/ / “Birinci Avropa Oyunlarına Dəstək” Vətəndaş Cəmiyyəti Koalisiyasının nümayəndələri ilə görüş keçirilib
“Birinci Avropa Oyunlarına Dəstək” Vətəndaş Cəmiyyəti Koalisiyasının nümayəndələri ilə görüş keçirilib
03.06.2015 [09:13]
“Bakı-2015” birinci Avropa Oyunlarına Dəstək” Vətəndaş Cəmiyyəti Koalisiyasının nümayəndə heyəti iyunun 2-də Oyunların Əməliyyat Komitəsində (BEGOC) iş şəraiti ilə tanış olub.
AZƏRTAC xəbər verir ki, ümumi tanışlıqdan sonra koalisiyanın əlaqələndiriciləri və ekspertləri BEGOC-un korporativ direktoru Elçin Səfərov ilə görüşüblər.
E.Səfərov nümayəndə heyətinə BEGOC-un fəaliyyəti, hazırlıq prosesinin yekunlaşması, vətəndaşların və xarici qonaqların bu idman bayramına xüsusi maraq göstərmələri, bilet satışı, Atletlər kəndi, Media mərkəzi, jurnalistlər üçün yaradılan şərait və digər məsələlər haqqında məlumat verib. O bildirib ki, dövlət və hökumət başçılarının Oyunların açılışında iştirakı “Bakı-2015”-in əhəmiyyətinin göstəricisidir. Oyunların təşkilinə 12 mindən artıq könüllü cəlb edilib.
Koalisiyanın nümayəndələri təmsil etdikləri qurumların fəaliyyəti və məqsədləri, görülən işlərdən bəhs ediblər. Bildirilib ki, koalisiyada ölkənin 100-dən artıq aparıcı media və QHT rəhbərləri təmsil olunur. Oyunların əhəmiyyəti hər bir vətəndaşın, ictimai təşkilatın bu mötəbər idman tədbirinə dəstək verilməsini zəruri edir. Ona görə də vətəndaş cəmiyyəti institutları bu missiyanı öz üzərinə götürərək ictimai təbliğat kampaniyası həyata keçirir. Yaxın günlərdə bu iş Avropada da həyata keçiriləcək.
BEGOC-un bilet satışı şöbəsinin rəhbəri Miryam Boqatay satılan biletlərlə bağlı məlumat verib. Bildirib ki, Oyunlar üçün biletlərin 80 faizindən çoxu artıq satılıb. Oyunlara maraq böyük olduğundan bilet satışı sürətlə davam edir. Oyunlara maraq göstərən idmansevərlər arasında Böyük Britaniya, Sloveniya, Türkiyə, Rusiya və digər ölkələrin vətəndaşları üstünlük təşkil edirlər.
Sonra koalisiyanın nümayəndə heyəti BEGOC-un müxtəlif bölmələrində yaradılan şəraitlə tanış olub.
Xəbər lenti
Hamısına baxDünya
09 Avqust 16:34
Dünya
09 Avqust 16:18
Siyasət
09 Avqust 16:00
İdman
09 Avqust 15:56
İqtisadiyyat
09 Avqust 15:23
Maraqlı
09 Avqust 14:50
İdman
09 Avqust 14:35
Dünya
09 Avqust 13:42
Maraqlı
09 Avqust 13:16
Yeni texnologiyalar
09 Avqust 12:34
Dünya
09 Avqust 12:19
Hadisə
09 Avqust 11:52
Dünya
09 Avqust 11:30
Hadisə
09 Avqust 10:45
İdman
09 Avqust 10:17
Hadisə
09 Avqust 09:59
Dünya
09 Avqust 09:25
Dünya
09 Avqust 08:50
Siyasət
09 Avqust 08:33
Dünya
09 Avqust 08:03
Siyasət
09 Avqust 00:20
Dünya
08 Avqust 23:39
Siyasət
08 Avqust 22:17
Hadisə
08 Avqust 21:24
Gündəm
08 Avqust 21:23
Gündəm
08 Avqust 20:08
Gündəm
08 Avqust 19:41
Sosial
08 Avqust 17:21
Sosial
08 Avqust 16:39
Analitik
08 Avqust 15:22
Siyasət
08 Avqust 15:08
Dünya
08 Avqust 13:24
Gündəm
08 Avqust 12:35
Dünya
08 Avqust 12:17
Elm
08 Avqust 12:06
Dünya
08 Avqust 11:35
Siyasət
08 Avqust 10:49
Yeni texnologiyalar
08 Avqust 10:25
Analitik
08 Avqust 09:55
Analitik
08 Avqust 09:32
Ədəbiyyat
08 Avqust 09:17
Sosial
08 Avqust 08:51
Sosial
08 Avqust 08:34
Dünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27
Siyasət
07 Avqust 13:26
Siyasət
07 Avqust 13:25
Dünya
07 Avqust 13:25
Siyasət
07 Avqust 13:23

