İtaliya portalı Bakıda keçirilmiş Formula-1 yarışından yazır
29.06.2016 [09:56]
İtaliyanın “Dazebaonews” analitik-informasiya portalında jurnalist Marko İakonettinin “Bakı, Formula-1-in sonuncu həddi. Çətinlik aşılmışdır” adlı məqaləsi yayılıb.
Azərbaycanın İtaliyadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, müəllif Bakıda Formula-1 Avropa Qran-pri yarışının keçirilməsini və SOCAR-ın futbol üzrə Avropa çempionatına sponsorluq etməsini ölkəmizin dünyada tanıdılması baxımından mühüm hadisələr kimi dəyərləndirir və bunların “Azərbaycan effekti” ifadəsinin yaranmasına səbəb olduğunu qeyd edir. Məqalədə Azərbaycanın zəngin tarixi-mədəni irsə malik, Qafqaz və Mərkəzi Asiya bölgəsinin iqtisadiyyatı və turizmi üçün cazibə mərkəzi olduğu bildirilir.
Yarışın yüksək səviyyədə təşkil edildiyini vurğulayan M.İakonetti “Formula One Management”in prezidenti Berni Ekklstounun fikirlərindən sitat gətirərək yazır: “Formula-1-i keçirən hər bir ölkənin Azərbaycan kimi çalışması çox yaxşı olardı, Bakı inanılmaz iş gördü”.
Məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin yarışla bağlı fikirlərinə də yer verilir. Bildirilir ki, Azərbaycan paytaxtının gözəlliyi və ölkənin inkişafı ilə bağlı dünyada daha çox məlumatın yayılmasında Formula-1 yarışı əhəmiyyətlidir. Son dövrlərdə turistlərin sayında artım müşahidə edildiyi və Azərbaycana daha çox turistin gəlməsi üçün bu yarışın yaxşı imkan yaratdığı diqqətə çatdırılır.
Yazıda qeyd olunur ki, Azərbaycan artıq “Eurovision” mahnı müsabiqəsi, birinci Avropa Oyunları kimi tədbirlər təşkil edib. Bu il Şahmat üzrə Olimpiada, 2020-ci ildə futbol üzrə Avropa çempionatının 4 oyunu da Azərbaycanda keçiriləcək. Ən böyük məqsəd isə 2028-ci ildə Yay Olimpiadasına ev sahiblik etmək ola bilər ki, bütün bunlarla da dünya “Azərbaycan effekti” barədə danışmaqda davam edəcək.
Müəllif Azərbaycanın yalnız idman tədbirləri ilə deyil, gözəl təbiəti, zəngin mədəniyyəti və müxtəlif dinlərin birgəyaşayışı xüsusiyyətinə görə də maraq kəsb etdiyini vurğulayır.
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
19 İyun 09:17
Sosial
19 İyun 08:50
Sosial
19 İyun 08:34
Dünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22
İqtisadiyyat
18 İyun 21:09
Siyasət
18 İyun 20:45
Müsahibə
18 İyun 20:31
Dünya
18 İyun 20:17
Müsahibə
18 İyun 19:53
Analitik
18 İyun 19:22
İqtisadiyyat
18 İyun 19:20
Sosial
18 İyun 19:11
Dünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35
Dünya
18 İyun 16:29
Xəbər lenti
18 İyun 15:58
Dünya
18 İyun 15:31
İqtisadiyyat
18 İyun 15:16
Gündəm
18 İyun 15:15
Maraqlı
18 İyun 14:49
Siyasət
18 İyun 14:36
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:35
Siyasət
18 İyun 14:34
Sosial
18 İyun 14:33
Siyasət
18 İyun 14:32
Dünya
18 İyun 14:27
YAP xəbərləri
18 İyun 14:25
YAP xəbərləri
18 İyun 14:23
Sosial
18 İyun 14:16
Sosial
18 İyun 14:14
Dünya
18 İyun 13:48
Dünya
18 İyun 13:20
YAP xəbərləri
18 İyun 13:15
Gündəm
18 İyun 13:04
Siyasət
18 İyun 12:57
İqtisadiyyat
18 İyun 12:47
İqtisadiyyat
18 İyun 12:43
Sosial
18 İyun 12:43
Sosial
18 İyun 12:41
İqtisadiyyat
18 İyun 12:41
Sosial
18 İyun 12:40
Siyasət
18 İyun 12:18
Dünya
18 İyun 11:59
Analitik
18 İyun 11:25
Gündəm
18 İyun 11:23
Siyasət
18 İyun 10:47
Siyasət
18 İyun 10:46
Siyasət
18 İyun 10:45
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:44
Siyasət
18 İyun 10:43
Siyasət
18 İyun 10:43
Sosial
18 İyun 10:39
Dünya
18 İyun 10:17
İqtisadiyyat
18 İyun 09:40
Ədəbiyyat
18 İyun 09:16
Dünya
18 İyun 09:05
Analitik
18 İyun 08:53
Sosial
18 İyun 08:35
Dünya
18 İyun 08:10
Siyasət
18 İyun 07:39
Dünya
18 İyun 07:27
Dünya
17 İyun 23:42

