 [08:50]
Avropa Gimnastika İttifaqı (UEG) üzv ölkələrdə gimnastikanın inkişafı və təşviqi istiqamətində ciddi tədbirlər həyata keçirir. Hazırda əsas məqsəd gənclərin idmana, xüsusilə gimnastikaya cəlb olunmasıdır. UEG, həmçinin gimnastikaya marağın daha da artırılması üçün ciddi səy göstərəcək. Hazırda məqsədimiz gimnastikanın izləyici auditoriyasını genişləndirməkdir.
Bu fikirləri Avropa Gimnastika İttifaqının prezidenti Fərid Qayıbov AZƏRTAC-a müsahibəsində deyib.
Bakıda keçirilən batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə 26-cı Avropa çempionatı və UEG-in tətbiq etdiyi yeniliklər barədə məlumat verən F.Qayıbov deyib: “Batut gimnastikası üzrə Avropa çempionatı Bakıda ilk dəfə keçirilir. Bu yarış mənim üçün UEG prezidenti kimi ilk qitə çempionatıdır. Belə təsadüf etdi ki, bu çempionat Bakıda keçirildi. Buna görə də üzərimə ikiqat məsuliyyət düşür. Çox istərdim ki, bu turnir yüksək səviyyədə keçsin. Çempionatı Azərbaycan Gimnastika Federasiyası (AGF) təşkil edib. Bildiyiniz kimi, AGF-in təşkil etdiyi turnirlər yenilikləri və mükəmməlliyi ilə fərqlənir. Bu il yarış üçün maskot olaraq maraqlı personaj - “Qur-Qur” seçilib. Maskot seçilmiş qurbağanı canlandırmaq üçün peşəkarlara müraciət olunub. Uzun illər talisman kimi fəaliyyət göstərən və çempionata batut gimnastikasının vətəni ABŞ-dan təşrif buyuran Skot Hesinqton və Berri Anderson dördgünlük yarışlar ərzində gimnastika sevənlər üçün maraqlı şou göstərəcəklər.
Hamı bilir ki, ölkəmiz mötəbər beynəlxalq turnirlərə yüksək səviyyədə ev sahibliyi edir, idmançılarımız Azərbaycanı beynəlxalq arenada layiqincə təmsil edirlər. Bütün bunlar beynəlxalq idman qurumlarının diqqətindən yayınmır və onlar nüfuzlu yarışların təşkilini tərəddüdsüz ölkəmizə həvalə edirlər”.
Gimnastikanın gələcək inkişafından da danışan F.Qayıbov deyib: “UEG İcraiyyə Komitəsi müntəzəm olaraq hansı dəyişikliklərin lazım gəldiyini müzakirə edir. Maliyyə, avadanlıq və s. vasitələrə ehtiyacı olan milli federasiyalara tərəfdaşların da cəlb edildiyi yardım proqramı işə salınıb. Beləliklə, bütün Avropada gimnastikanı inkişaf etdirməyi planlaşdırırıq. Həmçinin yarışların formatının dəyişdirilməsi barədə düşünmək lazımdır. Qısası, görməli olduğumuz çox iş var. Biz bu işləri yerinə yetirmək üçün ciddi çalışacağıq”.
Xəbər lenti
Hamısına baxMaraqlı
09 Avqust 22:26
Dünya
09 Avqust 21:35
Maraqlı
09 Avqust 20:17
Dünya
09 Avqust 19:24
Dünya
09 Avqust 18:49
Dünya
09 Avqust 18:31
Dünya
09 Avqust 17:43
Dünya
09 Avqust 17:10
Dünya
09 Avqust 16:34
Dünya
09 Avqust 16:18
Siyasət
09 Avqust 16:00
İdman
09 Avqust 15:56
İqtisadiyyat
09 Avqust 15:23
Maraqlı
09 Avqust 14:50
İdman
09 Avqust 14:35
Dünya
09 Avqust 13:42
Maraqlı
09 Avqust 13:16
Yeni texnologiyalar
09 Avqust 12:34
Dünya
09 Avqust 12:19
Hadisə
09 Avqust 11:52
Dünya
09 Avqust 11:30
Hadisə
09 Avqust 10:45
İdman
09 Avqust 10:17
Hadisə
09 Avqust 09:59
Dünya
09 Avqust 09:25
Dünya
09 Avqust 08:50
Siyasət
09 Avqust 08:33
Dünya
09 Avqust 08:03
Siyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45

