“Bakı-2015” Milli Olimpiya komitələrinin sonuncu “açıq qapı” günü iclasına ev sahibliyi edib
14.02.2015 [10:32]
Avropanın 22 Milli Olimpiya Komitəsinin nümayəndələri yayda keçiriləcək birinci Avropa Oyunlarından əvvəl təşkil olunan üçüncü - sonuncu “açıq qapı” günü iclasında iştirak etmək üçün Bakıda bir araya gəliblər.
“Bakı-2015”dən AzərTAc-a bildiriblər ki, qitə ölkələrini təmsil edən 59 nümayəndə üçgünlük proqramda “Bakı-2015” birinci Avropa Oyunları Əməliyyat Komitəsinin tibbi xidmətlər və antidopinq, nəqliyyat və yerləşdirmə daxil olmaqla müxtəlif şöbələri tərəfindən göstərilmiş təqdimatlar və seminarlarla Oyunlara hazırlıqlarla bağlı ən son yeniliklərlə tanış olub.
Nümayəndələr, həmçinin “Bakı-2015” birinci Avropa Oyunlarının keçiriləcəyi idman obyektlərinə, o cümlədən Bakı Olimpiya stadionuna və Avropa Oyunları Parkına baş çəkib, hazırlıq işlərini müşahidə ediblər.
“Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq bildirib: “Avropa Olimpiya Komitəsinin Əlaqələndirmə Komissiyasının ötən həftə təşkil edilmiş səfərindən sonra qitənin Milli Olimpiya komitələrinin nümayəndələrini sonuncu “Bakı-2015” Milli Olimpiya komitələrinin “açıq qapı” günü iclasında salamlamaq bizim üçün xoşdur. Ötən ilin sentyabrında keçirilmiş ikinci belə iclasdan bu günədək əldə etdiyimiz mühüm irəliləyişləri, xüsusilə də bu yay dünya səviyyəli yarışlara ev sahibliyi edəcək möhtəşəm obyektlərimizi göstərə bildiyimizə görə qürur hissi duyuram”.
Bakıda yerləşən obyektlərdən başqa, nümayəndələr iyunun 14-dən 16-dək kanoe sprinti yarışlarına ev sahibliyi edəcək Mingəçevirdəki kanoe sprinti obyektinə də səfər etmək imkanı qazanıblar.
Finlandiyadan olan missiya rəhbəri Piter Brül söyləyib: “Birinci Avropa Oyunlarının keçirilməsi bizdə çox böyük maraq yaradır. Oyunların özü ilə nələr gətirəcəyini səbirsizliklə gözləyirik. Avropa Oyunları kimi yeni növ turnirlərdə yarışmaq və müxtəlif təcrübələrdən faydalanmaq idmançılarımız üçün gözəl imkandır. Bu günə kimi müşahidə etdiklərimizə əsasən onu deyə bilərik ki, yarışların keyfiyyəti ilkin mərhələdəki gözləntilərimizə nəzərən daha yaxşı olacaq. Bir sıra planlar Olimpiya Oyunları ilə eyni səviyyədə görünür. Olimpiya Oyunlarından fərqli olaraq Avropa Oyunlarına nisbətən az idmançı qatılacağına görə “Bakı-2015”in təşkilatçıları yarışların imkanlarından hamının ehtiyacına uyğun istifadə edə biliblər”.
“Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin atlet xidmətləri və əməliyyatları şöbəsinin direktoru Ceyms Makleod deyib: “Milli Olimpiya komitələrinin hər üç “açıq qapı” günü iclası Avropanın 50 Milli Olimpiya Komitəsinin nümayəndəsini Bakıda salamlamaq və onları Oyunlara hazırlıqlarımız barədə məlumatlandırmaq baxımından bizə gözəl imkan yaratdı. amma əminəm ki, bütün Milli Olimpiya komitələri onların idmançıları üçün təklif edilən imkanlardan məmnun qalacaqlar. “Bakı-2015” Avropa Oyunları yarışlarda iştirak edən hər kəsin yaddaşında uzun müddət qalacaq”.
Xəbər lenti
Hamısına baxSiyasət
24 İyul 10:18
Analitik
24 İyul 09:56
Sosial
24 İyul 09:42
Sosial
24 İyul 09:41
Analitik
24 İyul 09:30
Elanlar
24 İyul 09:15
Analitik
24 İyul 09:12
Sosial
24 İyul 08:50
İdman
24 İyul 08:36
Hadisə
24 İyul 08:00
Dünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50
Dünya
23 İyul 21:29
Elm
23 İyul 20:42
İqtisadiyyat
23 İyul 20:17
Dünya
23 İyul 19:53
Dünya
23 İyul 19:20
Dünya
23 İyul 18:28
Dünya
23 İyul 17:10
YAP xəbərləri
23 İyul 17:08
YAP xəbərləri
23 İyul 17:04
Elm
23 İyul 16:19
YAP xəbərləri
23 İyul 15:52
Sosial
23 İyul 15:47
YAP xəbərləri
23 İyul 15:35
Sosial
23 İyul 15:31
Sosial
23 İyul 15:30
Xəbər lenti
23 İyul 15:30
Sosial
23 İyul 15:29
YAP xəbərləri
23 İyul 15:08
Xəbər lenti
23 İyul 14:29
İqtisadiyyat
23 İyul 14:20
Xəbər lenti
23 İyul 13:32
Xəbər lenti
23 İyul 13:31
Dünya
23 İyul 13:26
Sosial
23 İyul 13:03
Xəbər lenti
23 İyul 12:20
Gündəm
23 İyul 11:46
Ədəbiyyat
23 İyul 11:30
Sosial
23 İyul 11:28
Sosial
23 İyul 11:17
Elm
23 İyul 11:16
İqtisadiyyat
23 İyul 11:15
Sosial
23 İyul 11:10
Gündəm
23 İyul 11:09
Gündəm
23 İyul 11:07
Xəbər lenti
23 İyul 11:06
Dünya
23 İyul 10:58
Gündəm
23 İyul 10:36
YAP xəbərləri
23 İyul 10:28
Sosial
23 İyul 10:26
YAP xəbərləri
23 İyul 10:23
Dünya
23 İyul 10:22
Analitik
23 İyul 10:15
Analitik
23 İyul 09:59
Sosial
23 İyul 09:48
Dünya
23 İyul 09:42
Dünya
23 İyul 09:14
Dünya
23 İyul 08:50
Dünya
23 İyul 08:37
İqtisadiyyat
22 İyul 23:17
Dünya
22 İyul 22:59
Dünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53
Sosial
22 İyul 21:46

