Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / Qədir Hüseynov: İlk Avropa Oyunları Azərbaycanın təbliğində mühüm rol oynayacaq

Qədir Hüseynov: İlk Avropa Oyunları Azərbaycanın təbliğində mühüm rol oynayacaq

16.05.2015 [12:02]

“İlk Avropa Oyunları Azərbaycanın təbliğində mühüm rol oynayacaq”. Bunu qəzetimizə açıqlamasında beynəlxalq qrossmeyster Qədir Hüseynov deyib. Onun sözlərinə görə, birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi, yarışmanın ilk məşəlinin Odlar Yurdunda yandırılması şansının bizə verilməsi özü bir tarixi uğurdur: “Hər bir başlanğıc isə özündən sonrakı sıralamalara yol açır. Fikrimcə, bu, böyük əhəmiyyətli hadisədir. Digər tərəfdən, hər bir yarışmaya hazırlıq zamanı Bakı yenilənir: yeni saraylar, idman kompleksləri tikilir. Bu da, sözsüz ki, idmanımızın inkişafına təkan verən amillərdəndir”.
Qədir Hüseynov Azərbaycanın dünya miqyasında geniş şəkildə təbliğ olunması baxımından ilk Avropa Oyunlarının müstəsna əhəmiyyəti olduğunu vurğulayıb: “Birinci Avropa Oyunları Azərbaycana böyük siyasi dividendlər gətirəcək. Dövlətimiz və milli maraqlarımız təbliğ ediləcək. Bu yarışma, sadəcə, idman tədbiri deyil, eyni zamanda, burada iştirak edəcək idmançılar, qonaqlar Azərbaycanla, onun füsunkar gözəlliyi ilə tanış olacaq, respublikamızın necə inkişaf etdiyini öz gözləri ilə görəcəklər”.

Paylaş:
Baxılıb: 2010 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Siyasət

Bu, ilk dəfəydi...

08 Avqust 15:08

Analitik

Ədəbiyyat

Şənbə üçün nəzm

08 Avqust 09:17  

Sosial

Robotlar robotu

08 Avqust 08:34

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31