Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / Toğrul Əsgərov: Birinci Avropa Oyunlarının ölkəmizdə keçirilməsi idmançılarımıza verilən daha bir şansdır

Toğrul Əsgərov: Birinci Avropa Oyunlarının ölkəmizdə keçirilməsi idmançılarımıza verilən daha bir şansdır

30.04.2015 [09:59]

“Birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsi, ilk növbədə, tarixi idman hadisəsidir. Bu Oyunlarda Azərbaycan ilkə imza atacaq”. Bunu qəzetimizə açıqlamasında Olimpiya çempionu Toğrul Əsgərov deyib.
Onun sözlərinə görə, Oyunların ölkəmizdə keçirilməsi Avropa Olimpiya Komitəsinin respublikamıza olan etimadı kimi dəyərləndirilməlidir: “Son dövrlər Azərbaycan idmançılarının beynəlxalq yarışlarda qazandıqları nailiyyətlər göz qabağındadır. İdmançılarımız tərəfindən əldə olunan saysız-hesabsız medallar, eləcə də, parlaq qələbələr bunu bir daha sübut edir”.
Toğrul Əsgərov, həmçinin, “Azərbaycanda bu günə kimi müxtəlif idman növləri üzrə Avropa və Dünya çempionatları keçirilib. Avropa Oyunlarının keçirilməsi isə idmançılarımıza verilən daha bir şansdır. Hesab edirəm ki, idmançılarımız bu şansı yetərincə dəyərləndirəcək və növbəti uğurlar qazanacaqlar”, - deyib.

Paylaş:
Baxılıb: 855 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

Siyasət

Analitik

Dünya

Analitik

İranda gərginlik

13 Yanvar 09:11  

Sosial

Yeni ilin “köhnəsi”

13 Yanvar 08:38  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31