Azərbaycanın polo komandası Bakıda keçirilən dünya kuboku yarışlarının qalibi olub
12.09.2017 [10:08]
Azərbaycanın “Elite Horse and Polo Klub” komandası Bakıda keçirilən arena polo üzrə dünya kuboku yarışlarının finalında İsveçrənin Evviva Polo Klub St.Moritz” klubunu 11,5:5 xal hesabı ilə məğlub edərək yarışın qalibi olub.
Bu mötəbər yarışda komandamızın heyətində Elçin Camallı, Rəşad Həsənov, Əli Rzayev, Amil Namazov, Tərlan Qurbanəliyev, komandanın baş məşqçisi və oyunçusu Andres Laplasette çıxış ediblər. Azərbaycan təmsilçisinin kapitanı Elçin Camallı turnirin ən yaxşı oyunçusu seçilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) və Beynəlxalq Polo Federasiyasının (BPF) birgə təşkilatçılığı ilə Binə Atçılıq Mərkəzində təşkil edilən arena polo üzrə dünya kuboku yarışlarına sentyabrın 10-da yekun vurulub.
Üçüncü yer uğrunda gərgin idman mübarizəsi şəraitində keçən görüşdə ABŞ-ın “Qrand Çampions Polo Klub” komandasının poloçuları Monakonun “Monte-Karlo Polo Team” kollektivi üzərində 6,5:3 xal hesabı ilə qələbə qazanıblar.
Yarışı beynəlxalq dərəcələri hakimlər idarə ediblər.
Turnirdən əvvəl Dövlət Sərhəd Xidmətinin nümunəvi hərbi orkestrinin çıxışı olub. Daha sonra yarış iştirakçıları Azərbaycanın milli rəqslərini izləyib, bədii hissə nümayiş olunub.
Yarışlardan sonra qaliblərin mükafatlandırılması mərasimi keçirilib. Komandalara mükafatlar və kubok təqdim olunub. Komandaların üzvlərinə medalları və kuboku ARAF-ın prezidenti Elçin Quliyev və digər şəxslər təqdim ediblər.
Sentyabrın 8-dən 10-dək keçirilən dünya kuboku yarışlarında dörd güclü beynəlxalq peşəkar polo komandası - Azərbaycanın “Elite Horse and Polo Klub”, ABŞ-ın “Qrand Çampions Polo Klub”, İsveçrənin “Evviva Polo Klub St.Moritz” və Monakonun “Monte-Karlo Polo Team” mübarizə aparıb.
Qeyd edək ki, yarışların Bakıda keçirilməsi artıq beynəlxalq miqyasda idman ölkəsi kimi tanınan Azərbaycanda polo idmanını inkişaf etdirmək üçün çox mühüm vasitədir. Bakı üç gün ərzində məftunedici polo yarışı ilə əlaqədar dünyanın müxtəlif ölkələrindən gələn qonaqları qəbul edib.
Dünyada qədim çövkən oyununun vətəni kimi tanınan Azərbaycan 2013-cü ildən etibarən Beynəlxalq Polo Federasiyasının üzvüdür. Son illərdə Azərbaycanın paytaxtında bir neçə uğurlu polo turniri keçirilib. Bakıda atçılığın polo növü üzrə dünya kuboku yarışları təşkil olunub. Yüksək səviyyədə keçirilmiş bu turnirlərdən sonra 2015-ci ildə Bakıda təşkil edilmiş arena polo üzrə birinci Avropa çempionatında Azərbaycan komandası qalib gəlib. 2018-ci ildə İtaliyada keçiriləcək Avropa çempionatında ölkəmiz də təmsil olunacaq. Həmçinin Bakının 2020-ci ildə keçiriləcək otüstü polo üzrə Avropa çempionatına ev sahibliyi etmək üçün namizədliyi irəli sürülüb.
Xəbər lenti
Hamısına baxDünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51

